Arxa tərəfə əyilmiş bir yarpızın balaca zərif yarpağı axan suya təmas etdiyindən, biaram titrəyirdi. Elə bil, Söyüdlü arx onu qoparıb aparmaq istəyir, yarpaq isə, nə buna razı olur, nə də sudan ayrılırdı. Elə bil, "sən mənim həyatımsan, ancaq mən səninlə getmək istəmirəm" deyə o, suya səssizcə nəğmə oxuyurdu.