Ayya blog

"Hər şeyə qadir bir qüvvəni konkret məsələlərə uyğun şəkildə kiçik hissələrə böldükdə, çox sayda tanrı ortaya çıxar. Çoxallahlılıq da elə budur. Çoxallahlılığın mahiyyəti geniş dini tolerantlığa yol açır. Politeistlər (çoxallahçılar) bir tərəfdən, ali və təmənnasız bir qüvvəyə, digər tərəfdən isə çox sayda tərəfkeş və məhdud səlahiyyətli qüvvələrə inandıqlarından, bir tanrıya inananlar digər tanrıların da varlığını asanlıqla qəbul edirlər. Çoxallahlılıq öz təbiətinə görə açıq fikirlidir və nadir hallarda "kafir" və "mürtəd"lərə hücum edir."
Sayfa 241·Kitabı okudu
Din
Reklam
"Qədim mifologiyaların böyük bir hissəsi, əslində insanların bitkilər və heyvanlar üzərində hökmranlıq etməsi müqabilində tanrıya əbədi sədaqət vədi vermələri haqqında bir müqavilədir."
Sayfa 238·Kitabı okudu
Mitoloji
"Aqrar inqilabın ilk dini nəticəsi ekosistemdə insanların dini qardaşları olan bitkilər və heyvanların lal alətlərə çevrilməsi oldu."
Sayfa 238·Kitabı okudu
Tarih
"Dinə – ali, fövqəlbəşəri bir quruluşa olan inama əsaslanmış bəşəri dəyərlər və normal sistemi kimi tərif vermək olar."
Sayfa 236·Kitabı okudu
Din