“…Siz sağ qalmağı sevdiniz.” - Nəhcül-bəlağə ( 199-cu Xütbə) Ədalət, haqqın bərqərar olması kimi böyük ideallar fədakarlıq tələb edir. Cəmiyyət rahatlığı, can qorxusunu və maddi rifahı haqdan üstün tutmağa başladığı an, öz əli ilə öz fəlakətini və zillətini hazırlayır…
Bəzilərinizin çoxdandır gözlədiyi və elə həmin insanlar üçün maraqlı hesab etdiyim bir məsələni sizinlə bölüşmək istəyirəm. İkinci kitabım bu yay işıq üzü görəcək. Hələ Azərbaycanda olarkən yazdığım ilk kitabım "Halqa"nı 500 nüsxədə çıxarıb hamısını satmışdım. Mövzu ölkə reallığı üçün çox həssas olduğuna görə çətinliklərlə üzləşmiş, bütün nəşriyyatlardan imtina cavabı almış və məcbur qalıb yeraltı mətbəələrin birində çap etdirmişdim. Ölkədən çıxışıma da məhdudiyyət qoymuşdular, güc-bəla ilə götüzdürüb aradan çıxa bilmişdim. Mövzu: ölkədəki sosial problemlər, ilahi ədalət, seçki saxtakarlığı, Azərbaycan insanının salındığı vəziyyət Bilirəm ki, ikinci kitabımı da yenə ən azı iki yüz nəfər alıb oxuyacaq. Elə bu özü mənim üçün nəyə desən, dəyər. İkinci kitabda birincidən fərqli olaraq, ölkəni tərk etdikdən sonra gördüklərim, düşündüklərim və hiss etdiklərimi yazmışam. Budəfəki mövzu: Yadlıq və bu yadlığın insan xarakterini necə dəyişdirməsi, internet kimliyi ilə real insan arasındakı uçurum, azadlığı əldə etdikdən sonra yaranan mənəvi boşluq, insanın tək qalanda üzləşdiyi psixoloji dilemmalar. Kimə maraqlıdırsa və alıb oxumaq istəyirsə, rəyə yazar. Birinci kitabda etdiyimiz kimi, kart hesabı paylaşacam və kitabı almaq istəyənlər ödəniş edəcəklər. Yəni kitab özü özünü maliyyələşdirəcək. P.S. Birinci kitabı ikinci nəşrdə tələbələrə pulsuz paylamışdıq. Yoldaşlardan biri əlli tələbənin kitab ödənişini etmişdi. Bu kitab isə həm Azərbaycan, həm də Fransa oxucularına təqdim olunacaq. Ümid edirəm ki, uğur qazanacağıq. Dəstəyinizi gözləyəcəm. Hətta rəy yazıb paylaşmağınız və daha çox insanın qarşısına çıxmasına vasitəçilik etməyiniz də böyük köməkdir❤️
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
PREDESTİNATİON
Biz öz həyatımızın, taleyimizin müstəqil memarıyıq, yoxsa hər addımı əvvəlcədən ən xırda detalına qədər yazılmış bir ssenarinin icraçıları? Çox vaxt elə hesab edirik ki, həyatda verdiyimiz hər bir anlıq qərar gələcəyimizi formalaşdıran azad iradəmizin məhsuludur. Amma elə ekran əsərləri olur ki, insanın bu köklü inancını dərindən sarsıdır və onu öz varlığı ilə amansız bir toqquşmaya məhkum edir. Elmi-fantastika janrının ən pik nöqtələrindən biri olan bu möhtəşəm ekran əsəri, Robert Haynlaynın "Hamınız zombisiniz" (All You Zombies) adlı məşhur qısa hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu şah əsər bizə zamanın sadəcə keçib gedən bir məfhum olmadığını, onun əslində içindən çıxılması qeyri-mümkün olan bir həbsxana olduğunu göstərir. İlk baxışda bu mənzərə Stephen King'in məşhur "11/22/63" romanındakı zamanın keçmişi dəyişdirməyə çalışan insana qarşı göstərdiyi o amansız müqaviməti - "keçmiş inadkardır, dəyişmək istəmir" prinsipini xatırladır. Lakin bu film bəhs edilən ideyanı daha dağıdıcı bir nöqtəyə daşıyır. "11/22/63"-də keçmişi dəyişmək üçün göstərilən hər cəhd dünyanı fərqli bir apokalipsisə və xaosa sürükləyirsə, burada keçmişi dəyişmək üçün atılan hər bir addım elə dəyişdirilmək istənilən keçmişin özünü, o qaçılmaz taleyi doğurur. Hekayə zamanda səyahət edən, zaman çarxları arasında sıxılıb qalmış insan ruhundan, şəxsiyyət bütövlüyündən və tənhalıqdan bəhs edir. Əgər siz də hər addımı təxmin edilən bəsit süjetlərdən yorulmusunuzsa, bu dumanlı və qaranlıq labirintin pərdəarxasına keçib hər detala gizlədilmiş dərin mənaları kəşf etmək sizə tamamilə fərqli bir həyəcan bəxş edəcək. Rejissor bizi ilk saniyələrdən etibarən dumanlı bir barın küncünə, keçmişin kimsəsiz yetimxanalarının soyuq dəhlizlərinə və gələcəyin boz, hissiz bürokratik mərkəzlərinə aparır, lakin bu
Film
