Salam olsun qoşa Bəylər,
Siztək ucalmaq istədik!
Boy boylasın Dədəm Qorqud,
Qurtarıb bu dərd, ələmdən,
bəd qələmdən,
Yurdumda qalmasın yağı!
Alacağıq Qarabağı!.
Alacağıq Qarabağı!.
Turan yolu Qarabağdı, Zəfərə burdan başlayaq.
Kərkükdən, Ərkdən başlayaq,
Təbrizimin gözü yolda,
Dəmir barmaqlıqlar qolda.
Yatıb illərin yaddaşı, Oyadaq dostu, qardaşı. Bir simə vursun yazılar,
Bir dizdən qalxsın qazilər.
Çıxdım ucasına seyran eylədim ,
Dost ilə gəzdiyim çöllər pərişan.
Tək başıma olsam qəm çəkməz idim,
Bir mən deyil, cümlə ellər pərişan!
Cəvahir, bu ağrı, bu sitəm nədir?
Dünya beş gün deyən bir bəhanədir.
Bizə Turan gərək, Turan xanədir,
Yolumuz imana, inama doğru,
Yolumuz Turana, Qurana doğru!