"Ats, o küçük ve sırılsıklam çocuğa baktı. Karşısında ağlayan ama diz çökmeyen bu çocukta, kendi adamlarının çoğunda bulamadığı bir şey vardı: Gerçek bir gurur."
- Bu atəş nədən ötrüdür?
- Qələbəni qeyd eləyirik!
- Hansı qələbəni?!
- Necə yəni hansı qələbəni, yoldaş? Məgər biz düşməni öz torpağımızdan, müqəddəs Heyvan fermasından qovmamışıq?
- Axı onlar dəyirmanı dağıdıblar. Biz iki il idi ki, onun üstündə işləyirdik!
- Nə olsun? Birini də tikərik. İstəsək, lap altısını tikərik. Sən bizim necə böyük iş gördüyümüzü dərk eləmirsən, yoldaş. İndi üstündə dayandığımız bu torpaq bayaq düşmən işğalı altında idi. İndi isə biz yoldaş Napoleonun rəhbərliyi altında torpağımızın hər qarışını düşməndən geri almışıq.
- Biz, sadəcə, öz əlimizdə olanı qaytarmışıq.
- Elə bu, qələbədir də.
Bir səhər günü tezdən küçədə çalınan "İnternasional"himninin səsinə yuxudan oyandım...Gecəyarısı bir zirehli qatar-tək bircə qatar təzə Müsəlman Azərbaycan Respublikasının təzə sərhədini keçib Qırmızı Ordu əsgərlərini yuxulu Bakı vağzalına gətirmişdi.Beləliklə Azərbaycan ordusu heç bir atəş açmadan yoxa çıxmış,Respublika məhv olmuş,qalib Rusiya isə öz əvvəli varını özünə qaytarmışdı.
Mən öz gözlərimlə bir dünyanın sonunu gördüm