Hamı olmuş heç kim tərəfindən yazılmışdır
10/10
·400 syf.··
Beğendi
·
2026 37. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Mart 2026 22:42
"Gecəyarı Kitabxanası" bizə yaşaya bilmədiyimiz həyatları sorğuladan fəlsəfi və fantastik romandır. Həyatda özümüzə "Əgər o qərarı versəydim, indi harada olardım?" tipli suallar veririk. Bu əsərin də təməli həmin suallardan başlayır. Çox düşündürücü əsər idi, yarım saat oxuyub 2 saat düşünürdüm və araşdırırdım. Soxulcan dəlikləri, çəyirtkələrin intiharı, Eynşteyn-Rozen körpüsü, toxoplasma gondii, lüsid yuxu, zombi siçanlar, multikainat, simlər nəzəriyyəsi, kvant dalğa funksiyası və daha nələr, nələr... O qədər maraqlı anlayışlar çıxdı ki, öyrənmək zövq verirdi və düşüncə baş alıb gedirdi. Bu kitabda, Noranın yaşamadığı digər həyatlarına onunla birlikdə səyahət edirik. Kitabda bir çox maraqlı detallar var. İlk öncə psixologiyadan başlayaq. Gestalt psixologiyasına görə, insan beyni hər şeyi sadələşdirməyə çalışır. Biz dünyanı xaotik hissələr kimi deyil, bütöv, mənalı formalar kimi qəbul edirik. Yəni reallıq bizə olduğu kimi yox, beynimizin qura bildiyi qədər görünür. Əsərdə saatın əqrəbləri nümunə olaraq çəkilir. Əgər saatın işləmə prinsipi haqqında heç bir məlumatımız olmasaydı, ona baxanda saat əqrəbinin hərəkətsiz qaldığını düşünərdik. Burada bizə çatdırmaq istəyir ki, görə bildiyimiz dünya, yalnız dərk edə bildiyimiz çərçivənin içindədir. Hələ dərk etmədiyimiz sonsuz şeylər olduğundan, görə bilmədiklərimiz də sonsuzdur. Biz hər an sonsuz ehtimalların içində yaşayırıq, lakin beynimiz bizə sadəcə bir xətt - indiki reallığımızı göstərir. Kvant fizikasında dalğa funksiyası anlayışı var. Bu, bir zərrəciyin (məsələn, elektronun) eyni anda hər yerdə və hər vəziyyətdə ola biləcəyini göstərən ehtimallar xəritəsidir. Bu vəziyyət superpozisiya adlanır. Ancaq biz ona baxdıqda, yəni müşahidə etdikdə, bu ehtimallar tək bir nəticəyə "yığılır". Buna dalğa funksiyasının çökməsi
1000Kitap
Gecəyarı KitabxanasıMatt Haig · Qanun Nəşriyyatı · 202498,4bin okunma
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20243 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·192 syf.··
Beğendi
·
2025 8. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Kasım 2025 03:18
Bu səfər həmkarım, Gənc Yazarlar İttifaqının üzvü olan - Fərid Məhərrəmlinin 'Setralı" kitabı ilə qarşınızdayam. Fantastika, qorxu,dava-döyüş,tarixi roman sevənlərin kitabıdır. İlk öncə qeyd edim ki əsər triologiyadir. 2-3 yaxın zamanda çıxacaq. Süjet xətti ilə başlayaq: Ekspozisiya (giriş) - Qeyd edim ki giriş mənim üçün çox qarışıq başlamışdı ta ki aşağıda verilmiş şəkilli izahı görənə qədər. Ondan sonra biraz aydınlaşdı. Zavyazka (düyün) - kitabda maraq doğurucu hadisələr var idi. Necə olacaq dediyin hadisələr var idi, amma yenə də Razvyazka hissədə açılacağını gözlədiyim hadisələr deyildi. Kuliminasiya (pik hədd)- mənə görə kitabın pik həddi