8/10
·328 syf.··
2026 5. kitabı
Əvvəlini oxuyanda çox çərəzlik kitab kimi gəlmişdi amma sonra gördüm ki,yox gedir əməlli çox axıcı idi,maraqla oxuya-oxuya deyirdim ki,"görəsən sonra ne olacaq?".Təxmin eləmişdim ki, etanin atası çıxacaq amma yenə də tərs köşə oldum,ondan əlavə Klerin sonluğunun mənasız olduğunu düşünürəm,Etanin Kassandra ile otelde olan səmimiyyətini necə belə tez unutdu?Və niyə ancaq Kassandrani günahlandırirdi?Etanin evli ola-ola,elə hərəkətlər eləməsi daha səhv idi.Dominik..Kler ümid verirdi hər dəfə..Mən anlamırdım ki,Klerin yaxın dostu var idi və yaxşı da dost idi niyə dərdini tökmək istəyəndə ona danışmaq yerinə Dominiki liman kimi istifadə edirdi?Bu personajı həqiqətən anlamadım,hərəkətlərinə məna verə bilmədim.Ustəlik Etan bunu aldatdığını əlinə bayraq eləyib Dominiklə yaxınlıq edirdi,hələ bir hissədə Dominikə ərindən ötrü dərd yanıb deyinirdi,sonra da başın çiyninə qoyub düşünürdü ki,bura çox rahatdı (??)Səhv hərəkət etdiyini anlayanda da özünə təsəlli verirdi ki o da başqası ilədir.Belə düşünürdunsə axırda niyə barışdın Kler?Deyərlər adama
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
Unutduğum Qatardakı qız...
Puan vermedi·360 syf.··
2016 6. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Mayıs 2016 01:07
Bu kitabı 2016 - cı ildə oxuyub bitirsəm də kitab haqqında fikirlərimi bölüşmək bu günə qismətmiş, daha doğrusu paylaşmaq. Çünki kitab haqqında fikirlərimi elə o zaman yazmışdım və o zamanlar çox nadir hallarda oxuduğum kitab haqqında fikir bildirirdim. Kitab haqqında fikir bildirməyimin səbəbi daha doğrusu səbəbləri çox idi... öncəliklə kitab haqqındakı birmənalı olmayan daha çox bəyənilməyən olması idi... digər bir səbəb isə filmi idi... əgər bir filmin ssenarisi kitabdan götürülübsə əvvəlcə kitabı oxumaq daha məqsədəuyğundur... daha bir səbəb kitab nəşri ilə bağlı ölkəmizdə nəşriyyatlar arasındakı dava idi... və bu da kitabın daha bir reklamı idi... və mən onlara inad #İthakiYayınları 'nın nəşrin seçmişdim... gələk kitab haqqında fikirlərimə... Kitab haqqında fikirlərimi yeni oxumuşam kimi paylaşacağam. Onu deyim ki... kitabı bəyəndim... bəyənməyimin başlıca səbəbi kitabda baş verən hadisələrin həyatda da baş verə bilmə ehtimalıdır... kitabın dili axıcı idi... hadisələrin bir - birini izləməsi isə düşünülmüşdür... baxmayaraq ki eyni zamanda baş verən hadisələr ayrı - ayrı qəhrəmanların... Rachelin... Annanın... və Meganın dilindən nəql edilir... kitab əvvəl Rachelin - Qatardakı Qız Trendeki Kız həyatından başlayır və bu hissələri bir az sıxıcı gəlir, amma sonra Meganın yoxa çıxması ilə sıxıcılıq aradan itir...yerini marağa buraxır... Hər səhifəni...hər yarımbaşlığı oxuduqca öz - özlüyündə ssenarilər yazırsan... bu ola bilər... o ola bilər kimi... sonda isə heç gözləmədiyin adam çıxır... Əsərin daha bir özəlliyi isə surətlərin az olması idi..az idi amma yetərincə idi... Surətləri təhlil etsəm... ən pis həyat Rachelin idi deyə bilərəm...keçmiş ərini unuda bilməyən...övlad həsrəti çəkən bir qadın və nəticədə içki aludəçiliyi...və sərxoşluqla gələn işsizlik... xəyanət...
