Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
VƏTƏN Mən səndənbir yaşıl budaq istədim, Sən mənə bəxş etdin zümrüd meşələr. Mən səndən kiçik bir otaq istədim, Sən mənə bəxş etdin dilbər güşələr, Mən səndən adicə həyat istədim, Sən məni çıxartdın min-min səhərə.
Düşüncə
Bugün Azərbaycan xalqının tarixinin qürur mənbəyi ŞƏHİDLƏRİN qorxmadan ölümün gözünə dik baxdığı 20 YANVAR günüdür.1990 - ci il yanvarın 19 - dan 20 - ə keçən gecə biz azərbaycanlıların QANLI YANVAR günüdür. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin!!!
Reklam
Düşünce
BUGÜN AZƏRBAYCAN TARİXİNİN QAN YADDAŞI OLAN XOCALI SOYQIRIMIDIR.1992 - ci il FEVRALIN 25-dən 26-na KEÇƏN GECƏ VƏHŞİ ERMƏNİLƏR QARABAĞIN STRATEJİ ŞƏHƏRLƏRİNDƏN OLAN XOCALIYA GECƏ YARISI GÖZLƏNİLMƏDƏN HÜCUM ETMİŞLƏR. XOCALI SOYQIRIMI NƏTİCƏSİNDƏ 63-ü UŞAQ, 106-sı QADIN, 70-i QOCA və QARI OLMAQLA, 613 XOCALI SAKİNİ QƏTLƏ YETİRİLİB, 8 AİLƏ TAMAMILƏ MƏHV EDİLİB, 25 UŞAQ HƏR İKİ VALİDEYNİNİ, 130 UŞAQ VALİDEYNLƏRİNDƏN BİRİNİ İTİRİB.DÜŞMƏN GÜLLƏSİNDƏN 76-sı UŞAQ OLMAQLA, 487 NƏFƏR YARALANIB. 1275 NƏFƏR ƏSİR GÖTÜRÜLÜB. GİROV GÖTÜRÜLƏNLƏRDƏN 150 NƏFƏRİNİN, O CÜMLƏDƏN 68 QADIN VƏ 26 UŞAĞIN TALEYİ BU GÜNƏDƏK MƏLUM DEYİL. XOCALI SOYQIRIMINI UNUTMAYAQ!!!!!
Düşünce
Bugün biz Azərbaycanlıların Novruz bayramıdır.Novruz bayramı martın 20-si, 21-i və ya 22-sində qeyd olunur. Novruz bayramının bir çox adətləri vardır. Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir: 1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar. 2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir. 3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın". 4. Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir. 5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. 6.Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir. 7.. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar. 8. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. 9. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır. 10. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir. 11. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür. 12. Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
Azerbaycan Bayrağı
BİR DƏFƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ...!!!!! "Azərbaycan Respublikası Dövlət Bayrağı günü" 1918-ci il Noyabrın 9-u Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli Bayraq haqqında qərar verib. Nazirlər Şurası sedri Feteli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli Bayraq kimi Mavi, Qırmızı, Yaşıl rənglərdən. Ağ Aypara və səkkizgüşəli ulduzdan ibarət olan Bayraq qəbul edilsin. Elə həmin gün qərar təsdiq olunmuşdur. 2009-cu il Noyabr ayında Dövlət Bayrağı günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 Noyabr Azərbaycanda Bayraq günü elan olunub... BAYRAMIMIZ MÜBARƏK...!!!
( niyə Azərbaycan dilində yazmırsan dedilər. Yazdım. ) Əlləri saçlarıma dolanardı adamın .. saçımın hər telini ayrı sevərdi... onun qoxusunu içinə çəkər cənnət qoxulum deyərdi...  içimdə  sözlərin verdiyi sevinc, üzümdə  sevincin gülüşü, gözlərimdə gözünün parıltısı...Sənə vurulmuşam, adam.. toxunduğun hər bir əşyaya heyran qalıb həsəd ilə baxmışam.. gəzdiyin o yollara, güldüyün hər insana, dinlədiyin mahnılara belə paxıllığım tutur.. axı onlar sənə məndən daha yaxındırlar. Kaş ki, üzünə  toxunan payız küləyi olaydım, kaş doğan günəşin teninə dəyən şüaları olaydım, kaş sənə nəfəs qədər yaxın olaydım.. vurulmuşam sənə.. gülərkən qısılıb parlayan gözlərinə, baxışlarına, qəlbimi isidən səsinə, yerişinə..nəfəs alıb verişinə..
Reklam
Azerbaycan Sovyet Sosyalist Cumhuriyeti Marşı
Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar! Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar. Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə, Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə! Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz, Kommunizmin günəşilə nurlanacaq səhərimiz. Biz gedirik gələcəyə qaliblərin cərgəsində, Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir, Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir. Nəsillərdən-nəsillərə yadigardır dəyanətin, Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin. Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz, Kommunizmin günəşilə nurlanacaq səhərimiz. Biz gedirik gələcəyə qaliblərin cərgəsində, Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Rəşadətli Rus xalqıdır dostluq, birlik bayraqdarı, Müqəddəsdir, sarsılmasdır dost əllərin bu ilqarı. Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz, Qoy var olsun bu ittifaq - şanlı sovet vətənimiz!
Azərbaycan'a neden ''odlar yurdu'' denir? Bunu Azəri arkadaşlarımıza soralım.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.