Bir igid gəldi keçdi dünyadan-Şükürova
Rüqəyya
Bir igid bəxş etdi bu dünyaya Yaradan
Qorxmadı nə bir acıdan,nədəki yara'dan
Tək başına ermənini məhv edən,alçaldan
Bir Mübariz gəldi keçdi dünyadan
Qəfildən hücum etdi,qopdu atəşin səsi
Heç bilmədi qorxusundan ermənilər neyləsin.
Mübariz məhv etdi tam qırx beş leşi
Qopardı onu dünyadan bir namərd vəhşi.
Ruhsuz bədəniylə belə düşməni qorxudan
Şəhid qanını öz qanıyla yuyan
Bütün Azərbaycan xalqının qüruru olan
Bir Mübariz gəldi keçdi dünyadan
Məzarında rahat uyu igid qəhraman
Qalmadı artıq yerdə qan
Sənin,uğrunda can verdiyin torpaq,
Üsdündə dalğalanır üç rəngli bayraq!
~Mübariz İbrahimovun əziz xatirəsinə...