Kitabın qadağan olduğunu, burdakı yüksək puanını görəndə həyəcanlandım, yaxşı birşey gəlir deyə. Amma kitab heç bir hissəsində gözlədiyimi verə bilmədi, hər dəfə bundan sonra olar bundan sora olar dedim ve sona çatdım. Sadə sözler, qısa cümlələr, sadə bir hekayə. Kitab sadəcə kiminsə ölümüylə təsir gücü yaratmağa çalışır, amma ölümlər də dramatiklikdən çox kor gözə barmaq kimi oxuyucuya təqdim edilir. Yeni, " buna da kədərlənmə görüm" deyir sanki yazar və hər dəfə daha kəskin birşey çıxardır. Mən bəyənmədim, amma sadə, adi, cansıxıcı birşey istəyənlər oxuya bilər.