Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Shahana

Shahana
@bbabazadehss
Türk qanlı, İslam imanlı, Avropa qiyafəli
160 syf.
8/10 puan verdi
·
4 günde okudu
"Gilqameş dastanı" bəşəriyyətin üzə çıxarılmış ən qədim bədii nümunəsidir. "Gilqameş hekayələri" isə hələ dastanın ərsəyə gəlməsindən illər öncə əfsanəvi Uruk hökmdarı Gilqameş haqqında olan hekayələrin yazıya köçürülməsi ilə meydana çıxmışdır. Kitabı oxuyarkən qədim dövrdə yaşayan insanların düşüncə tərzi insanda maraq doğurur. Məni ən çox heyrətləndirən isə müasir alimlərin minillər əvvəl istifadə olunan dili deşifrə etməkləridir. Kitabın hər sətrində bu hissim özünü büruzə verirdi :). "Gilqameş hekayələri" gil kitabələr üzərində yazıldığına görə onları tam olaraq əldə etmək mümkün olmamışdır, təəssüf(müxtəlif nüsxələrdən istifadə etməklə tamamlamağa çalışıblar). Buna görə də bəzən müəyyən sətirlər çatışmır, lakin ümumi məğzi anlamaq mümkün olur. Kitabdakı hekayələr: 1. "Gilqameş ilə Aqqa" 2. "Gilqameş ilə Enkidu və digər dünya" 3. "Gilqameş ilə Huvava" (A mətni) 4. "Gilqameş ilə Huvava" ( B mətni) 5. "Gilqameş ilə Göy Buğası" 6. "Gilqameşin ölümü" 7. "Gilqameşin məktubu" Xoş mütaliələr hər kəsə :)
Gılgamış Hikayeleri
Gılgamış HikayeleriAnonim · Türkiye İş Bankası Kültür Yayınları · 2019314 okunma
Reklam
240 syf.
8/10 puan verdi
·
14 günde okudu
"Allah kimi xoşbəxt yaradıbsa, oxuyub anlayar, çünki burada yazılanların hamısı hər iki dünyanın xoşbəxtləri üçün yazılıbdır..." (Son cümlə) . "Qabusnamə" kitabı Gilanda hökmranlıq edən Ziyarilər xanədanının nümayəndəsi Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən oğlu Gilanşaha nəsihət toplusu olaraq yazılıb(XI əsr). Keykavus 44 fəsildə müxtəlif mövzular barədə öz fikirlərini və yaşadığı təcrübələri bölüşür, yeri gəldikdə isə bununla əlaqədar maraqlı əhvalatlar danışır. . Əksər fəsillər çox maraqlı, aydın olmaqla yanaşı, həm də günümüzçün də aktualdır. Lakin bəziləri həm bir az qarışıq("Şairlik qaydaları haqqında" və s.), həm də bu günə xas olmayan mövzulardan ibarət idi("Qul almaq və onların şərtləri haqqında"). Bütün bunlara baxmayaraq oxumağa dəyər. Xoş mütaliələr :)
Qabusnamə
QabusnaməKeykavus · Azərbaycan Dövlət Nəşriyyatı · 1989179 okunma
898 syf.
8/10 puan verdi
·
20 günde okudu
11/22/63
11/22/63
kitabı ilə
Stephen King
Stephen King
yaradıcılığını mütaliəyə başladım. Kitabı oxumazdan əvvəl eyniadlı serialı izləmişdim. Əlbəttə, arada müəyyən fərqlər var idi və, məncə, kitab daha gözəl idi. . Əsərdə ingilis dili və ədəbiyyatı müəllimi olan Cek Eppinq dostu El Templtonun restoranında olan "Dovşan dəliyi" vasitəsilə keçmişə gedir və onun bir missiyası var. Bəs bunu həyata keçirə biləcək? . Ümumi olaraq kitab çox maraqlı idi (Elmi-fantastika və tarixi janrın birləşməsi. Əla deyil?!). Lakin bəzi səhnələr və uzun-uzadı təhkiyələr insanı sıxırdı bəzən. Bəs Kinq oxumağa davam edəcəyəm? Bəli :D. . Kinqə ən çox sonda yazdığı qeydlərə görə hörmət etdim, çünki müəllif bu kitabı yazmaqçün həqiqətən çox araşdırma aparıb. Xoş mütaliələr hər kəsə :).
11/22/63
11/22/63Stephen King · Qanun Nəşriyyatı · 20143,033 okunma

