9/10
·208 syf.··
2026 103. kitabı
Marco Polo deyir ki, səfər etdiyi hər yeni şəhər əslində itirdiyi bir köhnə şəhərin axtarışıdır. Mən də bu kitabı açdığımda, əslində heç vaxt görmədiyim, amma içinə doğulduğum şəhərləri gəzirəm. Calvino bizə xəritələr deyil, güzgülər verir: hər bir “görünməz” şəhər, öz görmə qabiliyyətimizin sərhəddinə çevrilir. Kubilay xanın səssizliyi, bütün imperatorların səssizliyidir – ən böyük güc belə, öz torpaqlarını anlamaq üçün bir nağılçının dilinə möhtacdır. Mənə elə gəlir ki, Calvino əslində şəhərlər haqqında deyil, danışmağın özü haqqında yazır. Çünki hər bir təsvir, hər bir “Zaira” və ya “Armilla” əslində sözlərin əl çatdıra bilmədiyi bir yeri yoxlamaq cəhdidir. Oxuduqca başa düşürəm ki, ən real şəhərlər heç vaxt tikilməyənlərdir – arzularımızın içində çöküb qalan, xatirələrimizin kəsişməsində kölgə kimi duran şəhərlər. Hər bir məhəbbət, hər bir itki, hər bir səhər qəhvəsi – bütün bunlar əslində bir şəhərin görünməz divarlarıdır. “Görünməz şəhərlərim” o küçələrdir ki, heç vaxt addımlamadım – amma hər axşam yuxumda gəzirəm. Bəlkə də hər birimizin öz “Eusapia”sı var: ölüləri yaşayanlardan daha canlı olan bir şəhər. Kitabı bağlayanda deyirəm: insan yaşadığı yerdə deyil, həsrətini çəkdiyi yerdə kök salır. Və Calvino bu həsrətin adını qoymağı bacaran nadir sənətkarlardandır. Onun şəhərləri yoxdur, amma onları oxuyan hər kəs öz şəhərini tikməyə məcbur olur. Bəlkə də buna “görünməz sehr” deyirlər. Hər dəfə düşünürəm: mən hansı şəhərdə yaşayıram? Doğulduğum yerdə, yoxsa həmişə qaçmaq istədiyim yerdə? Calvino cavab vermir, sadəcə güzgünü uzadır: “Bax, gördünmü? Budur sənin imperiyan – itirdiyin hər xiyaban, unutduğun hər görüş, heç vaxt söyləməyəcəyin hər söz...” Və mən susuram. Çünki bəzən ən doğru cavab, Marco Polonun jestlərində olduğu kimi, sözsüz qalandır.
Bilim-Kurgu
Görünmez KentlerItalo Calvino · Yapı Kredi Yayınları · 20263,221 okunma
6/10
·168 syf.··
2026 101. kitabı
Etiraf etməliyəm ki, mən bu kitabı çox bəyənmədim. Çox idealist və romantik idi. Raif Əfəndinin hər şeyi içinə atıb susması, Mariyaya olan o sonsuz, lakin heç vaxt reallaşmayan bağlılığı – bütün bunlar mənə süni və həyatdan uzaq gəldi. İnsan bu qədər passiv ola bilərmi? Bu qədər “uğursuz” və eyni zamanda bu qədər “dərin”? Yoxsa Sabahattin Əli sadəcə bir romantik axşam nağılı yazıb? Bəlkə də. Amma yenə də etiraf edim ki, bu idealizm və romantizm kitabı ya sevirsən, ya da nifrət edirsən. Mən nifrət həddində olmasa da, soyuq qaldım. Çünki həyat, bilirsiniz, nə Raif qədər məğlub, nə də onun sevgisi qədər saflaşdırılmışdır.
Edebiyat & Roman
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,2bin okunma
Reklam
Puan vermedi·192 syf.·
2026 9. kitabı
Bu gün "kiçik kitabxanam"-ın 150-ci, oxuduğum isə 95-ci kitabı sizlərlə paylaşıram. Bu Salam Qədirzadənin "Ulduzlar sayrışanda" romandır. Müəllifdən fevral ayında "46 bənövşə"-ni oxumuşdum. Bəyənmişdim onu. Bu isə tam başqa bir aləm oldu mənim üçün. Kitab iki hekayədən ibarətdir, hansı ki bu hekayələrin bir-birilə əlaqəsi yoxdur. Sadəcə oxucu sonda hər iki hekayənin mövzusunun təxmini eyni olduğunu başa düşür. Mən ikinci hekayəni daha çox bəyəndim. Və sadəcə ondan yazmaq istəyirəm. Olduqca axıcıdır bir romandır. Ümumiyyətlə müəllifin dili çox sadədir və insanı cəlb etməyi bacarır Bu arada qeyd etməsəm olmaz. Kitabın nəşri olduqca uğurlu alınıb. Bu münasibətlə @xannesriyyati'ni təbrik edirəm. Müəllifin bütün kitablarını set şəkildə sizdən əldə edəcəm, inşallah yaxın gələcəkdə Romana nəzər salaq Bu hekayədə gənc bir jurnalistin öz ətrafını, bütövlükdə cəmiyyəti necə dəyişməyə çalışması, həqiqətən milli-mənəvi dəyərləri qoruması bununla yanaşı şəxsi həyatına da fokuslanır. Qəhrəmanımız Ərdost faciəvi sevgi hekayəsi yaşayır. Bir axşam elektrik qatarında bir qızla tanış olur. Və vurulur. Aralarında çox böyük bir sevgi yaranır... Çox sevdiyi bu xanımı ağır xəstəlik sayəsində itirir. İllər sonra ucqar dağ kəndlərinin birinə sadəcə jurnalist kimi işləməyə gedir. Amma başına gələcək macəralardan xəbərsiz şəkildə. Kitabı oxuyanda əsl sevginin nə olduğunu görəcək, romanın qəhrəmanları ilə birgə o saf duyguları siz də yaşayacaqsınız. ...Nə isə... İnsan dilinə tərcümə edilməyəcək elə hislər var ki, onları sözlə anlamaqda acizəm...
