Mən həmişə, hər yerdə kimisə axtarmışam, indi başa düşürəm ki, axtardığım adam məhz elə siz imişsiniz. Bizim görüşümüz buna ən yaxşı sübutdur, bu görüş məni o qədər sevindirib ki, elə bil çoxdan bəri qəlbimdə yığılıb qalmış sözlər indi coşqun bir fəvvarəyə çevriləcək.