"Yandırmaq bir zövq idi".
9/10
·208 syf.··
2026 24. kitabı
·
6 günde okudu
·
Okunma: 19 Haziran 2026 15:40
Rey Bredberinin "Fahrenheit 451" kitabı mənim oxuduğum 24-cü kitab oldu və mənə tam mənası ilə reallıq şoku yaşatdı. Kitabda insanların düşünməyi unutması və tamamilə ekranlara bağlandığı, kitabların yandırıldığı bir dünya təsvir olunur ki, bu mənə tam olaraq bizim indiki dövrdə smartfon asılılığımızı ( məndə daxil ) xatırlatdı. Müəllifin illər öncə yazdığı "divar ekranlar" və "balıqqulağılar" sanki elə bu günümüz üçün deyilib. Baş qəhrəman Monteqin sistemin adamı olmaqdan çıxıb, kitabların dəyərini anlamağa başlaması və özünü tapma çabası çox maraqlı idi. Kitabın sadəcə sonluğu bir az tez bitdi deyə yarımçıqlıq sezdim deyə bilərəm və buna görə də 9 bal verirəm. Onu da əlavə etmək istərdim ki ki, əgər bundan əvvəl 1984Yeni Cəsur Dünya kimi şahəsərləri oxumusunuzsa, bu kitab sizə səthi gələ bilər. Yenə də fərqli bir distopiya axtaran hər kəsin mütləq oxumalı olduğu əsərlərdən biridir.
1000Kitap
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 2019108,4bin okunma
Puan vermedi·70 syf.··
2026 1. kitabı
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır. Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük. Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu: İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır. Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar? İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022125bin okunma
Reklam
Puan vermedi·232 syf.··
2026 12. kitabı
Mirhicab Abdullayev - "Kənan və Aylin" Kitab çox sürətli oxunurdu, sanki yazıçı böyük bir hekayəni qısaldıb təqdim etmişdi bizə. Amma bu qədər qısa bir kitabda niyə bu qədər təkrar fikir var? Dəfələrlə eyni cümlələrin təkrarlanması süni şəkildə kitabın uzadılması deyil, bəs nədir? Tamam, kitab çox axıcı idi, amma niyə? Çünki hadisələr çox sürətli şəkildə baş verirdi. Yazıçı heç nəyi uzatmır, sanki kitab qısametrajlı film kimi kiçik-kiçik səhnələrdən ibarətdir. Hər səhnə bir-biri ilə bağlıdır, birini qaçırsan, hekayəni itirəcəksən. Obrazlara gah adları ilə, gah da "müəllim" deyə xitab edilməsi qəribə idi. Standart bir xitab tərzi seçilməli idi məncə. Bir obraz digər obraza bir səhifədə Kənan deyir, digər səhifədə Kənan müəllim deyir. Niyə? Əsas problemlərdən biri - təkrarçılıq. Birinci səhifədə oxuduğumuz bir şeyi növbəti səhifədə yenə oxuyuruq. Sizcə də bu yorucu deyil? Cümlələrin quruluşunda peşəkarlıq yoxdur, həvəskarcasına yazılmışdı sanki. Bədiilikdən söhbət belə gedə bilməzdi. Ard-arda gələn cümlələrin eyni sözlərlə bitməsi - vurulmuşdu, olmuşdu, yorulmuşdu, durmuşdu və s. hekayəni çox zəif göstərir. Kitabda çox gözəl fikirlər var idi, məntiqli və kamil düşüncələr. Və demək olar ki, bəzilərində yazıçı ilə həmfikir idim. Lakin üslub və tərz ədəbiyyatdan uzaq idi. Çünki yazıçı məişət, loru və ara söhbətləri ilə çatdırırdı bunları bizə. Deyilənlər ağıllı və mənalı olsa da belə, oxuduqca görürsən ki, cümlələrdə təbiilik əvəzinə sünilik üstünlük təşkil edir və bu da kitabın ciddiyyətini azaldır, səmimiyyətini itirir. O qədər loru dildə danışılır ki, sanki kitab oxumursan, məhəllədə kiminləsə qeybət edirsən. Amma yazıçının bir çox fikrini, təbliğ etmək istədiyini bəyəndim, fikirləri ilə həmfikirəm. Hər şeydən əlavə, mütaliə etmək mütləqdir ki, yazıçı da gəncləri
