Aysel

8/10
·224 syf.··
2025 14. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Nisan 2025 11:25
Niyə bilmirəm, əsəri çox da bəyənməyəcəyimi düşünürdüm. Müəllifin ilk romanıdır, əslində oxuyanda - cümlələrin sadəliyindən və Nuriyənin iç dünyasına aid düşüncələrinin bəzən özünü təkrarlamasından anlamaq olur. Amma! Əsər o qədər səmimi yazılıb ki, oxuyanda özünü o insanların arasında hiss edirsən. Nuriyənin hekayəsinin belə bitməsi məni kədərləndirdi, əslində onun üçün elə də pis sonluq deyildi, amma eşqi bir başqasında tapmasını çox istəyərdim. Qaldı ki Murada, o Nuriyənin sevgisinə layiq deyildi heç, Nuriyəni arxada qoyub "istəyərək" başqasıyla evlənib sonra mübahisə olan kimi Nuriyəni axtarması sevgi deyildi, sonda bunu daha yaxşı başa düşürük. Bundan başqa, sovet təsiri ilə yazılsa da, insan əməyinin rolu və zəhmətkeşliyin təbliği gözəl işlənmişdi, oxuyanda zövq aldım.
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,307 okunma
Reklam

Aysel

, bir kitap okudu
8/10
·224 syf.··
3 günde okudu
·
Okunma: 23 Nisan 2025 11:25
·
2025 14. kitabı
İlyas Efendiyev
9.1/10 · 1.307 okunma
9/10
·304 syf.··
2025 13. kitabı
·
4 günde okudu
·
Okunma: 18 Nisan 2025 22:49
Strauss nəşriyyatı dilimizə gözəl əsərlər qazandırmağa davam edir. Bir oxucu olaraq daim müasir ədəbiyyatın klassika ilə müqayisəyə gəlməsə də, ən az modern-klassika qədər təsir gücünə malik olduğunu düşünmürdüm. Lakin son illərdə o qədər uğurlu əsərlər oxuyuram ki, bu düşüncədən tamamilə uzaqlaşmışam. Keçək əsərə; Möcüzə İrlandiyanın ucqar kəndlərindən birində yaşayan və qida qəbul etməkdən tamamilə imtina edən Annanın və onu müşahidə etmək üçün İngiltərədən kəndə təyin olunan tibb bacısı Elizabetin hekayəsindən bəhs edir. Müəllif Anna və ailəsinin timsalında cəhaləti, geriliyi, ətaləti təsvir edirsə, digər tərəfdən Elizabet və jurnalist Bern timsalında elmin, araşdırmağın gücünü ortaya qoyaraq əsər boyunca sorğuladır. Oxumanı ləzzətli edən şey isə, müəllifin bu tarazlıqda balansı pozmamasıdır, hər iki tərəf bir-birinin mənfi və müsbət tərəflərini yaşayıb yaşadaraq müdafiə edir əslində. Əsərin düyünlərinin yavaş-yavaş açılması, tək bir nöqtəyə bağlanmaması kitabdan asılı hala salır, bu da əsəri axıcı edir. Amma Annanın talehinin düyünü olan əsas məsələni oxuyarkən kitabı bağlayıb gözlərimi yumdum, bu həm məni sarsıtdı, həm də gözləmədiyim anda gəldi. Tək sevmədiyim nüans, epiloqun bir az uzun olmasını istəyərdim. Bunu da yazıçı öz təxəyyülümüzə buraxıb)
MöcüzəEmma Donoghue · Strauss Yayınları · 202273 okunma

Aysel

, bir kitap okudu
9/10
·304 syf.··
4 günde okudu
·
2025 13. kitabı
Emma Donoghue
7.8/10 · 73 okunma
Tutkulu ve hırslı gençler başta olmak üzere bazı insanların yetenek ve deha arasındaki farkı anlamaları uzun zaman alır.
Sayfa 27
Reklam