9/10
·240 syf.··
Beğendi
·
2026 19. kitabı
·
11 günde okudu
·
Okunma: 13 Haziran 2026 00:18
Kitabı oxuyub bitirdim, çox bəyəndim və bu haqda fikirlərimi yazmaq istədim; çalışdım ki, bacardığım qədər qısa tutum. Prometheus filmində eşitdiyim "Cəhənnəmdə hökm sürmək, cənnətdə xidmət etməkdən yaxşıdır" sözü, məni Con Miltonun İtirilmiş Cənnət əsərinə aparan ilk addım oldu. Kitab oxumaq öncələri sıxıcı olsa da, daha sonra çox daha axıcı oldu. Əsəri bitirdiyimdə məni ən çox düşündürən mövzu, insan təbiətinin o böyük çıxmazı oldu: Məcburi bir bağlılıq, yoxsa azad iradə? ​Əsərdə Şeytanın azad iradəyə yanaşması, sərhədləri öncədən çəkilmiş bir mükafat-cəza oyununa şərik olmaq deyil, o oyunun qaydalarını kökündən rədd etməkdir. Tanrı tərəfi, hər şeyin yaxşı qalması üçün mütləq bir nizamı və tabeçiliyi tələb edərkən; Şeytan, Cənnətin gətirdiyi o hazır rahatlıqdan imtina edir və başqasının yazdığı ssenaridə iradəsiz bir varlıq olmağı qəbul etmir. Bu baxımdan, kitabda təsvir olunan Şeytan obrazını Yevgeni Zamyatinin "Biz" əsərindəki I-330 xarakterinə çox bənzədirəm; hər ikisi mütləq və məcburi bir nizamın gətirdiyi "xoşbəxtlikdən" imtina edərək, fərdi azadlığın xaosunu seçən üsyankarlardır. ​Adəm üzərindən qurulan azad iradə anlayışı isə tam bir ziddiyyətdir. Tanrı insana ağıl və məntiq verib onu seçimlərində sərbəst buraxdığını söyləyir; ancaq nəyin yaxşı, nəyin pis olduğuna öncədən yenə özü qərar verir. Əgər bir seçimin sonunda ağır cəzalar gözləyirsə, orada gerçək bir azadlıqdan bəhs etmək çətindir. Üstəlik, Başmələk Mikayılın Adəmə gələcəkdə nəslinin çəkəcəyi acıları göstərdiyi hissədə bu ədalətsizlik daha da dözülməz bir hal alır. Bir nəfərin səhvini hələ doğulmamış məsum nəsillərin ödəməsi hansı ədalət sisteminə uyğundur? Günahın irsi olduğu bir nizam quran güc gerçəkdən "ədalətli" sayıla bilərmi? ​Miltonun bu əsəri tamamilə Xristianlığın "İlk Günah" (Original Sin)
Kayıp CennetJohn Milton · Pegasus Yayıncılık · 20151,445 okunma
Özgürlük
Puan vermedi·200 syf.··
2026 5. kitabı
·
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Dünyanı dəyişən qığılcımlar.
7/10
·224 syf.··
2026 5. kitabı
·
8 günde okudu
·
Okunma: 09 Haziran 2026 11:07
Dünyanı dəyişən qığılcımlar. Belə bir başlıqdan istifadə etməyimin əsas səbəbi bu kitabda sadəcə təqdim olunan çıxışları oxumaqla qalmayıb, daha geniş bir bucaqdan baxmağa çalışmağımla bağlıdır. Kitabda demək olar ki, son iki əsrə aid daha çox siyasi xadimlərin çıxışları qeyd olunub. Bu çıxışları qığılcım adlandırmağımın səbəbi həmin dönəmdə ən lazımı anda edilmiş çıxışlar olmasıdır. Əgər dəyişmək üçün lazımi şərait olmasa idi bu çıxışlar bir əhəmiyyət kəsb etməyəcəkdi. Baş verən bütün hadisələr uzun müddətli proseslərin nəticəsində baş verir. Bizə təqdim olunan nitqlər baxış bucağımızı genişləndirməklə yanaşı həm də müəyyən tarixi hadisələrə işıq salır. Lakin yenə də bu çıxışların tərtibatında cüzi də olsa qərəz müşahidə etmək mümkündür. Həm incə nüanslara toxunuşları, həm həmin natiqlərin üslubları bir natiqlik dərsi mahiyyəti daşıyır. Bu kitabdan daha çox zövq almaq və daha çox faydalı olması tarixi bir maraq və bilik tələb edir.
