Tarix boyu insan istər fiziki, istərsə də mənəvi düşmənlərlə qarşı-qarşıya qalıb. Tanrı tərəfindən göndərilən, sınaq mərhələsinin (göstərdiyimiz, ortaya qoyduğumuz keyfiyyətlərə uyğun qismətimiz bəlli olur adətən) bir növ icraedicisidir bəhs etdiyim o murdar düşmənlər. Getdiyimiz, doğru bildiyimiz yolda addımlayarkən birdən elə bir şey çıxarır ki qarşımıza, nə edəcəyimizi bilmirik. Hər nə isə, əvvəl-axır hər şeyin bir sonu olduğu kimi, bu imtahanların da bir bitmə xətti olur. Pis və yaxud yaxşı sınağı bitirib nəticəsinə qatlanırıq. Amma lənətə gəlmiş düşmənlər arasında mənə ən çox əziyyət verən iztirablı boşluq mərhələsidir. Bu sınaqdırmı, yaxud iç dünyamın mənimlə oynadığı, yalnızca oyun qurucusunun qalib gələcəyi bir oyun(qalib olan mən olmayacam) yaxud iyrənc və çaxnaşmalarla dolu keçid cizgisidirmi, bilmirəm. Tutaq ki, bu bir keçid mərhələsidir, bəs mən nəyə keçid edirəm? Hara yuvarlanıram?! Bəlkə də ülgüclərlə (varolma sancısının beynimdə təsviri üçbucaq ülgüc formasındadır) dolu olan əziyyətli yolda tək-tənha və düşüncəsiz şəkildə irəliləyirəm. Bəs bu boşluğun səbəbi, səbəbkarı kimdir? Özüməm,deyəsən. Xarakter mənliyimə kələ-kötür əməliyyat tikişləri kimi tikilib oturuşunca hiss edirəm ki, nəsə o deyil, içimdə nəhəng bir boşluq yaranır. Bəlkə də çoxuna qəribə gələ bilər, amma bu boşluğun vahid yeri varsa da, nəfəs aldıqca özünü ciddi miqdarda büruzə verən boğaz nahiyəsində artıb-azalan eynən sonsuz “Qalaktika”nın qaranlıq heçlik hissiyatını verən əzablı yaşam biçimidir bu. Zamanla çox çalışdım bu boşluğu qapatmaq üçün. Oyunlar, özünü kino qəhrəmanının cildində hiss edib təkrar-təkrar bir film kainatının həvəskarı olmaq, hekayə, yazı işiylə məşğul olmaq, araşdırmaq, və çoxluca oxumaq,oxumaq,oxumaq. Hal hazırda da kitablar əlimdən düşmür, araşdırıram, axtarıram bir