Ulduzlar SayrışandaSalam Qadirzade · Xan Yayınevi · 20245 okunma
Puan vermedi·80 syf.··
2026 9. kitabı
Mikayıl Müşfiq – “Yenə o bağ olaydı” Şairin qələmi ilə ilk dəfə bu kitab vasitəsilə tanış oldum. Düzü, daha əvvəl heç bir şeirini oxumamışdım. Bir dostumun hədiyyəsi sayəsində oxudum və yaxşı ki, oxumuşam. Çünki elə bir qələmdir ki, haqqında nə desən, yenə az olar. Kitabda bəyəndiyim şeirlər də oldu, lap çox sevdiklərim də. Onları da ayrıca paylaşmışam, istəyənlər göz gəzdirsin. Məni bu gözəl qələmlə tanış olmağıma vəsilə olan dostuma bir daha təşəkkür edirəm. Düşünürəm ki, bundan sonra da şairin digər şeirlərini tez-tez oxuyacam.. Şeir qədər gözəl gün arzulayıram, hər birinizə.. Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
1000Kitap
Yenə O Bağ OlaydıMikayıl Müşfiq · Xan Nəşriyyatı · 202465 okunma
Puan vermedi·79 syf.··
2026 1. kitabı
·
29 saatte okudu
·
Okunma: 15 Ocak 2026 14:35
Hər kəs axşam evdə olanda özünü rahat və güvəndə hiss edir.Hələ 7 yaşında bir qızcığazsansa, anan, atan yanındadırsa,lap arxayın olursan. Bəs qorxduğun, qaçmağa çalışdığın düşmən elə evindədirsɛ, necə?! . " O yaşlarda insan yalnız nağıllara inanmaq istər. Mən isə qaranlıq bir hekayənin ortasında qaldım. İndi bilmirəm ordan necə çıxım ." . Psixoloqla gənc bir qızın söhbəti ilə başlayır kitab. Bu dərin bir başlanğıc olur. Hal-hazırda ölkənin hər yerində qadınlar, körpələr təcavüzdən əziyyət çəkir. Ruha, bədənə ,gələcəyə və keçmişə.....bir qızın - körpənin dağ bildiyi varlığa elə həmin varlıq-- ata deyə çağırdığı varlıq tərəfindən olan bir təcavüz. . "Atam mənə nağıl danışmalı idi guya. Nağıl yox kabus danışdı....... Hər gecə." . Aysu artıq atasını "itirmiş" , yerinə düşmən qazanmışdı. . " İlk dəfə mən o gecə öldüm. Amma məni heç kəs basdırmadı. Mən illərlə o ölümlə yaşadım." . Böyümüşdü Aysu və mübarizə aparmaq ,keçmişlə qarşılaşmaq vaxtı idi . " Mən o vaxtlar uşaq idim. İndi isə sağ qalan bir qadınam və haqqimı tələb etmək üçün danışmağa başlamışam. Vaxt gec deyil, vicdan heç vaxt gecikmir."
1000Kitap
Uçmağı bacaran ruhBayramova Səbinə · Portuga Nəşriyyatı · 20259 okunma
Puan vermedi·202 syf.··
2026 2. kitabı
Bu kitab, yanan hər səhifənin, yox olan bir insan xatirəsi, bir duyğu və ya bir ümid olduğunu hiss etdirdi mənə. Montaq adlı adam, uzun müddət etdiyi işin — kitab yandırmağın — boşluğunu birdən ürəyində duyur. Bir axşam evinə qayıdarkən, qaranlıqda işıqlanan pəncərədə, qadağan olunmuş kitabları səssizcə oxuyan qadının sakit cəsarətini görür. O an onun daxilində, "Niyə?" sualı alovlanır. Bu, təkcə kitabların yox edilməsindən dərin bir hekayədir. Bu, insanın öz beynini, ürəyini və oyanmış suallarını təhlükəsiz bir yerə gizlətməsinin dramıdır. Montaq yandırdığı hər kitabda, bir uşaq xəyalını, bir aşiqin andını və ya bir alimin ömrünü yandırdığını anlayır. Cəmiyyət isə, bu yanğının qarşısında, divan televizorlarına gömülmüş və həqiqətdən qaçan bir kütlə kimi təsvir olunur. Kitabın ən dəhşətli tərəfi, yandırılanın tək kağız olmamasıdır. Yanan, düşüncənin özüdür, sual sorğusudur, həyatın mürəkkəbliyinə dözüm göstərmək bacarığıdır. Hər kəs "xoşbəxt" olmağa məcbur edilir, çünki kədər, narahatlıq və tənqid — qadağandır. Son səhifələri bağlayanda isə, ürəyimdə bir ümid qığılcımı qalır. Kitab, yox edilə bilməyən bir həqiqəti xatırladır: Həqiqət, insanın yaddaşında və vicdanında yaşayır. Kitablar yansa da, onları əzbər bilən insanların ürəyindəki sözlər, bir nəsildən digərinə, gizli bir çıraq kimi ötürülə bilər. Ən böyük təhlükə, odun alovu deyil — beynimizin və ürəyimizin sönməsidir.
Bilim-Kurgu
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,3bin okunma
Reklam
Reklam