Okur Takip Önerileri

Tümünü Gör
448 syf.
7/10 puan verdi
·
8 günde okudu
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019156 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Mürtəza Mütəhhəri böyük İslam alim və filosoflarındandır. Kitabda onun teizm mövzusunda keçirdiyi seminarlarının məcmusu toplanıb. Bu kitaba görə, Allahın varlığını 3 yolla sübut etmək olar: 1. Fitrət və ya psixoloji yol; 2. Elmi və ya yarımfəlsəfi yol (öz növbəsində 3 istiqamətə bölünür: yaradılış, nizam və hidayət dəlili); 3. Fəlsəfi yol. Hər bir yol haqında kifayət qədər danışılır. Müəllifin necə də savadlı və araşdırmağı sevən biri olduğunu müşahidə edirik. "Teizm seminarları"nın davamında Mütəhhəri teizm və təkamül, teizm və şər məsələsi kimi bir sıra iradlara da cavab verir. Ən maraqlısı isə budur ki, Mütəhhəri təkamülü Allahın varlığına etiraz bilmir. Yəni, onun fikrincə, Allaha etiqad edən birinin təkamülə inanıb-inanmamasının mövzuya dəxli yoxdur. Həmin fikirlər məni çox düşündürdü(indiyədək təkamül nəzəriyyəsinin puçluğunu çox hörmət etdiyim şəxslərin dilindən eşitmişəm və çox maraqla oxuduğum şəxslərin qələmindən mütaliə etmişəm). Bu mövzunu araşdırmaq qərarına gəldim. Ümumiyyətlə, belə mövzuları sevən şəxslərə kitabı oxumağı şiddətlə tövsiyə edirəm(qalan şəxslərçün kitabın bəzi hissələri bir az ağır ola bilər). Xoş mütaliələr :)
Teizm Seminarları
Teizm SeminarlarıMurtaza Mutahhari · Parlaq İmzalar Nəşriyyatı · 030 okunma
Reklam
176 syf.
·
Puan vermedi
·
25 günde okudu
Fərqli üslubda bir kitab... Dərki çətin mövzular... Bəzən bir cümləni başa düşməkçün 4-5 dəfə oxumalı olursan...Amma belə mövzularla maraqlananlar üçün yararlı olar.
O...
O...Kolektif · Qədim Qala Nəşriyyat · 20118 okunma
72 syf.
6/10 puan verdi
·
10 saatte okudu
Jül Vern- "2890-cı ildə" Gələcəklə əlaqəli bir kitabdır. Amma, fikrimcə, müəllifin digər kitablarının yanında sönük qalır. Yenə də xoş mütaliələr! :)
2890 Yılında
2890 YılındaJules Verne · Kaf Yayıncılık · 1999269 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Jül Vern coğrafi faktlarla fantastikanı çoox gözəl birləşdirir! Müəllif bu kitabında bizə Dünya səyahəti etdirir :). Coğrafiya sevənlərə mütaliəni tövsiyə edirəm. Fantastika sevənlərə də həmçinin. Amma hər ikisini bəyənənlər MÜTLƏQ oxusunlar!
Seksen Günde Dünya Gezisi
Seksen Günde Dünya GezisiJules Verne · Türkiye İş Bankası Kültür Yayınları · 202119,6bin okunma
280 syf.
·
Puan vermedi
·
9 günde okudu
Oxuyub bitirməyə tələsmədiyim kitablardan! Braziliyalı müəllif Vaskonselosun avtobioqrafik səciyyədə yazdığı "Şirin portağal ağacım"ın davamıdır bu kitab. "Güneşi uyandıralım"da Zeze qarşımıza artıq yeniyetmə bir oğlan kimi çıxır. Açığı, o dəcəl Zezenin böyüməyini görmək insanı kədərləndirir...Amma o, yaşından asılı olmayaraq yenə də nadincliyindən qalmır. İlk kitabdakı şirin portağal ağacı Minqinyu-Şururukanın yerini burada qurbağa Adam, Manuel Valadaresin() yerini Keşiş Feliciano tutur, Zezenin xəyalında Fred Tompson və dostları Maurice Chevalier ilə əvəzlənir. Zeze neçə yaşında olursa-olsun, hələ də uşaqqəlblidir. Bu kitab da "Şirin portağal ağacım" qədər gözəldir.
Güneşi Uyandıralım
Güneşi UyandıralımJosé Mauro de Vasconcelos · Can Yayınları · 202134,9bin okunma
108 syf.
·
Puan vermedi
·
11 günde okudu
Kitab yunan mifologiyasında önəmli yerdə qərarlaşan qəhrəman Heraklın həyatı və göstərdiyi 12 qoçaqlıqdan bəhs edir. Aqata Kristinin "Erkülün qoçaqlıqları" kitabı ilə paralel oxudum. Əgər həm mif və əsatirlərlə, həm də detektiv janrlı kitablarla maraqlanırsınızsa, sizə də belə mütaliəni tövsiyə edirəm :).
Heraklın On İki Qoçaqlığı
Heraklın On İki QoçaqlığıKolektif · Altun Kitap · 201677 okunma
40 öğeden 31 ile 40 arasındakiler gösteriliyor.