Gel peşimden, ey okur! Kim söyledi sana yeryüzünde gerçek, sadık, sonsuz aşk olmadığını? O yalancının iğrenç dilini kessinler!
Gel peşimden, ey okurum ve sadece benim peşimden gel, ben sana böyle bir
aşk göstereceğim!
Mihail Bulqakovun “Usta və Margarita” adlı əsəri Sovet rejiminə yönəlmiş tənqidlərini möhtəşəm bir ironiyaya çevirməklə harmanlayan bir şah əsərdir. Kitabın süjeti olduqca mürəkkəb və iç-içə keçmiş hekayələrdən ibarətdir. Bu, bəzi oxucular üçün çaşdırıcı ola bilər mən kitabın müəyyən hissələrinə təkrar oxudum. Lakin, bu mürəkkəblik əsərin cazibədarlığını daha da artırır.
Kitabda vəzifəsini sui-istifadə edən dövlət adamları, tarix professoru olan bir şeytan, ruhi xəstəxanaya yerləşdirilmiş bir şair, danışan bir pişik və əlbəttə ki, Usta ilə Margarita arasında olan məhəbbət kimi müxtəlif və maraqlı xarakterlər mövcuddur. Bundan əlavə, İsanın çarmıxa çəkilməsinin təsvir olunduğu hissələr də son dərəcə təsirlidir.
Yazarın xəyal gücünə heyran qaldım. Kitab, fantastik və kurgusal elementləri ilə maraq oyandırıcı və zövqlü bir oxu təcrübəsi təqdim edir.
Əgər kurgusal və fantastik kitabları sevirsinizsə, “Usta və Margarita”nı mütləq tövsiyə edirəm.
“Ən böyük səhviniz insan gözündəki mənanı kiçik saymağınızdır. Bunu anlayın, dil həqiqəti gizlədə bilər, amma gözlər əsla!”