Bir dostumun tövsiyyəsi ilə Cəfər Cabbarlının “Sevil” pyesini oxumağa başladım. Və, çox şübhəsiz, deyə bilərəm ki, həqiqətən, ən azından, hər bir azərbaycanlı qadının oxumalı olduğu əsərdir..
“Sevil” pyesini oxuya-oxuya çox düşündüm… Hər şeydən əvvəl, Sevilin ən başda yaşadıqlarında kimdir günahkar? Yüksək cəmiyyətlərə ayaq uydurmağa çalışan Balaşın onun ən çətin anlarında yanında olan yoldaşını, onu oxutdurub bu günlərə çıxaran atasını əzib-keçməsi, çıxdığı qını bəyənməyib onu sevənlərə xəyanət eləməsi, nankorluğu idi mi təqsirkar? Yoxsa cəmiyyətin ziyalı qadınlarından sayılan Dilbərin puluna görə Balaşın ailəsini “dağıtması” mı? Yox, bu ailəni Dilbər dağıtmamışdı, bu ailəni öz nankorluğu ilə Balaş dağıtmışdı, əlindəkinin qədrini bilməmiş, öz yoldaşından utanmış, onu aşağılamış, və tərk etmişdi. Bu hekayənin təqsirkarı əsla Dilbər deyildi, xəyanəti eləyən Balaş idi.
Amma ərini ilahiləşdirən, onu həddindən artıq qiymətləndirən, öz dəyərini bilməyən, hər hərəkətini Balaşın xoşuna gəlib-gəlməyəcəyi ilə ölçən Sevil də müəyyən qədər təqsirkar idi, fikrimcə. Sevil, cəmiyyətin “yaxşı qız” adlandıraraq bəzədiyi, əslində isə qurban psixologiyalı bir obraz idi. Ərinə gərəyindən çox sitayiş edir, əri Allahın kölgəsi adlandırırdı. Öz dəyərini bilmirdi, özünə dəyər vermirdi. Elə bu səbəbdən idi başına gələnlər. Lakin, xoşbəxtlikdən, Gülüş Sevili bu qurban rolundan çəkib çıxartdı. Yeri gəldi, Sevil öz dəyərini bilməyəndə onun yerinə ətrafındakıları susdurdu:
* * *
Balaş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz.
Gülüş. O, çox şeyi çoxlarından yaxşı bacarır.
(Səh. 47)
* * *
Yeri gəldi, dili iti və sərt olsa da, Sevilə dik durmalı olduğunu, bu həyatda qurbanlara yer olmadığını, başqasından dəyər gözləmədən, öz dəyərini özünün bilməli olduğunu başa saldı:
* * *
Gülüş.