Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim? Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim? Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm, Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim? Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm? Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim? Çırpınır quş kimi hər zülfünü gördükcə könül, Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim? Gözlərin həsrətini çəkməyən aşiq yoxdur, Sənə mən afəti-dünya deməyim, bəs nə deyim? Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim! Sənə güldən də mən əla deməyim, bəs nə deyim? Eşqidən bir bu qədər söyləmək olmaz Vahid, Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! Ey xaliqi-hikmət! Duyduqca, düşündükcə olur qəlbimə tarı Bin şübhəli illət. Duyduqca, əvət, pərdəli hikmətləri hər an, Bin dürlü həqiqət, Bin dürlü müəmmalı həqiqət bana xəndan, Həpsində də zülmət... Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan Ya şöleyi-əcram, Olmaz şu bənim çıldıracaq könlümə əlan Bir mənbəi-ilham. Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! Ruhum səni izlər. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, Könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanunə, kitabə, Duydum yenə qəsvət. Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, Həp zəfə əlamət... Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, Yoq rəhbəri-vicdan; Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, Bir şöleyi-irfan. En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, Gəzdir qonağında; Yerlərdə süründüm, yetişir, göylərə qaldır, Dindir qucağında, Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi Cənnətdə mələklər?
Sayfa 8·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
— Görəsən, biz baharı bir də bir yerdə görəcəyikmi? Müşfiq gülümsündü, mən sözümə davam etdim: — Nə olaydı, bu günləri tutub saxlaya biləydik. Müşfiq dərindən köks ötürdü: — Axar suları saxlamaq mümkünsə, bu günləri də saxlamaq olar. Bu günlər ötüb gedəcək, ancaq hər kəs bu dünyada özündən sonra bir iz qoyub gedəcək. O izlər içərisində bizim də izimiz olsa, deməli, biz də o günlərə qoşulacağıq.
- Görüşümə gələndə təzə şeir gətirməyi unutma
Sayfa 23
-Yoldaşım gəldi. -Nə bilirsən odu? - Mən onun zəngi çalmasından bilirəm.
Sayfa 103·Kitabı okudu
1000Kitap
-Dilbər, sənsiz mən cənnətdə olsam da darıxacağam. Səninlə zindanda olsam, oranı cənnət bilərəm.
Sayfa 39·Kitabı okudu
Alıntı