Aşiq gecələr bir quru sevda həvəsindən, Öz nəfsini azad eləyirmiş qəfəsindən. Dilbər ona ehmalca özündən danışırdı, Artıq tamah ürkürdü nəzakətli səsindən. Öldürmə, könül, nəfsimi əfv eylə, amandır, Qurtulmağa cəhd etsə də yarın tələsindən. Saf eşqinə, dilbər, yiyə dur, nəfsimə dəymə, Əsla balasın kenquru atmaz kisəsindən. Dərdimdə müəyyən qədəri olsa da Hikmət, Əl çək ya ərəbdən, ya da müş dəvəsindən. Samir Hikmət
Ondan
Yoxdur, ey ürək, onda ürək, umma ürək ondan. Dad eyləmiş ol ərşi-zəmin, cümlə fələk ondan. Çoxdan o edib ruhunu iblislərə təslim, İnsani olan qəlbinə dəysin nə kömək ondan? Qalmazdı biganə bu qədər cövrü-cəfaya, Olsaydı xəyalındakıtək huri-mələk ondan. Onda o təkəbbür var ikən vicdana yenməz, Umma bir yudum su, nə də bir loxma çörək ondan. Uğrunda hədər eylədiyin bunca zamandan, Bir an belə yox görməyəsən hiylə, kələk ondan. Baxsan hara aşiqlər edir naleyi-fəryad, Varmış bu fani dünyada olduqca, demək ondan. Dünyada var ikən bu qədər sevməli dilbər, Neyçün asasan sevgi dolu kölnünü tək ondan? Şair, o gözəl kölnünü alçaltma ayıbdı, Dəyməz bi(r) para dərdi-qəmə, fikrini çək ondan.
1000Kitap
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Musa Yaqub - Buraxma məni
Gözlərin gözümə baxdı yenidən, Döndərək geriyə vaxtı yenidən, Özünlə dustaq et, bir ev dustağı, Buraxıb sən məni salma məhbəsə. Könlümü titrədən vaxt qorxusudu, Şəlalə nə qədər coşub kükrəsə, Çaya qarışanda adicə sudu, Buraxma məni… Bu qədər işıqlı gözlərlə bir də Heç kimə mən baxa bilməyəcəyəm, Onda gözlərim də adiləşəcək. Bu qədər mehriban sözlərlə bir də Bir könülə axa bilməyəcəyəm, Onda sözlərim də adiləşəcək Buraxma məni… Sevdalı ömrümün sarı siminə Belə incə mizrab dəyməyib heç vaxt. Bəxtəvərliyimin, xoşbəxtliyimin Ən uca, ən ali taxtıdır bu taxt. Buraxma, bu taxtdan endirmə məni, Bu tacı başımdan götürmə hələ. Ləfzindən yanıram, söndürmə məni. Dilinə başqa söz gətirmə hələ. Qalxa bilmək üçün bu ucalığa, Yetə bilmək üçün belə saflığa. Min dağdan, dərədən soraq almışam, Dilbər guşələri gəzmişəm bütün. Bəlkə də duyğumu cilalamışam,
Şiir
Cismimdə əsir eyləmişəm bir gilə canı, Canana fəda etmək üçün cism ilə canı. Məndən səni, səndən məni dünya ala bilməz, Dünyaya səni vermərəm, Əzrailə canı. Könlümdəki ümmidi-vüsalın odu sönməz, Hicr atəşi yandırsa da bifasilə canı. Min yol sənə qurban olum, ey canı cahanın, Min dəfə verib min dəfə məndən dilə canı. Hər kim dil-ü can ilə dilər nəzr ola eşqə, Bir söz kimi hər yerdə gətirməz dilə canı. Mən könlümü bir qəmzə satan dilbərə verdim, Tapşırdım əmanət kimi bir qatilə canı. Bir sevgili səhraya düşüb şanə əlində, Bənd etmək üçün zülfünə bir qafilə canı. Pünhan bilir öz canını ən karlı qənimət, Azim daşıyır yük kimi son mənzilə canı. Pünhan Azim
Edebiyat
Süleyman Rüstəm-Qarabağ
Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ, Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ. Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm, Ömrü ağ günlü könüllərdə səadət görürəm, Sözü xoş nəğməli dillərdə həqiqət, görürəm, Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ, Əbədi şölə saçan çilçırağımsan, Qarabağ. Yadigarsan babalardan bizə, ey şanlı diyar, Dostluğun – fəxr elə – bağlarında təməl daşları var. Yaşa qəlbində məhəbbət, yaşa alnında vüqar, Şuşası şerimizin çeşməsi dilbər Qarabağ, Yürüşündə hər ili əsrə bərabər Qarabağ! Gəzmişəm əldə qələm bağlarını, dağlarını, Dalmışam seyrə zəfər müjdəli bayraqlarını, Çəkmişəm nəzmə gəlib vəcdə gözəl çağlarını,
Qəzəl
QƏZƏL Dərd çəkmə ürək, dərddən usandın, daha bəsdi, Hicr atəşinə su çilə, yandın, daha bəsdi. Ey könül, artıq meyə, meyxanəyə meyl et, İllərdi ki, minbərdə dayandın, daha bəsdi. Qoy minbər ilə mehrabı zahidlərə qalsın, Canan çağırır bəzmə, yubandın, daha bəsdi. Ol məclisə gir, buseyi-can təklif edir yar, Öp ləblərini, bunca utandın, daha bəsdi. Yar busələri çünki səni cavidan eylər, Bu aləmi-mövtada dolandın, daha bəsdi. Ərz eylür o dilbər ki:-"Uzaq durma, yaxın gəl, Gözlərimi can cəlladı sandın, daha bəsdi. Gəl, tellərimi bənd eləyim boynuna, şad ol, Qəlbiqəm olub, şadlığı dandın, daha bəsdi!..." Elsevər Qəlbiqəm, 10. 09. 25.
Şiir