Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İbrahim

İbrahim
@az1918turan
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq.
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Qəhrəmanların oxumalı olduğu kitab
Kitabda ələ alınan mövzular, əsasən, dostluq, nakam sevgi, siyasət və ailə dramıdır. Bundan əlavə Tanrı inancının sorğulanmasına dair hissələrə də yer verilib. Müəyyən kütlə və ya xalq tərəfindən qəhrəman elan edilən şəxsin və ya dissidentin ailəsinin hansı məhrumiyyətlərə qatlandığı çox mükəmməl izah edilir. Qəhrəman olmağı özünə amal seçənlər gərək ən azından bu kitabı bir dəfə oxuyub məlumatlı olsunlar. Bundan əlavə İran cəmiyyətində qadının və kişinin yeri, qulaqdan dolma fikirlərlə öyrənilmiş islamın cəmiyyətə təsiri və s. də öz əksini tapıb. Oxuyanda hadisələrin İrandamı yoxsa Azərbaycandamı olub-olmaması haqda da düşünə bilərsiz. Çünki, bu iki cəmiyyət mentalitet baxımından eyni təfəkkürdə formalaşıb. Bu kitab da bunun sübutlarından sadəcə biridir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,533 okunma
Reklam
İbrahim
Bir kitabı okumayı düşünüyor
Poçt Qutusu
Poçt QutusuCelil Memmedguluzade
8.5/10 · 277 okunma

Okur Takip Önerileri

Tümünü Gör
91 syf.
·
Puan vermedi
Reklam
İbrahim
Bir kitabı yarım bıraktı
Gün Olur Asra Bedel
Gün Olur Asra BedelCengiz Aytmatov
8.4/10 · 45,5bin okunma
Sən çox cavansan. Mən sənin yaşında olanda atamla da üzbəüz mübahisə edə bilmirdim. Tədricən böyüdüm, möhkəm etiqadlar tapdım. Elə etiqadlar ki, kökü elmdən, mütaliədən, fikirdən başlayır. Amma qoy bir şeyi etiraf edim. Bu aydın fikirlilərin sözlərinə çox əhəmiyyət vermirdim - onların da ürəklərində inanclar var. Çətin anlannda istəməyərək Allaha pənah aparırlar.
Biz özümüz mübahisə eləyəndə elə sərt sözlər işlədirik ki, başqalarını da özümüz kimi bilirik, kimisə incidə biləcəyimizi düşünmürük.
- Bəh-bəh, hələ də namaz qılan adam var? Çox sevindim. Xanım, siz cəddinizin etiqadını qoruyursunuz? Niyə namaz qıldığınızı deyə bilərsiniz? İncidim, əl-ayağım bir-birinə dolaşdı. Dedim: - Əlbəttə, müsəlmanam, hər müsəlman da namaz qılmalıdır. Bu, hər müsəlmanın borcudur. - Bu öhdəliyi sizin üstünüzə kim qoyub? - Təkcə mənim yox, bu borc
Mübarizə aparmalıyıq. Hər kəsin borcudur bu zülmün qarşısını almaq. Hər azad insan ədalətsizliklə mübarizə aparmalıdır. Ta bu sistem yıxılana qədər. Bu tarixin haqq- hesabıdır. Dünyanın bütün sitəmini çəkmiş insanlarla birlik olub, bu ədalətsizlikləri aradan qaldıracaqlar. Biz gərək bu qiyamdan kənarda qalmayaq.
319 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.