İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq, ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...
Həqiqətən də nə qədər başınıza gələn hadisəni qiymətləndirməyə çalışsanız da, siz bu hadisənin yaxşı və ya pis olduğunu heç cürə anlaya bilməyəcəksiniz. Çünki həyatın enişləri və yoxuşları heç vaxt əvvəlcədən müəyyən olunmur. Hətta ən pis hadisə belə başınıza gəlsə qorxmamalısınız."
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın