Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
160 syf.
7/10 puan verdi
·
4 günde okudu
"YALAMA QƏHRƏMANLARI"
"YALAMA" sənədli povesti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqındadır. Tarix 1920-ci ilin aprel ayı, Qafqaz cəbhəsinin komandanı Tuxaçevski XI qırmızı ordunun Azərbaycana daxil olması barədə hələ aprelin 21-də qərar verir. 72 minlik sovet ordusuna qarşı son damla qanlarına qədər vuruşan vətən övladları haqqında müəllif tarixi-siyasi hadisələr işığında bədii bir dillə danışır. Yazıçı Əliağa adlı qəhrəman gənc Azərbaycan zabitinin simasında həmin qəhrəmanların gerçək məhəbbətlərinin vətən olduğunu izah etməyə çalışır. Onların hər birinin ailələri, həyatda dəyərli gördükləri hər bir şey, elə vətənin bir parçasıdır. Vətən sadəcə dağ, daş, səfalı torpaqlar və neft deyil. Vətən bunların hamısını birləşdirən insandır. O insan vətən üçün yaşamağa da ölməyə də hazır olmalıdır. Amma onlar ölmədilər. Hər birini adları ilə tanımasaq belə onların əziz xatirələrini hörmətlə anır hər birinin vətənə və millətə göstərmiş olduqları sədaqətlərini təqdir edirik.
Yalama
YalamaArif Aliyev · Altun Kitab Nəşriyyatı · 201735 okunma
432 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Aləmdə səsim var mənim" Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin ilk romanıdır. Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmaq istəmiş, lakin əsərin nəşri zamanı dəyişib Seyid Əzim Şirvaninin şeirindən götürərək "Aləmdə səsim var mənim" adlandırmışdır (yaxşı ki). İlk romanı olan bu əsərdə Əzizə Cəfərzadə
Aləmdə Səsim Var Mənim
Aləmdə Səsim Var MənimƏzizə Cəfərzadə · Şərq-Qərb · 200624 okunma
Reklam
·
Puan vermedi
Kitablar məni təqib edir¿?
Sizə əksər kitabların özünün gəlib məni tapdığı barədə məlumat vermişdim. Bu kitab da istisnalıq təşkil etmədi. Bu incələməmə ilk öncə kitabı hədiyyə edən, adını çəkməyəcəyim şəxsə təşəkkürumü bildirməklə başlamaq istərdim. Təşəkkürlər! Nə qədər müasir dövrdə durğunluq dövrünü yaşadığını düşünsəm də, həqiqətən Azərbaycan ədəbiyyatının mənim
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019281 okunma
316 syf.
10/10 puan verdi
Spoii var, oxuyun, oxutduruun!!!
Hələdə təsirində olduğum o kitab Filminə baxmışdım . Düzü o qədər də təsirli deyildi. Amma kitabı oxuyarkən Təhminə obrazı ilə aramda görünməz bağ yarandı. Cəmiyyətin qınaq obrazına çevrilmiş Təhminə ,nə etsə bir nöqsan axtarılırdı. Onun bele tənqidlərə məruz qalmasına səbəb , həyatını camaatın sözünə görə yox, öz istədiyi kimi şablonlara,
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,122 okunma
224 syf.
·
Puan vermedi
·
4 günde okudu
Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi- fəlsəfi roman kimi qiymətləndilir. "Qızlar bulağı" romanında yazıçı köhnəliklə yeniliyin mübarizəsi və dialektini tarixi-əfsanəvi materiallar əsasında obrazlı şəkildə ifadə etmişdir. Əsərdə müxtəlif dünyagörüşləri, din və fəlsəfə bir- biri ilə qarşılıqlı əlaqədə verilmişdir. Əsər tarixi roman hesab olunsa da, burada müasir dövrün insanını narahat edən bir sıra problemlərə toxunulmuşdur. Azadlıq, bərabərlik, sülh şəraitində yaşamaq, hər bir xalqın istədiyi həyatı qurmasını təmin etmək bütün dövrlər üçün aktual məsələlərdən olmuşdur. "Qızlar bulağı" romanında həyata və yaşama dair bir sıra fəlsəfi məsələlərə də yer verilmişdir. Çox bəyəndiyim bir əsər oldu.
Qızlar Bulağı
Qızlar BulağıYusuf Vezir Çemenzeminli · Bakı, Hədəf Nəşriyyatı · 201662 okunma
158 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Canavar Ovu
Canavar Ovu
---Yazarın qələmindən oxuduğum ilk kitab oldu. Davamı olacağına isə əminəm. Fikirlərimə kənd həyatının təsviri ilə başlamaq istəyirəm. Müasir dövrdə insanların böyük şəhərlərə axın etməsi, kəndlərin insansız qalması (Urbanizasiya) aktual bir məsələyə çevirmişdir. Kitabda isə kənd həyatının təsviri o qədər geniş və ürək açan şəkildə verilmişdir ki , "Kaş bir günlük orda yaşayardım" dediyim məqamlar oldu. Ən sevdiyim amil isə kənd camaatının bir birinə qarşı münasibəti idi. Xeyrə, şərə bütün qonşuların yığışıb əl yetirməsi, ailə dəyərlərinin ön planda olması çox gözəl idi. İndiki dövrdə belə əlaqələr zəifləməyə doğru gedir desəm yanılmış olmaram. Və sonda qeyd etmək istəyirəm ki , ilk dəfə idi kitab oxuyanda hansısa bir obraza qarşı nifrətim yaranmadı. Çünki kitabda olan bütün obrazlar sanki xüsusilə işlənib hazırlanıb. İçlərində pislik , kin , paxıllıq kimi mənfi xüsusiyyətlər yoxdur. Bu arada Cahnagir obrazı favorim oldu. Əsl Azərbaycan oğullarının nümunəsi idi.
Tural Sahab
Tural Sahab
sizə yazıçılıq fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Canavar Ovu
Canavar OvuTural Sahab · 202022 okunma
Reklam
210 syf.
7/10 puan verdi
Kitabı mənə bir nəfər məsləhət görmüşdü. Oxumağa başladım və açıqcası özümə də maraqlı idi. Amma ilk səhifələrində kitabdakı necə deyərlər qəribəliyi, yadlığı hiss etməmək mümkün deyil. Kitabda yazıçı Norveçlə bağlı xatirələrindən, başına gələnlərdən danışır. Daha doğrusu bütün pis xatirələrindən... Öz-özümə deyirəm yaxşı ki, Norveçə getmək, orada yaşamaq kimi planlarım yoxdur. Yoxsa indi hamısı puça çıxmış olacaqdı oxuduqlarımdan sonra. Sevmədiyim xüsusiyyətlərdən biri kitabın dilinin qarışıq olması idi. Azərbaycan, türk, fars bütün dillər qarışıb sanki bir-birinə. Bir çox sözlər isə tamamilə bizə yad olan tələffüz forması şəklində yazılıb. Ədəbi dilin normaları deyilən anlayış bir sözlə sanki təhqir olunub. Oxuyarkən bu məni çox narahat edirdi. Bundan başqa aranızda əgər Norveç xəyalları olan birisi varsa bu kitabı oxumağın ona faydası olacaq yoxsa həvəsdən düşəcək deyə bilməyəcəm. Bütün kobud, yaramaz, soyuqqanlı Norveçlilər bizim bu yazıçımızın qabağına çıxıb. Əlbəttə hər kəs getdiyi ölkə ilə bağlı xoş təəssüratlarla dolu ola bilməz. Amma nədənsə bu qədəri də mənə çox səmimi gəlmədi. Nə vaxtsa qismət olar bəlkə özüm gedib tanıyaram Norveçliləri... Oxumasamda olardı dediyim kitablardan biri oldu amma bəzi faydalı məlumatlara da rast gəldim. Bəzi fikirlər var onları da alıntı kimi paylaşacam.
Norveç Yazıları
Norveç YazılarıAli Səbri Siyamək · Qanun Neşriyyatı · 20071 okunma
180 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Sən mənim ədəbiyyat söhbətləri etdiyim tək-tük dostlarımdansan)
Tural Sahab
Tural Sahab
...
