Çöməltmə oturmuş uşağı valideynləri, məktəb, polis və qanun müdafiə eləyirdi. Sivilizasiya imkan vermirdi ki, Rocer əl-qol açsın, amma sivilizasiya onu tanımırdı və özü də xarabalıqlar içindəydi.
"Əgər payıma düşən əzabları ikiqat artırmaq şərti ilə Julianı xilas etmək imkanı yaransa idi, buna razılaşardımmı? Bəli, razılaşardım." Lakin bu daha çox ağlının diktə etdiyi qərar idi. Uinston bir kişi kimi məhz həmin qərarı qəbul etməli olduğunu bildiyi üçün belə fikirləşirdiş Bu qərar hələ hislərinin sınağından keçməmişdi.
... dəyənək zərbəsi... Düz dirsəyinə! Ağrıdan, az qala, iflic olmuş Uniston salamar əli ilə dirsəyindən yapışıb döşəməyə çökdü... İndi ən az üzərində düşündüyü sualların birinə cavab tapmışdı. "Heç vaxt heç nəyin xətrinə ağrı hissinin azacıq da olsun şiddətlənməyini istəməməlisən! ağrı başlananda sənə yalnız bir hiss hakim olur - o çəkib getməlidir!"