Dünyanı Dəyişən NitqlərQılıncxan Bayramov · Qanun Nəşriyyatı · 202011 okunma
Bismillah
10/10
·155 syf.··
Beğendi
·
2026 25. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Haziran 2026 12:56
İnsanları tanımaq üçün yaxşı kitab idi, elə adı kimi 60 saniyədə insanları tanımaq üçün yazılıb. Müəllif insanları 8 psixotipə ayırıb və özü də vurğulayır ki, hər bir insan 8 psixotipin daşıyıcısıdır, onlardan biri əsas olaraq dominantlıq təşkil edir. Mən də bununla razıyam. Çünki mən də özümdə bir neçə psixotipə aid xüsusiyyəti gördüm. Yaxşı kitab idi
60 Saniyədə İnsan Tanıma SənətiTəbriz Hacıyev · Şərq-Qərb Nəşriyyatı · 046 okunma
9/10
·231 syf.··
2026 1. kitabı
·
85 günde okudu
·
Okunma: 03 Haziran 2026 21:30
Müəllifi Erik Bern olan bu kitab psixoloji faktlarla maraqlanmayan insanlar üçün oxuyarkən çox sıxılacağı bir kitabdır. Kitabda insanların gündəlik həyatda bilmədən oynadığı oyunlar və onların təsnifatları uzun formada yazılmışdır. Təsnifatların çoxusu olduqca qəliz və anlaşılmaz olduğuna görə kitabı 2-ci dəfə oxuduğum zaman əvvəlkinə nisbətən daha yaxşı anladım. Hər bir oyun "valideyn","uşaq","böyük" eqo hallarının təsiri nəticəsində yaranır. Çoxu oyun uşaq zamanı yaşadığımız və hələdə fərqində olmadan təsirində qaldığımız hadisələr nəticəsində həyata keçir. 7 fərqli oyunlara aid fəsillər mövcuddur və hamısı müxtəlif insanların müxtəlif sahələrdə bilmədən oynaya biləcəyi oyunlardır. Oyunların məqsədi oyunu oynayanın "qurban" roluna girməli belə olsa sonda qazanaraq zövq yaşamasıdır. İnsanları analiz etməyi sevən, çoxu zaman oyun oynamaqdan çox kənardan izləyərək müşahidə edən və yaxud istənilməyən manupulasiyalardan qaçmaq üçün məlumat toplamağı sevənlər üçün mükəmməldir. Eyniylə faktlara əsaslanan məlumatları oxumağı, onlara anlamağa çalışmağı sevən insanların sıxılmadan oxuyacağı kitabdır. Bundan əlavə olaraq insanın özünü daha yaxından tanımasınada kömək edir. Ətrafımızdakı insanların davranışlarının səbəblərindən əlavə olaraq öz davranışlarımızın səbəblərini göstərə biləcək vasitədir. Tövsiyəm oxuduğunuz zaman hər oyunun, fəsili bitirdiyiniz zaman isə hər fəsilin ümumiləşdirilmiş, anladığınız formada xülasəsini çıxararaq qeyd eləmənizdir. Qeyd elədiyiniz hər bir not kitabı yenidən oxuduğunuzda hadisələrə fərqli bucaqlardan baxmaq imkanı verəcək. Teatrşünaslıq üzrə təhsil alan bir tələbə olaraq kitabın mənə teatr sferasındada kömək elədiyini deyə bilərəm. Bu kitab mənə insanlarla olan münasibətlərimdən əlavə olaraq tamaşalardakı obrazların bir-biri, bəzəndə özüylə
Psikoloji
İnsanların oynadığı oyunlarEric Berne · Qanun Nəşriyyatı · 0499 okunma
Puan vermedi·192 syf.··
2026 16. kitabı
Tolstoyun ilk qələmə aldığı əsərdir. Bu əsər insanın daxili aləmi haqda qəşəng kitabdır. Hekayə rus cəmiyyətindən bəzən bir rusun kazakların yanına köçüb burada kazaklar kimi sərbəst yaşamaq həvəsi ilə başlayır. Lakin kazaklar kimi sərbəst yaşamaq istəsə də bəzən insanı öz daxili aləmi onu buna qoymur. Başqa mühitə aid olmaq istəsən belə alınmır. Onun başqa cəmiyyətdən olması belə onun sevgisinə əngəl olur. Həyat da belədir biz istəsək istəməsək bəzi şeylərin mümkün olması ehtimalı çox aşağıdır. Həmçinin kazakların həyatı haqda maraqlı məlumatlar da əsərdə əks olunmuşdur. Nəticədə nə qədər qaçıb başqa bir mühitə aid olmaq istəsək də bu çox çətin olur və öz daxili mühitimiz buna imkan vermir.
KazaklarLev Tolstoy · Qanun Nəşriyyatı · 20195,3bin okunma