Bir dost gəlib deyə ki Dərd eləmə,düzələr. Payızdır da... Payızda yağır belə yağışlar.
==MƏN SƏNİ DOST KİMİ GÖRÜRƏM AXI==
Bu qara sevdanın at artıq daşın, Mən səni dost kimi görürəm axı, Olaram sirrini bilən sirdaşın, Mən səni dost kimi görürəm axı. Səni dost bilənə etmisən meyil, İstəməm bu dərdə olasan veyil, Bizim ki eşq deyil, məhəbbət deyil, Mən səni dost kimi görürəm axı. Desəm ki, sevirəm mənə ar olar, Bu yalanla dünya sənə xar olar, Bizdən nə bir aşiq, nə də yar olar, Mən səni dost kimi görürəm axı. Hər kəsə güvənib ərk etmirəm mən, Dostu hər yalnışa tərk etmirəm mən, Amma bu sevgini dərk etmirəm mən, Mən səni dost kimi görürəm axı. Xətrin çox əzizdir, istəməm silim, Bəlkə ümid verdim, de harda bilim, Hər vaxt dönə dönə söyləyir dilim, Mən səni dost kimi görürəm axı. Ağakişi Çingizoğlu 10.12.2022 12:10
Şiir
Reklam
«Məndən içəri»
Sevərəm mən səni candan içəri, Yolum ötməz bu ərkandan içəri. Nərəyə baxarsam könlüm dolusu, Səni harda qoyam bəndən içəri?! O bir dilbərdi ki, yoxdur nişanı, Nişan yoxdur binişandan içəri. Məni sorma mənə, məndə deyiləm, Bir mən vardır məndə məndən içəri Məni məndən alana irməz əlim, Qədəm kim basa sultandan içəri?! Təcəllidən nəsib erdi kiminə, Kiminin məqsudi bundan içəri. Kimə dəydi isə ol dost nəzəri, Anın şöləsi var gündən içəri. Sənin eşqin məni məndən alıbdır, Nə şirin dərd bu dərmandan içəri. Şəriət, təriqət yoldur varana, Həqiqət, mərifət andan içəri. Süleyman quş dilin bilir dedilər, Süleyman var Süleymandan içəri.
Üşüdünsə bağışla
Orxan Bahadırsoy 🖋 Bir dost gəlib deyə ki, - dərd eləmə, düzələr, payızdır da, payızda yağır belə yağışlar. Bir də Tanrının səsi titrədə yeri, göyü, üzgün-üzgün deyə ki, üşüdünsə, bağışla... Bir yandan anam gələ, əlində yun jaketim, dillənə ki, soyuqdur, bürün buna, ay bala! Beləcə dostum kimi, beləcə Tanrı kimi, beləcə anam kimi hamı qayğıma qala. Mənsə səndən nigaran, bir mesaj yazam sənə, soruşam ki, necəsən, soyuqdan üşümürsən? Hamı məni düşünür, mənim vecimə deyil, mənə sən maraqlısan,
Edebiyat
Bir dost gəlib deyə ki, -Dərd eləmə, düzələr, Payızdır da, payızda Yağır belə yağışlar. Bir də Tanrının səsi Titrədə yeri, göyü, Üzgün-üzgün deyə ki, -Üşüdünsə, bağışla Bir yandan anam gələ, Əlində yun jaketim, dillənə ki, -Soyuqdur, Bürün buna, ay bala! Beləcə dostum kimi, Beləcə Tanrı kimi, Beləcə anam kimi Hamı qayğıma qala. Mənsə səndən nigaran, Bir mesaj yazam sənə, Soruşam ki, -Necəsən, Soyuqdan üşümürsən? Hamı məni düşünür, Mənim vecimə deyil, Mənə sən maraqlısan, Sən məni düşünürsən? Yazam bir dostun kimi.
Şiir
Uykuda ölmek kolay mı? KİM DEYİR, YUXUDA ÖLMƏK ASANDI? Deyirlər, yuxuda ölmək asandı… Özün də bilmirsən necə ölürsən. Səhər tezdən eşidirsən əzandı, Yuxudaca kirimişcə ölürsən. Bir göz qırpımında qurtulur canın, Ruhun bədənindən uçur quş kimi. Əlində qalmırsan dərdin, dərmanın, Dərdə də salmırsan evdə heç kimi. Kim deyir, yuxuda ölmək asandı?.. Kim bilir, necədi yuxuda ölmək?! Bəlkə də, ən böyük dərddi, əzabdı, Ən pis işgəncədi yuxuda ölmək. Bir göz qırpımında yuxuda bəlkə İllərcə belində daş daşıyırsan. Nəfəsin kəsilir axırda bəlkə, Ömrünü daşlara bağışlayırsan. Bir göz qırpımında yuxuda bəlkə Cəllad baltasıyla üzülür başın. Orda qızıl qanın axanda bəlkə Yastığa süzülür burda göz yaşın. …Yuxuda ölməkdi
Reklam
Reklam