Bu kitaba vurğunam
Puan vermedi·1056 syf.··
2026 4. kitabı
Bəzi kitablar bitir. Bəziləri isə bitəndən sonra sənin bir parçana çevrilir. Qraf Monte-Kristo mənim üçün məhz belə bir əsər oldu. Kitaba başlamazdan əvvəl "Ezel"i izləmişdim və düşünürdüm ki, artıq bu hekayə məni təəccübləndirə bilməz. Cəmi 10-15 səhifə kifayət etdi ki, bu fikrim tamamilə dəyişsin. Əgər bu kitabı sadəcə "macəra romanı" kimi tanıyırsınızsa, bilin ki, ona böyük haqsızlıq edirsiniz. Bəli, içində macəra var. Amma eyni zamanda sədaqət var, xəyanət var, ata sevgisi var, dostluq var, ümidsizlik var, ümid var və ən əsası, illər boyu ilmə-ilmə toxunmuş, heyranlıq doğuran bir intiqam planı var. Edmund Dantes isə mənim oxuduğum ən möhtəşəm obrazlardan biridir. Onun ağlına, səbrinə, soyuqqanlılığına və bütün yaşadıqlarına baxmayaraq içində qoruyub saxladığı mərhəmətə heyran qalmamaq mümkün deyil. Ən çox zindan hissələri məni sarsıtdı. O səhifələrdə sadəcə Edmundun yox, sanki mənim də nəfəsim daralırdı. Sonra başa düşdüm ki, böyük kitabları fərqləndirən də məhz budur: sən onları oxumursan, onları yaşayırsan. 1500 səhifədir. Mən isə bu kitabı bir ildə iki dəfə oxudum. Bir dəfə də olsun "tez bitsin" demədim. Əksinə, hər dəfə düşündüm: kaş daha əvvəl oxusaydım. Bu günə qədər oxuduğum kitablar arasında mənim üçün zirvədə yalnız bir əsər var: Qraf Monte-Kristo. "Bütün insan hikməti iki kəlmədə gizlidir: Gözlə və ümid et."
Monte Cristo KontuAlexandre Dumas · İthaki Yayınları · 201037,3bin okunma
Puan vermedi·328 syf.··
2026 8. kitabı
·
9 günde okudu
·
Okunma: 25 Haziran 2026 00:00
Böyürtkənli Qış Artıq sevdiyim romanlardan biridir və həmişə xoş təəssüratla xatırlayacam. Əsərdə iki fərqli zaman kəsiyində — 1933 və 2010-cu illərdə iki qadının taleyindən bəhs olunur. Hər birinin hekayəsi özünəməxsusdur. Vera tənha bir qadındır. Keçimini təmin etmək üçün oteldə təmizlikçi işləyir. Rəfiqəsi ilə qatıldığı bir balda yaraşıqlı centlmen — Çarlz ilə tanış olur və nağıla bənzər bir eşq yaşamağa başlayırlar. Təbii ki, bu nağılda da "cadugər" əskik olmur… İllər keçir və Veranın oğlu itkin düşür; bununla da onun bədbəxt günləri başlayır. Klerin tənhalığı isə tamamilə başqa formadadır. Həyatlarında baş verən bədbəxt hadisədən sonra əri tərəfindən tək qoyulan Kler, bütün acıları ilə təkbaşına mübarizə aparmalı olur. Bütün bunlar az mış kimi, əri Etan hələ bir köhnə sevgilisi ilə də flört edir! Klerin hekayəsini oxuduqca məni ən çox əsəbləşdirən obraz, təbii ki, Etan oldu. Klerin əri tərəfindən görməzlikdən gəlinməsi keçdiyi prosesi daha da çətinləşdirir. Nə yaxşı ki, canım Klerin sevgisi hər şeydən üstün gəlir. Veranın verdiyi qərarlar mənə görə olduqca "romantik" (həssas) idi. Əgər həyatında biri varsa, təkbaşına qərar vermək heç də onu çox sevdiyin anlamına gəlmir. Çarlzın da o qədər güclü xarakterə malik biri olmadığını düşünürəm. Sevgilin səndən ayrılır və sən bunun səbəbini bir dəfə də olsun onun öz dilindən eşitmək barədə düşünmürsən?! Bəs bir-birindən 80 il fərqlə, eyni may ayında Sietli vuran o qəfil qar fırtınası sadəcə təbiət hadisəsi idimi? Əsla. Sara Jio bu fırtınanın altında Veranın və Klerin taleyini elə mistik bir bağla birləşdirir ki, həqiqəti öyrənəndə heyrətlənməmək olmur. Klerin arxivlərdə axtardığı o itkin körpə, əslində sadəcə bir reportaj mövzusu deyil, onun öz keçmişinin və soyunun gizli bir parçası idi. Zaman fərqli olsa da, ruhların
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
6/10
·120 syf.··
Beğendi
·
2026 43. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Haziran 2026 16:10