Trendeki KızPaula Hawkins · İthaki Yayınları · 202013,7bin okunma
Reklam
Puan vermedi·257 syf.··
2024 2. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Ocak 2024 20:33
Oscar Wilde 'dən oxuduğum ikinci əsəri idi.İlki "Dorian Gray'in portesi" olub.Məhz bu kitabdan sonra dedim Uayld da Balzak kimi bütün əsərləri oxunmağa dəyər biridir.Çalxantılı həyatı,sənətə baxış tərzi,dini inancı,biseksual olması bütün kitablarında öz əksini tapıb demək olar ki.Buna baxmayaraq onun yaxşı yazıçı olduğu da bir həqiqətdir.Əksər "kütlə" sırf yazıçı biseksualdır deyə,kitabları oxumur və yaxud bəyənmir.Əgər kitabı yazıçının həyatına görə dəyərləndirəsi olsaq,gərək kitab oxumayaq :) Əsərdə kifayət qədər sətiraltı məna var idi.Mən İş bankası,kültür yayınları Hasan Ali Yücel tərcüməsini oxudum.Kitabda Uayld'ın bütün hekayələrini cəmlənib. Mutlu Prens - Bütün Masallar, Bütün Öyküler hekayəsində balaca bir kırlangıç və qamışın bir-birinə olan sevgisini oxuyuruq.Qamış bataqlıqda yaşayır və məlum olduğu kimi hərəkət edə bilmir.Quş isə azaddır,qanadlarına güvənir.İki tərəf də bir-birini sevdiyini düşünür.Kırlangıç qamışı sevdiyi üçün qış ayında onun yanında qalmağı seçir.Ailəsi və dostları ilə birgə isti şəhərlərə,Misirə getmir.Amma bir müddət sonra bu seçimi özü etdiyi halda qamışı günahlandırır.Onun hərəkət etməməsi kırlangıç üçün maneə imiş.Əslində 21.əsr münasibətləri də məhz budur.Münasibəti yaşamağı,onun üçün nəsə etməyi tərəflər azad və sərbəst şəkildə seçir.Lakin nəticə istənildiyi kimi olmadıqda bunun günahını qarşı tərəfdə axtarılır :) Kırlangıç qamışa deyir ki,"Səndən çox olduğu halda mən niyə səni sevməliyəm?Nəyə görə səndə ilişib qalmalı,dostlarımdan ayrılmalıyam?" Və qeyd edim ki,bu cümlələri ətrafdakı digər "heyvanların" təsiri ilə deyir.Təbii ki,"əsəbiykən deyilmiş hər cümlə sakit halda düşünülmüşdür".Qamış və kırlangıç sevgisindən anlayırıq ki,münasibət iki tərəf üçündür.Artıq 3cü bir tərəfin(şəxsin) iştirakı hər şeyi bərbat edir.Sevgidə necə deyərlər "davul bile dengi dengine"
Mutlu Prens - Bütün Masallar, Bütün ÖykülerOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 20224,369 okunma
6/10
·285 syf.··
Beğendi
·
2023 8. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Kasım 2023 05:34
Kitabı elə indicə bitirdim və adı kimi hal-hazırda qarmaqarışığam.... . . "Kaş olmazdı bu dünyada fərqlər. Pislər-yaxşılar , varlılar-kasıblar, dəlilər-ağıllılar, bədbəxtlər-xoşbəxtlər , ən əsası da mərhəmətlilər və onun kimi vicdansızlar." . . Bu kitabda qarışıqdı həyatlar, qarışıqdı dostluqlar , qarışıqdı ailələr........hisslər....beyinlər və qəlblər...... . Boşluq içərisindəyəm yenə bir kitabda....Hansısa məktəbli qızın başına gələn hadisələrlə , dost adı verilən , hər dərdə şərik olan ,sirrlərini bölüşərək insanın özü üçün hazırladığı güclü düşmənin xəyanəti ilə..... . Bir tərəfdə qızının namusunu qorumaq üçün bir atanın çirkab içində boğulması ilə, digər tərəfdə pul üçün bir atanın qızını çirkabda "boğması" ilə... . . Yarım qaldı hisslərim....Sonuna çatmaq üçün, əvvəldən sonuna qədər olan mübarizənin necə bitəcəyini bilmək üçün tələsə-tələsə oxuyub gəldiyim sonluqda ------ filmin maraqlı yerində siz reklamlar deyin ,mən isə işıqlar söndü..... . Güman edirəm ki davamı olacaq.... Davamını gözləyəcəm..... Çünki bu son deyildi....sonun başlanğıcı idi.....Başlanması ümidi ilə xoş mütaliələr....
