Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Göreceksiniz Azərbaycan torrpaxlari daha çox böyüyəcək.
Özümü müasir düşüncəli adam saymıram. Konservativəm. Köhnə qafalıyam. Orta-statistik Azərbaycan kişisi... Mentalitet, namus, qeyrət-filan... Məsələn, istəmərəm, mənim yaxınlarım açıq-saçıq geyinsin. Amma bu qədər. Sadəcə, bu qədər. Mənim istəklərim, tələblərim yaxınlarıma, doğmalarıma, əzizlərimə dair ola bilər. Daha başqalarının geyiminin mənə heç bir dəxli yoxdur. Olmamalıdır.
Reklam
Azərbaycan Naşirlərinin I Forumu
Hazırda ölkə kitabçıları, nəşriyyatları hamısı birlikdə, ölkənin ilk naşirlər forumunu keçirir. Ümid edək faydalı olar.
Paylaşdığım "Filler de Hatırlar" kitabını yox, kitabın Azərbaycan dilinə tərcümə olunmuş "Fillər xatırlayar" kitabını oxuyuram. Burada onu tapa bilmədiyim üçün bunu seçib səhifə dəyişikliyi etdim.
Reallaşmayan arzular
İnsanları var edən onların arzularıdır. Arzularla imkanlar üst-üstə düşməyəndə insanın faciəsi başlayır. İnsan oxuyur, təhsil alır, çalışır-vuruşur, cəmiyyətdə bir mövqe qazanmaq, həyatını arzularına uyğun qurmaq istəyir. Amma həyat insanın qarşısına o qədər problemlər, maneələr çıxarır ki, bir insan ömrü bu problemlərin həll olunmasına, maneələrin dəf edilməsinə yetmir. Bir vaxt gözünü açıb görürsən ki, gəncliyin artıq keçmişə çevrilib, gücün, qüvvən tükənib, arzular isə arzu olaraq qalıb. Öz qarşısına məqsəd qoymuş adam məqsədinə çata bilmirsə və bu uğursuzluğun günahı onda deyilsə, bəs çıxış yolu nədədir? Azərbaycan reallığında arzuların açarı puldur, pulu isə qazanmaq müşküldən müşkül işə çevrilib. Arzuların qarşısında Çin səddi ucaldılıb, sən bu arzulardan bilmərrə əl çəkməlisən. Sadəcə, başını aşağı salıb bir parça çörəyini qazan, vəssalam. Aldığın təhsil, bilik, intellekt sənin həyatını dəyişməyə qadir deyil.
Reklam
Bu burda qalsın, yazmaq içimdən gəldi
Azərbaycan mentalitetinin təməlində illər, hətta nəsillər boyu basdırılmış, ört-basdır edilmiş, üzəri qalın, ancaq təməli əsassız "əxlaq" pərdəsi ilə örtülmüş erotik hisslər, arzular, həyata keçirilə bilməyən cinsi istəklər, ehtiraslar dayanır. Bunun fərqinə hər gün daha çox, daha dərindən varıram. Təəssüflər olsun ki, bu zəhər tuluğunu öz qəlbində sahib olduğu ən dəyərli şey kimi daşıyan yaxınlarım, qohumlarım çox ali şəkildə təcəssüm etdirirlər. Onlar üçün dəyər sadəcə ömür boyu hansısa kişiyə rəsmi dövlət sənədləri əsasında təsdiqlənmiş və hər kəs tərəfindən qəbul edilmiş, "bu belə olmalıdır, doğru olan budur" prinsipi ilə arvadlıq, daha doğrusu fahişəlik etməyimdir. Sevdiyim, uğrunda mübarizə apardığım, ideyalarımı, arzularımı, xəyallarımı ən xırda fürsətdə kiçik və mənasız görən ( qəribə olan budur ki, onların mənasız görüşləri bu istəkləri daha mənalı edir) bu cəmiyyətin təməlsiz təməl daşları hər zaman var və var olacaq. Seçim isə bizimdir, ya bu daşların üzərinə basaraq, irəliyə, daha iradəli və daha əzmli şəkildə addımlayacağıq, ya da onlar kimi, onlardan daha betər, hissiz, qəlbsiz bir qaya, daş parçasına çevrilib, həyata keçirə bilmədiyimiz ehtirasların içərisində boğulub öz zəhərimizi, xəstəliyimizi başqalarına da yoluxduracağıq.
«Bəli, əsəbiyəm!»
Mənə "əsəbisən" deyən düz deyir Mənim nöqsanımı demək istəyir. Söz atdın... Könlümdə qopdu zəlzələ, Bilmədim,nə zaman çıxdım özümdən Toxundun könlümə üstəlik hələ Deyirsən, lal olum, qışqırmayım mən?
Aldanış
Bizim cəmiyyət kiçik yaşlarından başlayaraq aldadıla-aldadıla böyüdülür.Azərbaycan insanı lap balaca olanda "Ağlama həkim iynə vuracaq","Orda "xoxan" var" getmə" kimi ağ yalana bənzəyən təhdidlərlə üzləşir.Və bir müddət Allah "baba"ya dua edir.Sonra Allahın baba olmadığını eşidir,öyrənir ki Allahın cinsi yoxdur.Sonra gedir məktəbə,orda öyrədirlər ki,siz qardaş-bacısınız.Yeniyetməlik dövrünə çatanda adətən sinif yoldaşını sevir,görür ki,bu da deyildiyi kimi deyil.Sonra başlayır ali məktəbə hazırlaşmağa,deyirlər ki,orda dərs az olur,kef edəcəksiniz.Ora girir görür ki, bu da səhvdi.Universitetdə deyirlər ki,öyrəndiyiniz ana dili səhvdi,ana dilini bilmirsiniz.Və bu qədər aldananda fərd artıq heç kəsə inanmır,özü də istəmədən yalan danışmağa başlayır (Xəqani)
Hansı kitabdandı unutmuşam
Cuvarlı. Belə çıxır ki, sən Azərbaycan xalqının ən yaxşı oğullarını qırğına verə verə Stalinin etibarını qazanmısan. Sən 20-ci illərdə Nəriman Nərimanovu da Leninin gözündə ləkələməyə çalışanlardan birisən! Çünki o, Vladimir İliçin ən yaxın silahdaşlarından idi, Şərq xalqlarının rəhbəri kimi böyük nüfuzu vardı! Mircefer Bağırov. Nərimanov qatı millətçi idi! Cuvarlı. Nərimanov öz xalqını sevirdi. Azərbaycan xalqının iqtisadiyyatına, mədəniyyətini yüksəltmək üçün daha geniş miqyasda al-qol açmasını istəyirdi. Buna görə ona millətçi damğası vurmaq olmaz.
Reklam
Azərbaycan türkcəsinin çox sevirəm
Belə dilbərem, bilirəm ki xeyli qəşəngsen Onun üçün olma hər müddət negeran....
1.122 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.