Əvvəllər həmişə deyirdim ki, “qocalmaq istəmirəm mən” amma oxuduğum bu kitabdan sonra düşündüm ki, eslinde qocalıq da gözəl bir dövrdür, o dövründə xususi gözəl hissləri var. Əvvəl qorxurdumsa və əsla da yaşamaq istəmirdimsə bu dövrü indi bu kitabın sayəsində “ən çox yaşamağı istədiyim dövr”lərdən biridir. İnşeAllah Allah mənədə nəsib edər o dövrü yaşamağı️. Bu kitab 80’yaşındakı bir nənənin nəvəsinə yazdığı məktublardan ibarətdir. O bu məktubları yazaraq istəyir ki, bu məktublar onun nəvəsinin həyatında bir pusula rolunu oynasın.O məktublarında hər bir qocanın hisslərini,düşüncələrini yazmışdı. Hər nənə, baba görəndə ağlıma bu kitab gəlir,onlara qəribə baxır,ürəyimdə deyirəm ki, “siz də belə düşüncələr düşünür və belə hisslər keçirirsiniz”. (Bir gün biri yaxınlaşıb deməsə yaxşıdır qizim mənə niyə elə baxırsan🤦️). Bu kitabda həm də nənə nəvəsinə öz keçmiş həyatını danışır. Ən çox da kitabı sevməyimə səbəb olan bu hissə oldu. Çünki bu kitabı oxumağa başladıqdan hardasa 1 ay əvvəl nənəmdə mənə öz həyatından danışmışdı🥰. Bundan əlavə nənə həmdə nəvəsinə öz həyatında elediyi səhvlərdən də danışır.