"Əgər payıma düşən əzabları ikiqat artırmaq şərti ilə Julianı xilas etmək imkanı yaransa idi, buna razılaşardımmı? Bəli, razılaşardım." Lakin bu daha çox ağlının diktə etdiyi qərar idi. Uinston bir kişi kimi məhz həmin qərarı qəbul etməli olduğunu bildiyi üçün belə fikirləşirdiş Bu qərar hələ hislərinin sınağından keçməmişdi.
... dəyənək zərbəsi... Düz dirsəyinə! Ağrıdan, az qala, iflic olmuş Uniston salamar əli ilə dirsəyindən yapışıb döşəməyə çökdü... İndi ən az üzərində düşündüyü sualların birinə cavab tapmışdı. "Heç vaxt heç nəyin xətrinə ağrı hissinin azacıq da olsun şiddətlənməyini istəməməlisən! ağrı başlananda sənə yalnız bir hiss hakim olur - o çəkib getməlidir!"
1984 totalitar bir cəmiyyətin və onun hökmumətinin təsvir edildiyi distopik janırda yazılmış bir əsərdir. Kitabda 3 fövqəldövlət, 3 fərqli totalitar rejmin hakim olduğu yer mövcuddur: Okeaniya, Avrasiya, istasiya. Romanda hadisələr Okeaniyada cərəyan edir. Bu fövqəldövlətlər də hər birinin öz prinsipləri vardı, hansı ki mövcud prinsiplərin təhrif edilmiş halları idi. Məsələn Okeaniyanın əsas prinsipi ingsos - ingilis sosializiminin qısaltması idi. sosializmin təhrifə uğramış bu formasına görə dövlət insanların həyatının hər aspektinə söz sahibi idi və idarə edə bilərdi. Teleekranlar bunun üçün əsas vasitə idi.
Əsər totalitarizm əleyhinə yazılmış bir kitab olduğundan uzun bir vaxt SSR-də qadağan edilmişdi. Kitabı müəyyən bir dövr sadəcə "ali" təbəqə, kitabda qeyd olunan şəkildə desək, "Daxili Partiya" üzrvləri oxuya bilirdi sadəcə. Bunun da məqsədi onların bu haqda məlumatlı olmaqlarını tənzimləmək idi.
Kitab heç sıxılmadan oxunulacaq tərzdə bir kitabdır.
Kitabda, diqqətimi çəkən bir neçə maraqlı məqam var idi.
Yenidil və fikir cinayəti:
Winstonun Saym adlı iş yoldaşlarından biri yenidil lüğəti üzərində işləyən şəxslərdən idi. Saym Yenidil haqqında danışarkən qeyd edirdi ki, sözlərin belə təcrid edilməsinin səbəbi insanların fikirlərini ifadə edəcək söz tapa bilməməkləridir, beləliklə, fikir cinayəti də törədə bilməyəcəklər. Əgər bir insan totalitar sözünü bilməsə, onda içində olduğu vəziyyəti ifadə edəcək söz tapmayacaq, və beləliklə, sistemə tabe olub gedəcəklər.
peşmanlıq və əzab, ölüm yox tərbiyə :
Winston ona niyə əzab verildiyini, Partiyanın niyə gücünü boşa xərclədiyini anlamırdı, çünki onun əsl fikirlərini dəyişə bilməyəcəkdilər. O əslində hər zaman beyninin bir küncündə o nifrəti, unutmalı olduğu xatirələri saxlayırdı. Partiya niyə onu öldürmürdü də
There is no way that I can hold out in this Hell. No… That's wrong… It hasn't become Hell here. I've just misunderstood up until now. This world has always been hell.