Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021239 okunma
Puan vermedi·316 syf.··
2026 3. kitabı
Anar - " Təhminə və Zaur" Zənnimcə, hamımız beşmərtəbəli binaya sığmayan altıncı mərtəbəyik. Və bu altıncı mərtəbədə dövrünün ən müasir qadını ilə ən qorxaq kişinin sevgi hekayəsi ilə tanış oluruq. Təhminə Zaura sevməyin və sevilməyin nə olduğunu öyrətdi. Ona hər şeyini versə də, bircə güvən verə bilmədi. Zaur isə ekzistensial bir obraz olaraq özünəməxsus qorxaqlığını və cəsarətsizliyini ortaya qoydu. Mənə görə, Zaurun ən böyük faciəsi Təhminəni itirməsi deyil, onu seçəcək qədər cəsarətli olmamasıdır. Çünki insan bəzən sevdiyini deyil, öz qorxularını seçir. Zaur da sevgidən çox "camaat nə deyər?" düşüncəsinə sığındı və bunun bədəlini ömrü boyu daşıyacağı bir peşmanlıqla ödədi. Bu əsər haqqında nə qədər danışsaq da, yenə də azdır. Amma mənim üçün bu, əvəzolunmaz bir şah əsərdir. Bir kitabın küncünə çəkilib ağlamağın nə demək olduğunu məhz bu kitabdan öyrənmişdim...
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,849 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·336 syf.··
2026 4. kitabı
·
28 günde okudu
·
Okunma: 14 Haziran 2026 17:16
Bu kitabı okurken kendi çocukluğuma gittim hemen hemen aynı şeyleri ve aynı duyguları yaşadım. Bazen ağladım bazen güldüm. Bende düşündüm dönebilecegim kök saldığım bir evim varmı diye yoktu. Ordan oraya savruldum. Sadece çocuklugum kaldı anılarda, çünki çocuklugumu yaşadığım yerlerde yoktu artık. Çok etkilendim severek okudum. Teşekkür ederim İclal Aydın beni geçmişime çocukluguma götürdün sanki beni anlattın
Salkım Sokak No:3İclal Aydın · Artemis Yayınları · 02,537 okunma
Şah əsərə yaraşmayan yarımçıq sonluq
10/10
·58 syf.··
Beğendi
·
2026 23. kitabı
·
24 saatte okudu
·
Okunma: 13 Haziran 2026 15:30
Spoiler ola bilər. Sveyqin oxuduğum ən sürətli və sürükləyici əsərlərindən biridir. İnsanın tək qalanda öz beyninin içində necə itdiyini çox sadə dillə izah edib. Kitaba tam bal verirəm, çünki oxuyarkən adamı tamamilə içinə çəkir və bir nəfəsə oxunulacaq kitabdır. Tək tənqidim isə sonluğu ilə əlaqəlidir. O qədər gərginlikdən və böyük gözləntidən sonra sonluq mənə bir az məntiqsiz gəldi. Dr. B.nin o qədər əziyyətdən sonra belə asanlıqla geri çəkilməsi hekayənin böyüklüyünə tam olaraq yaraşmadı. Sanki yazıçı kitabı tələsik yazıb bitirməyə çalışıb. Yenə də oxumağa və xeyirli vaxt keçirməyə dəyər.
Düşünce
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2025279,2bin okunma
8/10
·220 syf.··
Beğendi
·
2026 3. kitabı
·
12 günde okudu
·
Okunma: 12 Haziran 2026 00:00
Kitabda Azərbaycanlı repressiya qurbanlarının haqqında yer almasa da mən oxuduqca o qurbanları, onların dostluqlarını, onların gördüyü işgəncə və həbs günlərini hiss edirdim. Dili çətin deyildi, lakin bəzi hissələr da da düşündürücü idi. Sona qədər hansı ideologiya haqlı, hansı haqsızdır anlamaq olmur. Çünki hər bir sonrakı nəsil digərindən daha da oyanmış, ayıq gəlir. Lakin keçmiş nəsilin gördükləri və təcrübələri də var. Bu səbəblə kitab sizi Stalin vaxtına, keçidlərə aparacaq.
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020568 okunma
Puan vermedi·224 syf.··
2026 32. kitabı
Herbert Uelss - “Görünməz adam” Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum. Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi. Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik. Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi. Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər
Görünməz AdamH. G. Wells · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 010,6bin okunma