Canavar Ovu
Canavar Ovu
ile başladığım kitaba
Bir
Bir
romanı ile vida edirem Tural )) Dusunurem ki vaxt gelecek Azərbaycan ədəbiyyatına öz möhürünü vurmuş yazicilardan biri olaraq ozun olaraq oz yolunu müəyyənlesdireceksen. Hem mövzu rəngarəngliyi, həm də bədii təsvir vasitələrinin mükəmməlliyi baxımından zengin qeleme sahibsen Tural deyerlendir zehmet olsa da )Eserlerinde yaratdigin obrazlar, sadelik,semimiyyet,insanliq... gunumuz edebiyyatimizda hesretini cektigimiz seylerdi. Bu gun her uc adamnan dordu yazir,coxunun adi danisiq qabiliyyeti de yoxdu hec) sende ise ele deyil)Yasa Yarat Tural,Ugurlaarrr... Seninde dediyin kimi Kutle maariflenmek evezine hele ki vaxt oldurmeyi secib) P.s. Butun romanlarini bitirdim) hamisi 10uzerinden 10puan)
Bir
BirTural Sahab · 20183 okunma
409 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Heidi kitabı hər iki dildə incələmə
☆Azərbaycan dilində☆ Heidi xarakteri bütün uşaqların sevimli qəhrəmanıdır. Uşaq kitabı olaraq çox dərin mənaya malik olan bu kitabda, uşaq yaşlarından bir - birilərinə olan sədaqət, sevgidən irəli gələn bir hekayəni oxuyuruq. Və anlayırıq ki, insanın xoşbəxt bir həyat sürməsi onun varlı və ya lüks bir həyat sürməsindən yox. Yalnızca sevdiyi insanlar, sevdiyi məşğuliyyətlər, peşəyə yiyələndikdə baş verir. Heidinin sevgisi də bunlardan biridir. Çox dərin mənası olan bu kitabı nəinki uşaqlar, hətta böyüklərində oxumasını tövsiyə edirəm. ___________________________________________ ☆Türk dilində☆ Heidi karakteri tüm çocukların sevimli kahramanıdır. Çocuk kitapı olarak çok derin manaya malik olan bu kitapda, çocuk yaşlarından bir - birilerine karşı olan sadakat, sevgiden ireli gelen bir hikayeni okuyoruz. Ve anlıyoruz ki, insanın mutlu bir hayat sürmesi onun varlı ve ya lüks bir hayat sürmesinden diyil. Yalnızca sevdiyi insanlar, sevdiyi eylenceler, işlerinden kaynaklanıyor. Heidinin sevgisi de bunlara bir örnekdir. Çok derin manaya malik olan bu kitabı yalnızca küçükler diyil, hatta büyüklerin bile okumasını tavsiye ediyorum. ●Kitapla kalın...●
Heidi
HeidiJohanna Spyri · Milliyet Yayınları · 19774,949 okunma
176 syf.
6/10 puan verdi
·
6 günde okudu
Her iki dilde Yeşil bambu incelemesi
♡Azərbaycan dilində♡ Yeşil bambu ve fantastik öyküler kitabı düşünürəm ki, insanın reading slumpdan çıxaracaq kitablardan biri kimidir. Bəzən çox ağır kitabların yanında insan özünün oxuma vərdişlərini daha da gücləndirəcək kitablar axtarır. Bu kitab onlardan biridir. İçərisində fərqli hekayələrin olduğu hissəli şəkildə irəliləyir. Çərəzlik kitab kimi oxunası kitabdır... __________________________________________ ♡Türk dilində♡ Yeşil bambu ve fantastik öyküler kitabı düşünüyorum ki, insanı reading slumpdan çıkarıcak kitablardan biri gibi. Bazen çok ağır kitablarının arasında insan kendinin okuma verimliliğini daha da artırıcak kitaplar arıyor. Bu da onlardan biri. İçerisinde farklı hikayelerin bulunduğu parçalar şeklinde ireliliyor. Çerezlik kitab olarak okunur bence... İyi okumalar☆
Yeşil Bambu ve Diğer Fantastik Öyküler
Yeşil Bambu ve Diğer Fantastik ÖykülerOsamu Dazai · İthaki Yayınları · 20212,743 okunma
Reklam
220 syf.
10/10 puan verdi
·
Beğendi
dəniz
Az getdik, çox getdik, dərə-təpə düz getdik, nəhayət ki, altıncı kitabımızı da çapa göndərdik. Ürəyim çox böyük fərəh hissi ilə döyünür! İlk 5 kitabda çəkdiyimiz zəhməti təkcə bu kitab üçün çəkdik, yəqin ki. Bu cür kitabı dilimizə qazandıran nəşriyyat olduğumuz üçün çox sevinirəm. Bir neçə səbəbi var: John Banville İrlandiya ədəbiyyatının
Dəniz
DənizJohn Banville · Nebula Publishing House · 2055140 okunma
144 syf.
10/10 puan verdi
·
12 günde okudu
Məhəmməd Əmin Rəsulzadə - Əsrimizin Siyavuşu
1920-ci ildə bolşevik istilasından qaçarkən iki nəfər Lahıcda saxlanmaq məcburiyyətində qalmışdı. Qonaq olduqları evin kiçik kitabxanasında bu iki şəxsdən birinin diqqətini Firdovsinin “Şahnamə”si çəkir və ev sahibindən icazə istəyib oxumağa başlayır. Ən çox marağını cəlb edən isə “Siyavuş” dastanı olur. Əvvəldən də bu dastana aşina olmasına
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 024 okunma
657 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.