Suda qərq etsə də ey dil, məni-naçarı yağış, Söndürə bilmədi qəlbimdəki odları yağış. Göydə səyyarələr ağlar bir bax bu su da, Yarı səyyarələrin göz yaşıdır yarı yağış. Soyuq ahım ki buludlu göyə getdi, çatdı, Ol zamandandı tutub çölləri, gülzarı yağış. Necə ar eyləməyib busə o güldən dilədim, Yuyub üzdən aparıb yoxsa həya, arı yağış. Əhli-eşqəm mənə ey dil, nə gərək sərvətü-var, Könlümün sərvəti atəş, gözümün varı yağış. Necə gör mö’cüzəli bir sədəf imiş yanağın, Ona dəydikcə səpər hər yana mirvari yağış. Göz yaşım görsə bilər sirrimi xəlq, əhsən ki, Qoymadı faş ola qəlbimdəki əsrarı yağış. İstəmir zərrə qədər toz da qala gül üzdə, Ol səbəbdəndi yuyur çöhreyi-dildarı yağış. Kə’beyi-kuyinə üz tutmuş ikən eşq əhli, Yağdı ki, pak eləsin bir belə zəvvarı yağış. Dinlə, gör bir nə həzindir yağışın zümzüməsi, Yoxsa ki istəyir ötsün kamanı, tarı yağış.
Edebiyat
Əbülfəz Elçibəy
Azərbaycan Respublikasının qurucusu , AXC Partiyasının qurucusu və lideri , Respublikamızın qüruru , hər zaman Moskva uşaqlarının qorxulu yuxusu , "Azadlıq" üçün əlindən gələni edən , TURAN eşqi ilə atəş-atəş yanan , Türkçülüyü mənimsəyib mənibsədən , mənim ümumili liderim "Əbülfəz Elçibəy"dir! Allah qəni-qəni rəhmət , məkanını Cənnət , Peyğəmbərimizin qonşusu eyləsin. Amin!
Maraqlı Faktlar
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
kímín gσ̈nül çєrαğınα вír αtєş düştüчsє kєndíní єlíndє vє sσnundα hαkkın dєrgαhın dα вulur muhαвєtє nαíl σlursα σdα αşk íklímín güllєríndєn σlur... Çerağ, Osmanlı Türkçemizde ve eski Türk edebiyatımızda kullanılan bir terimdir. Anlamı "ışık, lamba, kandil"
İran
Molla Rejimi artıq həddini çox aşdı. Öz əhalisinə belə atəş açdıracaq , bir insan mənə görə heyvandan belə acizdir. Bunu da keçdim , illərdir hicab taxmayanlara şiddət edirlər , indi isə üsyanlara qarşı əllərindən heçnə gəlmədiyi üçün hicab taxmayanlara hörmət edirlər. Xəmeyninin mənə görə Netenyahudan tək fərqi dinidir yoxsa ikisidə eynidir. Açıqlama edirlər ki, "882 insan öldürülüb" 882 insan deyirlər amma yalandı ən azı 8.820 insan öldürülüb. #MollaRejimiIstifa! #HumeyniDefOl!
Bu gün nə günüdür?!
__**26.02.2026 Xocalı Faciəsi**__ Xocalı Qarabağ bölgəsində yerləşən şəhərdir. 26 fevral 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalıda dinc əhaliyə qarşı kütləvi qırğın baş verib. 📅 Nə baş verdi? 25-dən 26-na keçən gecə şəhər mühasirəyə alındı. Qaçmağa çalışan mülki insanlar atəşə tutuldu. Rəsmi məlumatlara görə 613 nəfər öldürüldü (onların arasında qadınlar, uşaqlar və yaşlılar var idi). Yüzlərlə insan yaralandı və əsir götürüldü. 🇦🇿 Azərbaycanda necə qeyd olunur? 26 fevral – Xocalı Soyqırımı Günü kimi anılır. Hər il ölkə üzrə anım mərasimləri keçirilir. Bakıda “Ana harayı” abidəsi önündə ziyarətlər olur. 🌍 Beynəlxalq səviyyədə Bir sıra ölkələr və ABŞ-ın bəzi ştatları Xocalı hadisələrini qətliam / soyqırımı kimi tanıyıb. Bu tarix Azərbaycan üçün çox ağrılı və unudulmaz gündür. İstəsən, İlkay, hadisələrin tarixi kontekstini və ya daha detallı məlumatı da izah edə bilərəm.
Alıntı
30 gündə mənəvi devrim- RAMAZAN
Ramazan — [yanmaq, yay ilə payız arasında yağan yağış]. Yandırmaqla yağdırmaq arasındakı sirdir. Bir tərəfdən daxildəki pası yandıran ilahi bir atəş, Digər tərəfdən rəhmət kimi yağan bir arınma (təmizlənmə) yağışı... Oruc tutan şəxslər bu ayda nəfslərinə digər aylara nisbətən daha çox üstün gələ bildiklərini və öz varlıqlarında Allahın Rububiyyət sifətinin təcəllisinin şahidi olurlar. (Yəni Onun tədbir və tərbiyə vəsfi olan Rububiyyət sifəti, ən kiçik qarışqadan ən böyük filə qədər hər canlının ruzisi və tərbiyəsi ilə bağlıdır; onların ən bəsit ehtiyaclarını belə qarşılayır.) Ramazan, zahirdə aclıq; batində (daxildə) vüslatdır (qovuşmaqdır). Mədə susarkən qəlb danışmağa başlayar. Bədən zəifləyərkən ruh güc tapar. Nəfs daralarkən sirr qapıları aralanar. Günahın çətinləşməsi, qəlbin yüngülləşməsi bundandır. Çünki Ramazanda insan fitrətinə yaxınlaşar. Fitrət isə Allaha dönük saf aynadır. O aynadakı tozlar azaldıqca, əks olunan nur artar. Aclıq burada bir yoxluq deyil; bir xatırlayışdır. Qul, möhtaclığını idrak edər. Möhtaclıq idrakı isə qulluğun qapısıdır. Bədən gücdən düşərkən, ruh ilahi süfrədən nəsibini alar. Bir ilin qəfləti ilə yaranan mənəvi aclıq, bu ayda doyurulur. Qul anlayar ki: Əsl ruzi çörək deyil, yaxınlıqdır. Əsl susuzluq su deyil, hüzurdur. __Hz. Peyğəmbərin (s.a.v.) müjdələdiyi kimi, Ramazanın ilk gecəsi açılan qapılar, əslində göyün deyil, qəlbin qapılarıdır. Və o qapılar son gecəyə qədər açıq qalar.__ Ey könül yolçusu... Ramazan sadəcə təqvimdə bir ay deyildir; O, nəfsin çözülüşü və ruhun dirilişidir. İndi yönünü çevir. Nəfsini həvəslərindən qopar, Qəlbini Rəhmana bağla.
Din