Kladiusun vəd olunmuş olmasına inanmayıb onu öldürmək istədiklərində cəhdlərinin boşa çıxması idi. Razvyazka (düyünün açılması) - mənə qaranlıq qalan bir iki nüans hələ də qalır. Məsələn Zena niyə gəlmişdi? Sonu necə oldu? Niyə Jelkosek Jinjağ və Zenanın yeri bəlli olmadı,sağ olub olmamaqları bilinmədi. Rastın əsl niyəti nə idi? Fagıl öldümü? İzbemin mövqeyi sonda nə oldu? Onu da inşallah Setralı-2 çıxdıqda öyrənirik. Final (son) - Finalı gözlədiyim kimi oldu. İnşallah ikinci hissədə yuxarıdakı suallar da aydın olacaq. Kitabda bəyəndiklərim: Yaradana inanan hər insanın nə qədər qaranlıq insan da olsa bağışlana biləcəyinin,içində ki yaxşı insanın üzə çıxması üçün heç vaxt gec olmamasının vurğulanması; Qaranlıq dünya ilə işıqlı dünya arasındakı fərqdən bəhs olunması; Qəddar bir insanın necə Yaradana sığınıb qaranlıqdan qurtulması və.s Kitabda olan bəzi qüsurlar var idi o da kitabı oxumağa əngəl deyil. Həmkarıma uğurlar arzu edirəm
SetralıFərid Məhərrəmli · Alfacin Nəşriyyatı · 20244 okunma
Zona
7/10
·212 syf.··
Beğendi
·
2025 5. kitabı
Kitab haqqında danışmazdan öncə qeyd edim ki, heç vaxt fantastik və qorxu (dava döyüş tipli) roman oxumamışam. Bəlkə də Gənc Yazarlar İttifaqına qoşulub həmkarlarımın yazdığı kitabları oxumalı olmasa idim həyatım boyunca da oxumağı düşünməyəcəkdim. İlk təcrübəmi,dəyərli həmkarım Samir Turanın Zona adlı fantastik romanı ilə etdim. Fantastik qorxu adrenalin yaşamaq istəyən hər kəsə tövsiyyə edirəm. Janrı -Roma. Tipi fantastikdir, bir az da qorxu romanı demək olar. Sujet xətti ilə başlayaq: 1)Ekspozisiya (giriş) - Giriş hissədə artıq sirli bir yerə düşən qəhrəman gördükdə,suallar yaranır; bura haradır? Niyə bura məhz o seçilib? 2)Zavyazka (düyün) - kitab demək olar düyünlər ilə dolu idi. Oxuduqca düşünürdüm? Niyə zona tez-tez dəyişir? Niyə gecə və gündüz normal deyil? Niyə bu insanlar burdadır? Burdan qurtuluşun yolu varmı? Hansı yolla geri dönəcəklər? Tomi çıxış yolunu tapacaqmı? Kuliminasiya (pik hədd) - mənim üçün pik hədd - Piyunun çevrəyə keçməsi və zonanın dəyişməsinə rəğmən hələ də zonada qalması idi. Axı biz zona dəyişəndə başqa iqlim,başqa coğrafi təbəqə,başqa landşaft, başqa ab-hava görürdük? Tək eyni olan sükut qanunu idi.Və çevrə başından bəri təhlükəsiz idi. Ta ki Piyu gələnə qədər. Razvyazka (düyünün açılması)- bu hissə üçün çox da yazmalı bir şey tapa bilmədim, çünki zona hələ də sirli idi mənim üçün. Mən bilə bilmədim oraya niyə məhz onlar düşüb. Mən düşünürdüm ki yəqin ki insanlar bura hansısa qanunauyğunluq ilə seçilir (öncə valideynini itirən insanlar kimsəsizlər seçilir sandım,amma Nelsonun qardaşı,Aqustinin ailəsi qızı vardı), Burdan qurtulmaq üçün hansısa yol olacaq sanırdım. Final (son) - sonuna baxdıqda əslində mən bu romanı novella adlandırardım. Çünki heç belə son gözləmirdim. Artıq 145ci səhifəyə çatanda "necə yeni kitab bitmək
ZonaSamir Turan · Alfacin Neşriyyat · 202513 okunma
Başlayaq...
