- Bəli, mənim çox sevdiyim "Lohengrin" də. Vaqnerin musiqisini başqa musiqilərdən üstün tuturam. O qədər səs-küylüdür ki, bütün konsert boyunca söhbət edə bilərsən və bu zaman başqa adamlar səni eşitməz. Bu böyük bir üstünlükdür, elə deyil, mister Qrey?
- Amma mən belə fikirləşmirəm, ledi Henri. Yaxşı musiqiyə qulaq asarkən heç vaxt danışmıram. Amma pis musiqiyə qulaq asanda, Əlbəttə, onu söhbətlə boğmaq lazımdır.