Kənan və AylinMirhicab Abdullayev · İmza Nəşrlər Evi · 20267 okunma
İvan İliç, Tolstoy, Demolition
7/10
·83 syf.··
2026 9. kitabı
·
1 saatte okudu
·
Okunma: 02 Haziran 2026 00:00
İvan İliç obrazını 58 yaşı olanda yaradıb və düşünürəm ki, kitabda ölən İvan İliç 58 yaşına qədər içində səhv yaşadığı insanı öldürən Tolstoy'dur. Bu yaşlar onun böhran vaxtlarını yaşadığı anlardır və keçmişinə baxdıqda güclü yazıçı, mükəmməl uğurlar görür. Lakin ömrünü istədiyi kimi mi? yoxsa insanların gözündəki uğur çərçivəsinə layiq biri kimi mi? yaşayıb deyə özünə sual verir. Bildiyimiz kimi ömrünün sonuna yaxın o bütün sərvətindən əl çəkərək, yoldaşı olmadan, tək başına, təbiət ilə birgə şəkildə minimalist, sadə bir yaşam sürüb. O velosiped sürməyi qoca yaşlarında öyrənib. Səbəb kimi oğlunun müharibə zamanı ölməsi və onun yenilik axtarması kimi başa düşülür. Bu işə başlamaq üçün gecdir ifadəsinə qarşılıq Tolstoyun velosiped misalının verilməsidə buradan gəlir.Bundan əlavə dini baxışları dəyişdiyindən ,kilsədəki vəzifəsindən atılıb. Ölüm səbəbi sadə şəkildə ciyərinə su yığılması və qatar stansiyasında gözləyərək can verməsi kimi bilinir. Məzarı isə digər dahilər kimi şanlı deyildə Polyana'da meşənin içərisində sadə, əlavə nəsə olmadan yerləşdirilib. Bu kitabı oxuyanda bu kitabdakı mövzu ilə paralel "Demolition" filminin səhnələri gözümdə canlanırdı. Çünki oradada həyatını istədiyi kimi yaşamamış, cızılmış yol, axan suyun yolu ilə gedən bir gənc vardı və onun yoldaşı ölən zaman buna heç bir reaksiya verə bilməməsi də həmən yaşam stilindən qaynaqlanır. Öz hissləri ilə hərəkət edib,yaşamadığına görə hissizləşmiş və npc kimi bir davranışa malik təəssürat yaradırdı.
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,1bin okunma
9/10
·538 syf.··
2026 121. kitabı
Bu kitab sadəcə bir psixologiya kitabı deyil; o, itirdiyimiz bir orqanı – instinktlərimizi – xatırlamaq üçün bir çağırışdır. Mənə ən çox toxunan nə oldu? Başlıqdakı o “kurtlar” məsələsi. Estés deyir ki, qadının ruhunun vəhşi təbiəti var – bu, dağıdıcı və qorxulu bir şey deyil, əksinə, sağlam, ayıq, sadiq və son dərəcə sezici bir enerjidir. Bizim mədəniyyətimizdə qadından həmişə “ağıllı”, “səbirli”, “özünü ələ alan” olması gözlənilib. “Nə deyərlər?”, “Abır-həya”, “Səsini çıxarma”... Bu gözləntilər qadının içindəki o “kurt” səsi boğur. Nəticədə qadınlarımız 30 yaşına çatır, yorğun, bədbin, həyatdan zövq almayan, evlənmiş, işləyir, övlad böyüdür, amma gecələr niyə mənasız bir boşluq hiss etdiyini anlamayan varlıqlara çevrilir. İndi maraqlısı budur: Estés heç vaxt bu “vəhşi” qadını tərbiyəsizlik