Fərid Vəcdi Ensiklopediyada Renandan belə nəql edir:
"Ola bilər ki, bir gün sevdiyim şəxslər məhv olub getsin, mənim üçün həyatın ən ləzzətli və ən gözəl nemətləri yox olub getsin, həmçinin ola bilər ki, ağılın, elmin və incəsənətin azad şəkildə istifadəsi mənasız olsun. Amma dinə olan istəyin məhv olması qeyri-mümkündür, əksinə, daim qalacaq və vücudumdakı maddiyyatın batilliyinə doğru şahid olacaq".
- Canı alan da, bağışlayan da Tanrıdır.
- Tanrı, Tanrı... Bütün günahların baisi, əliqanlı varlıq.
- Əfqanlardan sonra uzun müddət mən də elə düşündüm. Sonra anladım ki, Tanrı bizə bütün günahlarımızı üstünə yıxmaq üçün lazımdır. O olmasa, mütləq başqa bir günah keçisi tapacağıq.
- Qurtar görək, - gülümsəmək istəyən Tiqranın ağzının kənarı səyridi, - bizim xalqı tarix boyu qırıblar... Zülm ediblər. Onda haradaydı sənin Tanrın? İndi də mən, mən qan tökürəm, niyə qabağımı almır?
- Yəni istəyirsən, Tanrı sənin əvəzinə qərar versin? Birini öldürmək istəyəndə əlindən tutsun? Bizim başlatdığımız müharibələri dayandırsın? Adam başı kəsən sən, günahkar Tanrı? Bu necə olur?
- Arada əlini uzadıb bizə yardım etsəydi, nə olardı? Gözümüz də orada-burada olmazdı.
- Bizi bizsiz yaradan Tanrı, bizi bizsiz xilas edə bilmir...* Bir də ki, - Abdulla Tiqranın qana bələnmiş bədəninə baxdı, - kim deyir, Tanrı zalımın cəzasını vermir? Bir az geci-tezi var.
* Blez Paskaldan sitat gətirir.
Ziyalılar - xalqın beynidir. Xalq sizi, təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda oturasınız və gününüzü kart və domino oynamaqla keçirəsiniz deyə böyüdüb tərbiyələndirməyib. Bu halda ziyalı deyil, ziyalı kifi olursunuz. Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz.
- Kapitan, bütün diktator rejimlərin ən mühüm siyasəti də budur: kölə kimi saxladığı xalqlar üçün kənarda onları hər an məhv etməyə hazır olan təhlükəli düşmən obrazı yaradırlar. Qoy sovet xalqı düşünsün ki, onların üzdükləri gəmidən kənarda onlar üçün "burjuaziya" adlı ölüm var. Bu təbliğatların təsiri ilə sovet xalqları bir - birinə sığınır, birlik göstərir. Ancaq bir gün bu içi boş müqəvva təpəsi üstə aşacaq, onun çoxdan öldüyünü, içinə saman təpildiyini görəndə çox gec olacaq.