V ə k i l Həqsizə həqli dеyib, bir çоx günaha batmışam. H ə k i m Dərdi təşxis еtməyib, qövm-əqrəba ağlatmışam. T a c i r Mən həlal ilə həramı bir-birinə qatmışam. R ö v z ə x a n Ümmətin pulun alıb, mən gözlərin islatmışam. D ə r v i ş Nеrdə bulsam sоq açıb, min-min yalan söz satmışam1. S о f i Ruzü şəb həq-həq dеyib, mən hər kəsi оynatmışam. M о l l a Gündə bir fitva vеrib, məxluqu çоx aldatmışam. Е l m Qət’i-ümmid еtmişəm, yеksər bu qövmi atmışam. C ə h l Оrtada kеyf еyləyib, mən həm məramə çatmışam. Ş a i r Bülbülə, еşqə, gülə dair yalan fırlatmışam. Ə v a m Anlamam hərgiz, cəhalət bəstərində yatmışam. Q ə z е t ə ç i Mən cəridəm dоlmaq üçün mətləbi uzatmışam. Hophopname Mirzə Ələkbər Sabir
Fussilət 34
"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağış-lanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" ~"Daha yaxşı gələcək"
Hayata Dair
Reklam
“Cəhalət bütün bəlaların anasıdır. Bir insan cəhalətdən qurtulmadığı müddətcə, nə inkişaf edə bilər, nə də azad ola bilər”
Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil, Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, Bilməm belə dövranları neylərdin, ilahi! Məzlumların göz yaşı dərya olacaqmış, Dəryaları, ümmanları neylərdin, ilahi? Səyyadi-cəfakardə rəhm olmayacaqmış, Ahuləri, ceyranları neylərdin, ilahi?! Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, Toxm əkməyə dehqanları neylərdin, ilahi?! İş rəncbərin, güc öküzün, yer özününkü, Bəyzadələri, xanları neylərdin, ilahi?! Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, Dildadeyi-irfanları neylərdin, ilahi?! Surtuqlu müsəlmanları təkfirə qoyan bu Döşdüklü müsəlmanları neylərdin, ilahi?! Yaxud buların bunca nüfuzu olacaqmış, Beş-üç bu süxəndanları neylərdin, ilahi?! Qeyrətli danosbazlarımız iş bacarırkən, Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, Evlərdəki nisvanları neylərdin, ilahi?! Tacirlərimiz Sonyalara bənd olacaqmış, Bədbəxt Tükəzbanları neylərdin, ilahi?! Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb! Baxdıqca bu hikmətlərə heyran oluram həp!
İsa Muğanna
Yerdə cəhalət hakimdir. Biz daha orada qala bilmərik. Əlvida! İlan Dərəsi (səh.172) "İlan dərəsi və ya Peyğəmbərin taleyi"
-Xəyanət də yalnız cəbhədə olmur , komandir, -Həmid müəllim dilləndi, - cəhalət, rüşvətxorluq, qohumbazlıq, zalıma quyruq bulamaq, bir - birinin ayağından çəkmək... hamısı xəyanətdir. 🌾Rövşən Abdullaoğlu “KorAmal”
Reklam
Reklam