Səhər,ya axşam,nə fərqi var,insan həmişə eynidir.
Onsuz da, nə olursa olsun, məni həmişə baş verəcək eyni olaylar gözləyirdi. Eyni cür davranışlar. İlin eyni fəsilləri. Eyni bir gölün qırağı ilə gəzişmək. Bazar günü axşam yola çıxan eyni avtobuslar. Birinci gün. İkinci gün. Cümə günü. Yanvar. Fevral. Mart. May. Biribirinin eynisi olan günlər. Biri-birinin eynisi olan adamlar. Saatlar da biri-birinə oxşayır.
Sayfa 103·Kitabı okudu
Reklam
O axşam bənövşəyi dəftərimin axırıncı ağ vərəqinə bu sözləri yazdım və sonuncu nöqtəni qoydum. Yazdım ki: «Ağıllı bir dəfə aldanar, həyatda mən də yanıldım. Özün hamısına şahidsən. Sən doldun, ancaq ürəyim boşalmadı. Əlvida, mənim bənövşəyi dəftərim, əlvida!..
Həyat əvvəllər onun sabitliyinə zəmanət verən hər şeydən - təbiətdən, dənizdən, dağlardan, axşam ala-toranın-da düşüncələrə dalmaqdan əsassız olaraq ayrı düşüb.
Sayfa 35·Kitabı okuyor
Axşamlar uşaq yatmağa gedəndə sevdiyi insanı çağırır və yanında qalması üçün ona yalvarır. Südəmər körpə axşam yeməyinə oturan anasından ayrılmır.Böyük, bu mistik sevgini hiss etmir, anlamır. Lakin bizi bu qədər çox sevən balacalar bir gün böyüyəcək və çıxıb gedəcəklər. Bəs onda bizi onlar kimi sevən olacaqmı? Yatmağa gedərkən kim bizi çağırıb: "Yanımda qal" deyə yalvaracaq? Uşaq böyüyəndə daha belə deməyəcək, laqeydcəsinə: "Gecən xeyrə qalsın" - deyib yatmağa gedəcək. Bu sevginin qədrini vaxtında bilməliyik, çünki bir müddət sonra o qeyb olacaq və biz bir daha elə sevgini tapa bilməyəcəyik.
Sayfa 125·Kitabı okuyor
Kitap Alıntısı
Əldən düşmüş insanlar axşam işdən qayıdanda hamı ah çəkərək, bu sözləri deyirdi: bir gün də keçdi!
Sayfa 62
Reklam
Reklam