Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Bakımm..
Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.
Bir kərə yüksələn bayraq bir daha enməz!
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
Reklam
Çıxıb gül fəslində seyrə nigarım, Sənalar eylərəm baharü yayə. Doyunca gör qəddin, gözüm, bu qəmlə Ömr çatmaz bir dəxi ilə və ayə. Dedim: dilbər, məndən gəzmə dəxi dur, Yolunda payəndaz baş ilə can dur. Dedi: çün oxşatdın, məndən uzaq dur, Qəmzəmi peykanə, qaşımı yayə. Söylə, səba, yarə, əsib o yana, Olurmu bir əhvalıma o yana, Səhər ki, xabından sərxoş oyana, Bənöfşə tək üzdə telini yayə. Əcəl saqisindən allam peymanə. Vəfa gər etməsən əhdü peymanə, Məsturə tələtin cahan peymanə, Nə nisbəti onun xurşidə, yayə. Sək rəqibin, ya rəb, başına qarə. Baxmasın bir də o sinəsi qarə. Mənə ki, rəhm etməz o bağrı qarə, Oxusan yüz ona hədisü ayə.
Sayfa 237Kitabı okudu
Könülə ki, güc yoxdur?..
Sayfa 406 - Mürafiə vəkillərinin hekayətiKitabı okudu
Can Azerbaycanim!
Fədakarlıq günüdür qalx, anam Azərbaycan! Əbədiyyət beşiyi, ölümsüz bir cahansan. Ey min-min bəlalara sinə gərib, mərd duran, Ey düşmənlər önündə qaya kimi sərt duran. Ömrünü, taleyini bəxş edən tufanlara, Ahın dağlara düşsün, göz yaşın dumanlara. Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən! Gözü yolda, yaralı, həsrət anam da sənsən. Qolumun zəncirləri nə vaxt parçalanacaq Həsrətinlə çırpınan körpə uşağam, uşaq! Yuvası yetim qalan bir qanadsız quşam mən, İsti ana köksünü arzularam ürəkdən. Azadlıq müjdəsini alır hər yer, hər məkan, Sən başı bəlalısan elə başdan, binadan.
Sayfa 349 - Zeka kitab evi/2016/KlassiklerimKitabı okudu
Reklam
Azərbaycan dilində “rüşvət” sözü “hörmət” sözüylə əvəz olunmuşdu.
Sayfa 281Kitabı okudu
Heç kəsi gərək adam özünə yavuq qoymasın.
Sayfa 376 - Sərgüzəşti-vəziri-xani-LənkəranKitabı okudu
— Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam onu uğrunda!
Sayfa 355 - Sərgüzəşti-vəziri-xani-LənkəranKitabı okudu
Azerbaycan!
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan. Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub mülki-İran, Azərbaycan. Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad Külüng vurmuş
Sayfa 142 - Zeka kitab evi/2016/KlassiklerimKitabı okudu
Reklam
Zaman yetdi; bütövləşdi ulu Vətən, Qoy çatlasın xəyanətlə atıb-gedən, Yer üzünü qüdrətinə heyran edən, Azərbaycan, son Savaşın mübarəkdi! Yaşa, var ol müdrük Ali Baş Komandan, Qüvvət aldıq ağır Dəmir yumruğundan, Əbədilik, əsarətlər buxovundan, Azərbaycan, Qurtuluşun mübarəkdi!...
Sayfa 13 - MÜBARƏKDİ !Kitabı okuyor
Hər səhərim öz Yurdumda oyadırsa- Bundan artıq daha mənə nə gərəkdi? Zəfər çaldıq; Xan-- Kəndinə qayıdırsa, Azərbaycan, Qayıdışın mübarəkdi! Doğma Laçın, gözəl Şuşam, Kəlbəcərim... Ürəyimi tərk elədi dərdi-sərim, Haqq yolundan çəkinmədin, yenilmədin, Azərbaycan, uca başın mübarəkdi!
Sayfa 13 - MÜBARƏKDİ !Kitabı okuyor
Əl-Bəqərə Surəsi 285.
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur'ana) inanmış və möminlər də iman gətirmişlər.(Onların) hamısı Allaha,Onun mələklərinə,kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.Ey Rəbbimiz,bizi bağışla.(Axır)dönüşümüz Sənədir!"
Əl-Bəqərə Surəsi 281.
Allaha tərəf qaytarılacağınız gündən qorxun!Sonra hər kəsə gördüyü əməlin əvəzi veriləcək və onlara (heç bir) haqsızlıq edilməyəcəkdir
Əl-Bəqərə Surəsi 257.
Allah iman gətirənlərin dostudur,onları zülmətdən çıxarıb nura doğru yönəldər.Kafirlərin dostu isə Tağutdur (şeytanlardır).Onları nurdan çıxarıb zülmətə salarlar.Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!
1.451 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.