Puan vermedi·272 syf.··
2025 37. kitabı
·
31 saatte okudu
·
Okunma: 16 Ağustos 2025 18:50
Yazıçının 2-ci kitabına başladım. Uşaq vaxtı baxıb bəyəndiyim bir film olanda, baş rol aktyor ya da aktrisasının istəyirdim bütün filmlərinə baxam. Elə bilirdim ki, aktyor bir filmdə ugurlu olubsa hamısında elə olur. Sonra bu düşüncə kitablarda da özünü göstərdi. Əslində isə heç vaxt belə olmur. Nə yazıçının bütün kitabları eyni sevilir, oxunur, nə də aktytor bütün filmlərdə uğurlu çıxışı ilə yadda qalır. İkinci kitaba kitabdan yaxşı təəssüratlar almaq ümidi ilə başlamışam. Nəticəni kitabı bitirdikdən sonra paylaşacam. Kitabı bitirdim. Oxuyacaq olsanız əvvəldə şəxsi inkişaf kitabı olduğunu düşünə bilərsiniz amma qətiyyən elə deyil. Yazıçının öz həyatında baş verən hadisələrdən və onlardan çıxardığı nəticələrdən bəhs olunur. Gözə, qulağa xoş məsləhətlər verir ara-sıra. Elə səhifələr var ki, bir cümlədən, bir məsləhətdən ibarətdir. Yazıçı sevdiyi mahnı playlistini, sevdiyi filmləri, kitabları, yazıçı və şairləri kitabda qeyd edir. Müxtəlif zamanlarda yaşayan filosoflar və onların düşüncələrini tez tez qeyd edir. Bir sözlə adamı yormayan, adı kimi "rahatladan kitab"dır.
Edebiyat
Rahatlama KitabıMatt Haig · Domingo Yayınevi · 20225,5bin okunma
Varlı Ata, Kasıb Ata
Puan vermedi
İlk növbədə onu deyim ki, PUL “əl çirki” deyil. Əksini düşünənlər oxumaya bilər Bu kitabı əvvəlcə özünüz oxuyun, sonra tanıdığınız hər kəsə hədiyyə edin. Xüsusən də uşaq və gənclərə. Çünki bu yazılanlar məktəb və universitetdə öyrədilmir. DƏRS 1. Varlılar başqalarının görə bilmədiyi fürsətləri necə görürlər? DƏRS 2. Mühasiblər, bank işçiləri niyə kasıbdırlar? Onların da maliyyə savadına ehtiyacları var. DƏRS 3. Ya iş tapmaq üçün CV düzəlt, ya da başqalarına iş vermək üçün biznes plan tərtib etməyi öyrən. DƏRS 4. Varlıların vergi ödəməmək üçün oynadığı oyunlar nələrdir? DƏRS 5. Varlılar doğru zamanda doğru məlumata malik olan insanlardır. DƏRS 6. JOB - just over broke. İflasdan çox da fərqlənməyən. DƏRS 7. Nədən başlayaq? Hamı cənnətə düşmək istəyir amma heç kim ölmək istəmir. Nəticə olaraq, uşaqlıqdan pul ilə necə rəftar etməli olduğumuzu bizə öyrətmirlər. Daim “yaxşı oxu, yaxşı yerdə iş tap” deyilir. Varlı ata isə tövsiyə edir ki, yaxşı oxu ki, yaxşı bir şirkət ala biləsən.
Araştırma-İnceleme
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki · Qanun Nəşriyyatı · 09,2bin okunma