Həyatım boyunca dəfələrlə "İnci" deyə səsləndilər mənə. Sual verdilər, cavab verdilər, salamlaşdılar, sağollaşdılar. Və adiləşdi o "İnci", tez-tez təkrarlanan hər bir ad kimi. Özəlliyi qalmadı, başqa adlarla xitab edənlər daha xoş gəlməyə başladı hətta. Yox, adımdan əsla narazılığım olmadı, amma mənim üçün özəl bir anlam da