•Çox şirin bir kitab idi.Uşaqlıq xatirələrindən danışılırdı,bəzilərinin bu qədər oxşar olmasına təəccübləndim.Bəzən çox güldüyüm hissələr oldu,əsasən uşağın ustaca yalan danışdığı hissələrdə.Uşaq gözündən bəzi düşüncələrin,ifadələrin aydın olmaması,o saflıq çox şirin idi. •Yazıçının ara-ara bu kitaba"nələr əlavə etsəm,nə haqqında yazsam"kimi düşüncələri çox səmimi idi.Bir tərəfdən də kitabı başqasının yazmasını istədiyini hiss edirdim.Xatirələrin də ardıcıl verilməməsi gözəl idi,qarışıq gəlmədi mənə. •Ümumiyyətlə başda uşağın gözündən oxumaq,sonra böyüdükcə baxış açılarınında dəyişmiş olması gerçəkliyi hiss etdirirdi.Axıcı bir kitabdı,oxumağınızı tövsiyə edərəm.Bu qədər.Təşəkkürlər!>
Evə Qayıtmağın YollarıAlejandro Zambra · Qanun Nəşriyyatı · 20242,419 okunma
7/10
·408 syf.··
Beğendi
·
2026 21. kitabı
·
13 günde okudu
·
Okunma: 25 Haziran 2026 20:36
"Qazinin ölümü" mənə son zamanlarda ən çox təsir edən kitablardan biri oldu. Əsər İkinci Qarabağ müharibəsinə, şəhidlərimizin və qazilərimizin fədakarlığına həsr olunub. Mən bu kitabı müharibənin başa çatmasından illər sonra oxusam da, yaratdığ təsir olduqca güclü idi. Müəllif müharibənin yalnız cəbhədə yaşanan tərəflərini deyil, eyni zamanda onun görünməyən üzünü də böyük həssaslıqla qələmə alıb. Evdə övlad yolu gözləyən ailələrin ağrıları, itkilərin yaratdığı boşluq, qazilərin yaşadığı fiziki və psixoloji sınaqlar, insanların kədəri əsərdə çox təsirli şəkildə əks olunub. Xüsusilə kitabın son hissələri məndə dərin təəssürat yaratdı. Mən ümumilikdə müəllifin yaradıcılığını bəyənirəm və bu əsəri də onun ən təsirli kitablarından biri hesab edirəm həmçinin düşünürəm ki, yazıçı digər kitabları kimi bu kitabda da hadisələrin görünməyən tərəflərini, bəzi insanların anlamadan qınaq obyektinə çevirdiyi hissələri o qədər incəliklə izah edib ki, heyran olmamaq əldə deyil.
Qazinin ÖlümüElhan Elatlı · Xan Nəşriyyatı · 2022127 okunma
Nastinka
9/10
·104 syf.··
2026 29. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Haziran 2026 23:37
Mən bu kitab haqqında nə hiss edəcəyimi bilmədim.Əvvəlcə sıxıldım.Sonra maraqlı gəldi,sonra üzümü güldürdü.Ən son əsəbləşdirdi.Spoiler vermədən onu deyə bilərəm ki, Nastinka çox nankorluq edir zənnimcə.
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,4bin okunma
Puan vermedi·428 syf.··
2026 15. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Haziran 2026 06:40
"Psixiatr" romanı ilə şöhrət qazanan Wulf Dorn, "Şizofren" romanı ilə oxucunu yenidən insan psixologiyasının ən qaranlıq, ən dözülməz nöqtələrinə aparır. Kitab elə ilk sətirlərindən diqqəti cəlb edir: 1985-ci ilin buzlu, qarlı bir qış gecəsində baş verən dəhşətli qəza ilə oxucunu öz təsirinə salır. Müəllif bizə tək bir sual verir: Keçmiş, həqiqətən, keçmişdə qalırmı? Baş obraz uşaqlıq travmaları, itkilər və peşəvi uğursuzluqlar ilə üzləşən psixiatr Yan Forstnerdir. Yan illər sonra hər şeyin başladığı Fahlenberqə və oradakı Meşə Klinikasına geri dönür. Amma bu geri dönüş köhnə xatirələri yenidən canlandırır. Yan klinika divarları arasında və şəhərin soyuq küçələrində gəzərkən, öz keçmişinin xəyalları ilə üz-üzə gəlir. Tam hər şeyin qaydasına düşdüyünü düşündüyü an isə, qarşısına çıxan sirli intihar və qorxulu hadisələr zənciri onu bir labirintə sürükləyir. Wulf Dorn soyuğu, qorxulu qış fəslini, maşın şüşəsindəki örümçək toru kimi çatları və sükutun gətirdiyi dəhşəti elə təsvir edir ki, oxuyarkən o donmuş bədənləri, qanın qoxusunu və sümüklərə işləyən şaxtanı öz bədənimizdə də hiss edirik... Nə qədər zaman keçdiyi önəmli deyil... Nə qədər dəyişdiyin önəmli deyil... Sən duyğularını ifadə etmədikcə, özünlə üzləşmədikcə daima ağrı çəkəcəksən. Kitabı mən çox bəyəndim, mütləq oxuyun
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 06,9bin okunma