və ya pozğunluq kimi təqdim etmir. O, La Loba – “Sümük Qadın” hekayəsi ilə başlayır. Bir qadın səhrada canavar sümükləri toplayır, onları nəğmə ilə bir araya gətirir və yenidən həyata qaytarır. Məncə, Estés məhz deyir: “Siz öz ruhunuzun sümüklərini toplayın. O parçaları – itirilmiş sevincinizi, unudulmuş yaradıcılığınızı, lağ edilmiş xəyallarınızı – bir araya gətirin və öz nəğmənizlə dirildin.” Mən kitabı oxuyarkən xüsusilə “Qoca kişi və İki Bacı” nağılı məni düşündürdü. Orada qocabkişi iki qızla evlənir – biri mülayim, itaətkar, biri vəhşi və ehtiraslı. Kişi əvvəlcə ehtiraslı qızı qovur, sonra onun nə qədər həyat enerjisi daşıdığını anlayıb geri çağırır. Estésin dediyi kimi: bir qadının həm mülayim, həm də ehtiraslı tərəflərini qəbul etməməsi onu yarımçıq edir. Qadınlarımız çox vaxt yalnız bir tərəfini – “yaxşı qız”, “ideal həyat yoldaşı”, “peşəkar qadın” olmağı – önə çıxarır, o biri tərəfi zirzəmilərə bağlayır. Və sonra o bağlanmış tərəf qisas almaq üçün qapıları döyür: ani
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
Puan vermedi
Mehriban Məmmədova - "Səsimi kim eşidər?" Kitab satışa çıxdığı andan maraq dairəmdə olsa da, oxumaq elə bu günlərə qismət imiş. Kitabın real hadisələrə əsaslanması, xüsusən də baş obrazın elə yazıçının özü olduğunu bilə-bilə oxumaq hekayəni ikiqat təsiredici edir. Kitab o qədər duyğusal idi ki, mənim kimi daşürəkli bir insanın belə bəzi səhnələrdə gözünü doldurmağı bacardı. İnsan oxuduqca düşünür ki, biz sadəcə oxuyanda bu qədər təsirləniriksə, gör bu bədbəxt hadisələri yaşayan və sonra yenidən qələmə alan müəllif hansı travmaları yaşamalı olub... Kitab, gənc bir qızın - Nərgizin valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi və onun keçməkeşli həyat mübarizəsi ilə başlayır. Bu, valideyn səhvlərinin günahını övladın çəkdiyi, heç kim tərəfindən dinlənilməyən və istəmədiyi həyata məhkum edilən bir qızın hekayəsidir. Kitabı oxuduqca XXI əsrdə hələ də belə düşüncəli insanların var olduğunu bilmək mənə ikiqat əsəb verirdi. Qadını sıxan, "oğlana hər şey olar, qız susmalıdır" deyən və qızların təhsilinə mane olan bu düşüncə tərzi cəmiyyətimizin ən büyük yarasıdır. Sözsüz ki, kitabda bəzi nöqsanlar var idi. İlk səhifələrdən etibarən bəzi səhnələr bir az sönük və süni təsir bağışlayırdı. Cümlələr bədii ədəbiyyatdan uzaq, daha çox loru danışıq dilinə yaxın idi. Məsələn, iki baş obraz arasındakı dialoqların demək olar ki, 70%-i eyni - "ürəyim" sözü ilə başlayırdı, bu təkrarçılıq isə həmin dialoqdakı heç bir hissi, məncə, oxucuya tam şəkildə ötürmür. Bundan əlavə, kitabdakı hərf səhvləri də bəzən yorurdu insanı, amma hekayə maraqlı olduğu üçün o yoruculuq bir yerdən sonra kənarda qalırdı. Hekayədəki bəzi söhbətlərin təkrarlanmasını isə yazıçının keçirdiyi ağrının, aldığı travmanın çox güclü olması ilə bağlayıram. Yoxsa bu qədər təkrar olmazdı deyə düşünürəm... Kitabda
Səsimi Kim Eşidər?Mehriban Məmmədova · Kitabçı Nəşriyyat · 20255 okunma
Reklam
Reklam