Gün gələr... Oğrular zəngin... Məşuqələr həyat yoldaşı... Səfillər adam olar... Odundan qapı, daşdan saray olar... Gün gələr... Nadanlar dastan... Onları dastan edənlər məst olar... Gün gələr... Çivisi çıxar dünyanın... Danışa bilməyənlər natiq... Şəfa verə bilməyənlər təbib... Yaza bilməyənlər katib olar... Amma yenə elə bir gün gələr ki... İşlər tərsinə dönər. Aldadan bir gün sədaqət üçün... Oğurlayan bir gün ədalət üçün... Döyən bir gün şəfqət üçün yalvarar... "Piyada" dediyin gün gələr şah olar... Şaha da çox güvənmə... Gün gələr mat olar. Ömər Xəyyam
Şiir
Hər saniyə yüzlərlə insanın öldüyünü nəzərə alsaq, bir ölən şəxsin ölümü haqqında üzülməyə həqiqətən dəyərmi? Həmin insanın yerini tutacaq bir nəfər tapmağınız qeyri-mümkündür? Bu insan həqiqətən də xüsusidir? İnsanlar yaşadıqları dəyərləri nə üzərində qururlar? Məntiq? Vicdan? Yaxşı və pis anlayışı belə geniş və qeyri-dəqiq olan bir dünyada nəyə uyğun hərəkət etməliyik? Təbliği zorla, ölümlə olan bir dinin nümayəndələri şəhərə daxil olub silahsız sakinləri qırarkən onlar bunu tanrı adına edirdilər? Onlar yaxşılıq edirdilər yoxsa pis? Haqq olan Xaç yürüşüdür yoxsa Islami Fəth? Bu haqqı necə təyin edə bilirik axı? Bəs kimin doğru və kimin yanlış olduğunu necə seçməliyik? Bəlkə çıxış yolu heç seçməməkdir? Bir insanın həyatda heç bir görüşü dəstəkləməməsi mümkünsüzdürmü? Dinsiz, vətənsiz, mənasız yaşamaq insan üçün “pis” bir haldır? İnsanlar haradan gəlib, hara gedəcəklərini, nə istədiklərini dəqiq bilirlərmi? Afrikada acından ölənlər həqiqətən ölməlidir yoxsa biz onları qurtarmalıyıq? Mərhəmət Tanrının qədərinə qarşı gəlməkdir? Hitlerə haqq qazandırmaq üçün hansı vicdanın sahibi olmalısan? Ədaləti kim təyin edir? Ədalət zəiflərin istədiyi bir şey ola bilərmi? Dünyanın təhlükəsizliyinə nəzarət edən dövlətlər niyə ən çox silah satan dövlətlərdi? Zülümdən və pisliklərdən qurtulmaq üçün doğurdanmı bu qəsbkarları məhv etməliyik? Öldürmək həmişə çıxış yoludu? Niyə birimiz tox birimiz acıq? Yaşamaq istəyirik, lakin etdiyimiz şeylərin əksinə yaşamağımıza mane olan nədi? Bəlkə bu qədər yaxşı və pis anlayışı olan dünyada heç bir görüşü dəstəkləməmək, sırf yaşamağın xətri üçün yaşamaq ən düzgün seçimdir? Doğru və yalnış mənim təyin etdiyim görüşlərdi yoxsa ümumbəşərdi?
Hər saniyə yüzlərlə insanın öldüyünü nəzərə alsaq, bir ölən şəxsin ölümü haqqında üzülməyə həqiqətən dəyərmi? Həmin insanın yerini tutacaq bir nəfər tapmağınız qeyri-mümkündür? Bu insan həqiqətən də xüsusidir? İnsanlar yaşadıqları dəyərləri nə üzərində qururlar? Məntiq? Vicdan? Yaxşı və pis anlayışı belə geniş və qeyri-dəqiq olan bir dünyada nəyə uyğun hərəkət etməliyik? Təbliği zorla, ölümlə olan bir dinin nümayəndələri şəhərə daxil olub silahsız sakinləri qırarkən onlar bunu tanrı adına edirdilər? Onlar yaxşılıq edirdilər yoxsa pis? Haqq olan Xaç yürüşüdür yoxsa Islami Fəth? Bu haqqı necə təyin edə bilirik axı? Bəs kimin doğru və kimin yanlış olduğunu necə seçməliyik? Bəlkə çıxış yolu heç seçməməkdir? Bir insanın həyatda heç bir görüşü dəstəkləməməsi mümkünsüzdürmü? Dinsiz, vətənsiz, mənasız yaşamaq insan üçün “pis” bir haldır? İnsanlar haradan gəlib, hara gedəcəklərini, nə istədiklərini dəqiq bilirlərmi? Afrikada acından ölənlər həqiqətən ölməlidir yoxsa biz onları qurtarmalıyıq? Mərhəmət Tanrının qədərinə qarşı gəlməkdir? Hitlerə haqq qazandırmaq üçün hansı vicdanın sahibi olmalısan? Ədaləti kim təyin edir? Ədalət zəiflərin istədiyi bir şey ola bilərmi? Dünyanın təhlükəsizliyinə nəzarət edən dövlətlər niyə ən çox silah satan dövlətlərdi? Zülümdən və pisliklərdən qurtulmaq üçün doğurdanmı bu qəsbkarları məhv etməliyik? Öldürmək həmişə çıxış yoludu? Niyə birimiz tox birimiz acıq? Yaşamaq istəyirik, lakin etdiyimiz şeylərin əksinə yaşamağımıza mane olan nədi? Bəlkə bu qədər yaxşı və pis anlayışı olan dünyada heç bir görüşü dəstəkləməmək, sırf yaşamağın xətri üçün yaşamaq ən düzgün seçimdir? Doğru və yalnış mənim təyin etdiyim görüşlərdi yoxsa ümumbəşərdi? ~onÜç
Alıntı