Sima

Sima
Bakı
12 Eylül 1996
100 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Puan vermedi·72 syf.··
Beğendi
·
2024 6. kitabı
Sartre ilə tanış olmaq və kitablarını anlamaq üçün ilk olaraq, biografiya sayılan bu kitabı oxumaq istədim. İnsanın azadlığının başqasının azadlığına qədər olduğunu müdafiə edən Sartre istədiyini etmək yox, etdiyini istəməkdir azadlıq deyə bildirər. Başqa bir deyişlə insan azadlığa məhkumdur çünki insan özgürlüyünün fərqində olduqda hər şey çətinləşir. Hər şeyin öz əlimizdə olduğu, məsuliyyətləri almaq, seçimlər qaça bilmədiyimiz şeylərdir. Başımıza gələn hər şeydən cavabdehik. Pis həyat yaşayıb intihar etmiriksə, deməli bu seçimimizdir. Həyatın hər vəziyyəri seçimdir. Bir hadisə istisna - DOĞUM. İnsan doğulmağı seçə bilməz. Bizi dünyaya atıblar bə bundan sonra əldən bir şey gəlməz. Hər şeyi çətinləşdirən və iç daraldan şey budur. Sartre iç daraldan həqiqətdən qaçmaq üçün edilən şeyləri insanın özünü aldatması olaraq görür. Düzünu desəm, həyata fərqli bir pəncərədəb baxırmış kimi hiss etdim. Sartreni dəyərləndirməm mütləqdir. Fəlsəfə sevənlər maraqlanmağa başlaya bilərlər. Jean-Paul Sartre İnsan Özgürlüğe Mahkumdur
1000Kitap
Jean-Paul Sartre İnsan Özgürlüğe MahkumdurHamza Celaleddin · Destek Yayınları · 2021409 okunma
Reklam
Puan vermedi·404 syf.··
2024 8. kitabı
“Stoiklərin gündəliyi” adlı kitab ilin 366 gününə bölünür və həyatla bağlı əsas məsələlər Mark Avreli, Seneka və Epiktetin mətnlərindən sitatlar və bu sitatlar haqqında müəlliflərin şərhləri ilə günbəgün araşdırılır. Kitabda Stoik fəlsəfəsinin təlimləri ilə dinc, məhsuldar və fəzilətli insan/həyat təsvir edilir. Burada fəlsəfə ondan ibarətdir ki, xoşbəxtlik xarici şəraitdən deyil, insanın qavrayışından, seçimindən və qərarından asılıdır. Stoisizm insanın özündən asılı olan və olmayan, bizim cəhdlərimizlə deyişilə bilən və dəyişilməsi mümkün olmayanları ayırmağın yollarını izah edir ki, zamanımız və enerjimiz boş yerə xərclənməsin. Yaşadığımız anda əlimizdən gələn maximum şəraitdən istifadə etməyi, boşa gedən zamanın əslində gözəl anlardan oğurlanmış zaman olduğunu anlayıb dəyərləndirməyi çox rahat üsullarla və sadə dillə öyrədir. Ya yatmamışdan əvvəl ya da səhər durarkən oxunulası bir kitabdır. Ama səhər oxuyub motivasiya ilə günə başlamaq daha gözəl olardı. Hər gün 1 səhifə, yeni enerji yeni fikir günümüzə rəng qata bilər. Stoikin Gündəliyi Ryan Holiday
1000Kitap
Stoikin GündəliyiRyan Holiday · Teas Press · 01,633 okunma
Puan vermedi·160 syf.··
Beğendi
·
2024 7. kitabı
“Biz ikinci əl insanlarıq “ Bu ifadə üzərinə düşünməmək mümkün deyil. J. Krişnamurti həyatımızın təkrar, düşüncələrimizin isə şablonlar olduğunu bildirir. Yəbi biz ölü insanların fikirləri ilə həyatımızı sürdürürük. Sorğulamamaq, adət- ənənə ilə yaşamaq, dindar həyatı keçmiş nəsillərdən bu günəcən gəlmiş fikirləri qəbul edərək onların izi ilə getmək deməkdir. İnsanlar o zaman inkişaf edə və özünü tapa bilər ki, bildiyi hər şeydən yəni şablonlardan qurtulsun. Fərd özünü tanımaq istədikdə yaşadığı yeri, törətdiyi əməlləri, mənsub olduğu din, dil, millət bir sözlə hər bir bağdan özünü azad etməlidir. Bilinən və qəbul edilənlərdən qurtulduqda öz sərhədlərin xaricinə çıxa və həyata hərtərəfli şəffaf gözlə baxmaq olar. Tanımaq üçün qınaq, günah, səhv, günah, xeyir, şər və s. bu kimi anlayışlar unudulmalıdır. Çünki bunlar da bir şablondur. Həyatda baş verənləri xüsusi qəlblərə salmaqdır. Ümumiyyətlə təcrübələr ölü insan kimi reaksiyasız qalmalıyıq ki, bu gün təzə, gənc, masum, enerjili olasan. Hörmətli oxuyucular kitab çox dərin və məntiqlidir. Ciddi şəkildə baxış bucağını dəyişir. Özü üzərində inkişaf naminə işləyən hər kəsə şiddətlə tövsiyyə edirəm. Bilinenden Kurtulmak Jiddu Krishnamurti
1000Kitap
Bilinenden KurtulmakJiddu Krishnamurti · Omega · 2009665 okunma

Sima

, bir kitap okudu
Puan vermedi·404 syf.··
2024 8. kitabı
Ryan Holiday
8.4/10 · 1.633 okunma