Yada sal məni
Gedirəm bu axşam gedirəm gülüm Bilirəm gül üzün solacaq mənsiz Gedirəm gəlməsəm qalacaq sevgim Bəlkə də gözlərin dolacaq mənsiz Yaşadır sevdalı bir xəyal məni Gedirəm gəlməsəm yada sal məni...
Müzik
Kölgəsiz
Hər şey yolunda gedərkən, ya da mən elə zənn edərkən, birdən fərqinə vardım ki, kölgəmi itirmişəm. Düzdür, çoxdandı qaranlıqda yaşayırdım, gün işığını az görürdüm. Amma bu, kölgəmi sağ saxlamaq üçün kifayət etməli idi. İnternetdə oxumuşdum ki, kölgələr bəzən illərlər gün işığı görməsə də yaşaya bilər. Buna görə kölgəm ən son düşünəcəyim şey idi. Amma görünən odur ki, mən kölgəsiz qalmışam. Özümü inandırmağa çalışıram ki, uzun müddət işığa çıxmadığım üçün ölüb. Başqalarına da bu yalanı deyirəm, deyəcək başqa izahım yoxdur. Məni görən hamı mat-məətəl qalır. Heç adam da kölgəsini itirər? İndi bu qədər adam arasında kölgəsiz qalmağın utancını yaşayıram. Evdə süni işıqlarla kölgəsini bəsləyən insanlara gülərdim, kaş mən də elə etsəydim. Kölgəsinə qayğı göstərməyən hamı bir gün bu snou yaşayır deyəsən. Açığı, kölgəmin yoxluğunu dərk etməyim vaxt aldı, baxmayaraq ki, həmişə başı aşağı gəzirəm. Amma diqqətim həmişə başqa yerdədir. O qədər çox şey düşünürəm ki, başımı qaşımağa belə vaxt tapmıram. Gündəlik adi şeylər üçün ayağa durub nəsə etmək mənə görə vaxt itkisidir. Mən düşünən adamam. Kaş hər şeyi bu cür həll etmək olsaydı, qorxduğum adamları düşüncə gücü ilə yıxsaydım, borclarımı düşünərək ödəyə bilsəydim, hamıya sübut etsəydim ki, mən bu qədər gücsüz və lazımsız deyiləm. Siz boş-boş gəzərkən, mən düşünürəm. Hər axşam evə qayıdanda ümidsizliklə işığı yandırıb kölgəmi axtarıram. Elə bilirəm bir küncdən çıxacaq və deyəcək ki, mən evdə səni gözləyirdim. Amma heyif ki, bu baş vermir. Mən düşüncələrdə hamı ilə mübarizə apararkən, kölgəm məni tərk edib. Həm də məni çox gözəl, günəşli bir gündə tərk edib. Allah bilir, hansı kölgələrə, bədənlərə qoşulub qaçıb. Axı mən kölgəmi də özüm kimi bu qaranlıq otağa həbs edə bilməzdim. Bəlkə vaxt gələr, mən də ona qovuşaram. Günəşli
Reklam
Səhər də, axşam da düşünürəm ki, Gərək düşünməyim heç zaman səni. Unudar fikirdə, xəyalada, təkcə Unutmaz ürəkdə sevən-sevəni. Mən özüm-özümə unut dedikcə, Özümü unudub tapıram səni.
Aqşin Evrən - Tanışlıq tarixi
Yastığımda başının yeri qalıb İndi ömrü yaşamaq o boşluğa yıxılmaqdı hər axşam Belə soyuq tənhalıqla yatmaq da Çarpayıya uzanmaq yox, dağılmaqdı hər axşam Mən hər gecə üstünü örtməyimi Saçını qurulamağımı görürəm yuxuda Sənsə o qədər yoxsan ki, Quruyub mətbəxə dağıtdığın su da. Bircə əl-üz dəsmalımda dodaq izin qalmışdı Asmışdım gülüşünün şəkli kimi divardan. Daha o da silinib deyən daha gülmürsən Sığınırsan yorğun axşam bircə qucaq sözünə. Tanışlıq tarixi, görüş saatı Telefon nömrəsi, köynək ölçüsü Hamısı unudulur, hamısı itir Rəqəmlərlə yaşayıb böyüyən sevgilər Sonda bir sözlə bitir. Unudulur hər şey, cizgilərin də Şərab içməyin, yemək yeməyin də Bir söz deyim: əgər qalsaydın, Mən səni tanıyardım getməməyindən. Aqşin Evrən
Şiir
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim… Küləklər dənizlərin üzünü qırışdırar. Qapını cırmaqlayar səni görmək istəyim, Səbrimin pişiyini divara dırmaşdırar. Əllərimi yandırar soyuq, quru fotolar Axtararam, tapmaram otağımda ölməyi… Külqabıda dəfn olar siqaretlər, qutular, Qədəhlərə boşalar şüşələrin ürəyi. Mən bu sevgi testini istəmirəm yoxlayım, Qorxuram üç doğrunu silər yanlışın biri. Başın çiynimdə yoxdu, səni necə qoxlayım? Əllərimdə darıxır əllərinin boş yeri… Mən bir az öz-özümdən, bir az səndən gedirəm Mən hamıdan gedirəm gəlib sənə çıxmağa… Hər səhər darıxmağı parça-parça edirəm, Hər gecə qandallanır ürəyim darıxmağa… Qismət Rüstəmov
Şiir
Ramazan-Habil Yaşar
Ramazan Ramazanı sevə-sevə yaşayan, Ramazanın bitməsini qəm eylər. Ürəyində Allah eşqi daşıyan, Gözlərini səhər-axşam nəm eylər. Ramazanda sima gülər, üz gülər, Qədir bilən könül gülər, göz gülər, Qəmli olan yüz sevinər, yüz gülər, Mömin olan ramazanda dəm eylər. Ramazanın imsakına oyanan, Iftarına səbr edərək dayanan, Allah deyib eşqi-nura boyanan İnsanlardan Tanrı dərdi kəm eylər. Üç gecədən biri Qədir bilinməz, Kim deyər ki, pis günahlar silinməz, Yaradana damla-damla gəlinməz, Ona gələn varlığını cəm eylər. Məhəmmədin orucunu sal yada, Heç oldumu o orucdan dünyada, Köməksizə tanrı yetər imdada, Qaranı ağ, zili isə bəm eylər. Habil açar əllərini dərgaha, Yalnız odur cavab verən hər aha, Ümid varsa bu günümdən sabaha, Uca Rəbbim hər günümə rəhm eylər Habil Yaşar
Alıntı
Reklam
Reklam