1000k
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
10/10
·430 syf.··
Beğendi
·
2023 19. kitabı
Irvin D. Yalomun - Nietzche ağladığında fəlsəfi romanını oxuyub bitirdim. Əsəri türk dilində oxumuşam. Çox bəyənərək mütaliə elədim. Zövq aldım. Düşündürücü romandır. Əsər yazıçı təfəkkürü olsa da hadisələrin çoxu real həyatdan götürülüb. Romanın baş qəhrəmanları Alman filosofu, dahi Friedrich Nietzsche, ümidsizlərin ümid yeri , qapısını döydüyü yəhudi həkim Breuer, psixoanalizin banisi Sigmund Freud və Lou Salome gözəl, gənc rus qızıdır. Nietzchenin ümidsizliyi və ağır depressiyası, təkliyi, həkim Breuerin ona yardımçı olmaq istəyi və kişilərin baş döndürücüsü gözəl Lou... Doctor Breuer Nietzscheyə kömək edə biləcəkmi? Nietzsche özü sağalmaq və ümidsizlikdən qurtulmaq istəyirmi?? Əsəri belə adlandırmağı Yalomun xanımı və ən yaxın dostu Merilyne təklif edib. Bir onu deyə bilərəm ki, öz özünə yardım etmək istəməyən insana heç kim yardım edə biməz! Heç bir dost! Heç bir həkim..Nietzsche də yardım almaqdan imtina edir. Danışmır. Ürəyini açmır. Kompleksləri çoxdur... İllər boyu hər kəsi dinləyən Breuer həkimin özünü dinləyən lazımmış.. Nietzsche danışmadıqca , susduqca ürəyini heç kimə aça bilməyən həkim həmlə işlədib filosofu danışdırmaq üçün özü danışmağa başlayır. Nəticədə həkimlə pasient yerlərini dəyişir. Həkim danışdıqca filosof da öz həyatında baş verən və onu üzən hadisəylə üzləşir. Nəhayətində bacarır doctor Breuer. Kendinle üzleş...Hekimin şüarı ilk əvvəldən budur. Nietzsche tək ölməkdən qorxur.Tək qalmaqdan qorxur. Təklik onu üzür. Sonunu düşünür və dibə enir getdikcə. Həqiqətən də dinləyəni olmayanda yalnız qalır insan. "Dəlib deşir ürəyi dərd ürəkdə qalanda..." Dərdinizi dinləyəninizin olması diləyi ilə …kitabla qalın.. Xoş mütaliələr
Felsefe-Düşünce
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202470bin okunma
9/10
·224 syf.··
2022 11. kitabı
·
32 saatte okudu
·
Okunma: 13 Aralık 2022 20:18
Fərdi inkişaf kitabları oxumağı çox sevməsəmdə bu kitabı çox bəyəndim. Uzun müddətdi bu kitabda yazıldığı kimi biri olmağa çalışmışam. Bacarmışammı deyə soruşan olsa yəqinki tam olaraq yox deyərdim. Çünki bu çox çətin prosesdir, birdənbirə sevdiyimiz ya sevmədiyimz xasiyyətlərin hamısını dəyişmək, yaxud hamısını olduğu kimi qəbul etmək yazıldığı qədər asan baş vermir. Oxuduqca həyatımda bir çox şeyi yanlış etdiyimidə gördüm. Bu məni təbiiki təəssüfləndirdi. Oxusanız sizdə rastlaşacaqsınız belə hallarla. Kitab bizə problemləri xırda ya böyük olmağından fərqsiz görməzlikdən gəlməyimizi demir. Sadəcə olaraq həyatın tək bu problemləri düşünməklə çox maraqsız və ən əsası, mənimçün ən vacibi mənasız olacağını deyir. İnanclı olub olmağımızın, ölümdən sonrakı həyata inanıb inanmamağımızın fərqi yoxdur, bu həyatı mənalı yaşamaq lazım olduğunu deyir. İntuasiyalarımıza inanmağı, ürəyimizin səsini dinləməyi, sevgi dairəmizi genişləndirməyi, anlayışlı, səbrli olmağımızı və əgər belə olsaq həyatımızı pessimist yox optimist olaraq yaşayacağımızdan danışır. Başqalarının işinə qarışmamağı, hamının problemini öz problemimiz bilməməyi, hətta bəzən öz problemlərimizi belə gözardı etməyimizi, belə olduğu halda ruhi rahatlıq tapacağımızdan danışır. Hərhalda yoxlamağa dəyər deyə düşünürəm. Mütləqki dost əhatəniz dəyişəcək, dəyişdiyinizi deyib sizdən inciyənlər olacaq, ya ətrafınızdakılar sizi daha çox sevməyə başlayacaq. Yazılanları etdikdə bu dəyişikliyi hiss edəcəksiniz. Mən reinkarnasiyaya inanmıram, həyata bir dəfə gəldiyimizi düşünürəm onunçündə məhz burda yazıldığı kimi yaşamağı üstün tuturam. Hamını sevin, hamıya hörmət edin, qarşılaşdığınız hamıdan nəsə öyrənə biləcəyinizi düşünün, kimsəni özünüzdən aşağı fikirləşməyin. Təəssüfki dünyaya gəlib rastlaşdığımız dövürdə insanlara
Xırda Şeyləri Dərd EtməyinRichard Carlson · Qanun Nəşriyyatı · 20192,450 okunma
Reklam