Neçə vaxtdır oxumaq istədiyim kitabı, nəhayət ki, oxudum. Bəlkə də Nailəni qınayanlar çox olacaq. Ki mən də əvvəldə bunu etmişdim. Çünki, Nailənin də dediyi kimi intihar zəifliyi boynuna almaqdırsa, onun etdiyi digər pis şeylər də zəifliyi boynuna almaqdır zənnimcə. Çünki əlbət başqa çıxış yolu ola bilərdi. Amma insan o hissləri yaşamayanda birini qınamaq çox asan olur. Ona görə də Nailəni qınamıram. Onun da taleyi belə gətirmişdi...
Ah Zeze...
Çox təsirli və hüzünlü bir kitabdır. Uzun müddətdir belə təsirli kitab oxumamışdım. Mənə qatdığın hərşey üçün çox sağol Zeze. Filminə də baxdım, kitab qədər olmasa da o da təsirlidi
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,6bin okunma
Kitabı oxuduqdan sonra insan başa düşür ki, nə qədər ki gec deyil ürəyincə yaşamaq lazımdır. Etmədiyin ya da etməkdən həmişə çəkindiyin şeyləri etməyin bəlkə də tam vaxtıdı. Kitabı mənə hədiyyə edən xalama minnətdaram ️