Bəzi kitablar var,arada açıb bir neçə səhifə oxuyub,sakitlik tapmaq istəyirsən.Bu kitab onlardan biridir mənə görə.
Kitabda bəyənmədiyim bir neçə nüans oldu.Təkrarlar var idi,eyni cümlələr,eyni fikirlər təkrarlanırdı.Və bəzən də dahilərin sözləri ilə mövzu arasında əlaqə yarada bilmədim.
Umumi olaraq bəyəndim.Öyrəndiyim bir şeylər oldu bi kitabdan.Və əsas olan da bu idi.
Möhtəşəm bir əsər...
Və təəssüf ki əsərdəki hadisələrin hələ də var olduğu bir zaman....
Müharibə...
İllərlə davam edən,unudulmasına imkan verməyən insanlar və bəzən də vicdanını unudan insanlar...
O qədər böyük bir mövzunu dəhşətli bir şəkildə təsvir etmək və bu hisləri oxuyucuya keçirmək üçün sadəcə 61 səhifə...
Əsəri oxuduqdan sonra yazıçının həyatını oxudum və kitabın bu qədər təsirli olmasının səbəbini onda anladım.
Dünya həssas qəlblər üçün cəhənnəmdir.
Bəs həsass qəlbə sahib olmayan özünə insan deyə bilərmi ?...