Əslində, şərh yazmağı düşünməmişdim. Amma könlümdən gəldiyini hiss edirəm bu an, yazasım tutdu :D
Hakan Mengüç qələmini, həqiqətən, sevirəm. Unutduqlarımı xatırladır mənə, bəzən də yeni əlavələr edir zehnimə. Yazar'ın kitablarının ortaq bir xüsusiyyəti var: fikirlərin təkrarı, sadəcə hansı əsərdə təməl düşüncənin necə olmasından asılı olaraq dəyişir. Oxuduğum 4 kitabından ən fərqlisi "Gitmeli miyim Kalmalı mıyım" olmuşdu, həm mövzu, həm də tərkib cəhətdən. Amma hər halda, təkrarlarla qarşılaşmağım məni bu kitablara qarşı neqativ bir düşüncəyə salmır, göz yumuram və dəryaya qapılıb davam edirəm.
Əvvəlki kitablarının daha şəxsi-inkişaf və fəlsəfə janrlarında olduğunu nəzərə alsaq, "Hiçbir karşılaşma tesadüf değildir" yazarın yazdığı ilk romandır. Hakan Mengüç'ün özünün yaşadığı hadisələr əsasında qələmə aldığı bu kitabda məni daha çox cəlb edən xüsusiyyətlər var idi. İlk başlarda təsadüf qılıfı geyindirilmiş hadisələrin gedişatında nəfəsimi tutduğum anlar oldu, sırf səbəbinə olan maraq və həyəcanımdan. "Emir Sultan Hazretleri seni çağırıyor" deyə həm başladı, həm də bitdi bu kitab. Yolun mənbəyində də, mənsəbində də çağıran eyni idi, amma çağırılan tərəflərin ruhən və qəlbən eyni olduğunu deyə bilməyəcəyəm.
Həyatımda da təsadüflərə inancım yoxdur mənim. Bir neçə gün öncə bu barədə dostlarımla etdiyim söhbət əsnasında aralarından birinin fikri ağlıma izini qoydu: "Təsadüf icaddır, əslində, adını qoya bilmədiyimiz hər məchul şeyə təsadüf deyirik. O boşluğu doldurmaq üçün insan beyni acizdir". Haqlıdır. Allahın bizim üçün qurduğu bu düzəndə hər şey onun iradəsinə tabe olub davam edirsə, bunun nəyini təsadüf adlandıra bilərik ki?
Azra və Hakan'ın "həcc" yolu hər ikisinin həyatında dəyişimlərə cığır açmaqla qalmadı, həm də anlayan, təfəkkür edə bilən