10/10
·224 syf.··
Beğendi
·
2026 53. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Mayıs 2026 00:00
"Söyüdlü Arx" İlyas Əfəndiyevin qələmindən oxuduğum üçüncü əsər idi və yenə də əvvəlkilərdə olduğu kimi bu əsəri də çox bəyəndim. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri də o oldu ki, oxuduğum hər üç əsərdə baş obraz qadındır. Yazıçının kişi olmasına baxmayaraq, qadınların daxili dünyasını, düşüncə və hisslərini bu dərəcədə məharətlə işləməsinə heyran qalmamaq mümkün deyil. "Söyüdlü Arx" əsərində baş obraz Nuriyyədir. Onun saflığını, ülvi hisslərini, təmiz və geniş qəlbini, incə və mülayim xarakterini çox sevdim. Amma oxuduqca onun çəkdiyi iztirablar mənim də qəlbimi göynədirdi. Düşünürəm ki, bir insan üçün bu dərəcədə fədakarlıq etmək, əslində, özünü incitməkdir. Nuriyyənin böyük ürəyi ilə yanaşı, nə qədər ağıllı bir qız olması da diqqətimdən yayınmadı. O, özünü Murad və onun ailəsi üçün fəda etməkdən savayı, Səadətə də ən düzgün yolu göstərdi. Doğrudan da, cəmiyyətdən ayrı düşən insanlar həyatdan da kənarda qalırlar. Səadətin hissləri bayağılığa bürünmüşdü. Mənasızlığa yuvarlanan bir həyatda hansısa dərin və ali hisslərdən söhbət gedə bilməz. Əsl insan kimi yaşamaq və zəhmətin bəhrəsini görmək üçün mütləq bir fəaliyyət lazımdır. Yoxsa ancaq özünü düşünməklə, ətrafındakı insanlara fayda vermədən xoşbəxt olmaq mümkünsüzdür. Bunun üçün ilk öncə istək, sonra isə insanlarla yaxın olmaq, başqalarına can yandırmağı bacarmaq və cəmiyyətin bir parçasına çevrilmək lazımdır. Yalnız bu zaman insan nələr edə biləcəyini görməyə başlayır. Var-dövlət sahibi olmaq günümüzü fərəhli keçirməyə kifayət etmir. Mədəni və mənalı həyata can atmayan insan bu sərvəti ancaq yeyib-yatmağa sərf edəcək ki, bu da zövqsüz həyat tərzi deməkdir. Bayağılıqdan qurtulub ali mərtəbələrə yüksəlmək üçün həyata qaynayıb-qarışmaq və taleyin açdığı yollarla yürüyərək məna qazanmaq lazımdır. Səadətin
1000Kitap
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,311 okunma
Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat
8/10
·502 syf.·
2025 44. kitabı
Normalda oxuduğum kitabları xatırlasam da, Orhan Pamuk'un ilk oxuduğum əsəri "Kırmızı saçlı kadın"ı demək olar, unutmuşam. Ona görə də, bu əsər Pamukla yenidən tanışlıq əsəri kimi oldu. Həmçinin, uzun müddətdir üz qabığı, adı ilə diqqətimi çəkirdi. Obsessiya mövzusunda 500 səhifəlik bir kitab oxumağı gözləmirdim, nə yalan deyim. Pamukun ədəbi dilini çox bəyənirəm; oxucu oxumaqdan zövq alır. Əsərin mövzusu və süjeti maraqlı olsa da, obrazların heç biriylə yaxınlıq qura bilmədim. Kemal əsl narsist, unudulmağı özünə yedirə bilməyən, vaxtında düzgün seçim etmədiyi üçün bütün həyatını məhv edən birisidir. Kemalin problemi, həmçinin acgözlü olmasında idi. Hər şeyi eyni anda istəyirdi Kemal. Həm düzgün, cəmiyyətin qəbul etdiyi bir qadınla evlilik, həm də sevdiyi qadınla yaşadığı ikinci həyat. Fikir verirsiniz ki, yenə də mərkəzdə özünü qoyub? Qadınların heç birinin duyğuları, ləyaqəti barədə fikirləşmir belə? Bəlkə də, o dövr kişisi üçün bu, normal bir vəziyyət idi - belə də olmalıymış kimi davranırdı. Hətta Kemalin atası da anasına olan xəyanətini açıb oğluna bildirir və oğlu da onun tale yolundan keçir. Füsun bir qadın kimi çox sadə, bir insan kimi olduqca kompleks personajdır. Bir qadının sevgidə edə biləcəklərinin sonsuzluğunu (müəyyən qədər ağılsızlığını) göstərir deyə düşünürəm. Cinsi yetkinliyə qədəm qoyan kimi bunu yaşadığı insana aşiq olması onun həmin dövrdəki uşaqlığını, məsumluğunu göstərir. Çünki bu cür davamlı yaxınlıqdan sonra o yaşdaki, təcrübəsiz bir qadının heç nə hiss etməməsi mümkün deyildi. Mənə maraqlı olan, Kemali tərk etdikdən sonrakı 8 ildəki hərəkətləridir. Kemalden sonra "ləkələnən" (bu ifadədən kitabın kontekstinə uyğun olduğu üçün istifadə edirəm) Füsun, onu bu vəziyyətdi "qəbul edəcək" (sanki cüzamlıdır), onu uzun müddətdir uzaqdan sevən
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202460,5bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
8/10
·184 syf.··
Beğendi
·
2025 21. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Mayıs 2025 11:37
Dostoyevskinin ədəbi səhnəyə ilk çıxışı – “İnsancıklar” – böyük bir qışqırıq deyil, əksinə, asta səslə yazılmış, lakin ürəyə toxunan bir məktubdur. Bu roman sanki sətir-sətir, nəfəs-nəfəs yazılıb. Təkcə qəhrəmanlarının deyil, müəllifin öz içindəki iztirab da burada danışır. Əsər iki insanın – Makar Devuşkin və Varvara Alekseyevnanın – məktublaşması üzərində qurulub. Amma bu məktublar bir yazışmadan daha artıqdır. Onlar Dostoyevskinin insan psixologiyasını anlamaq və izah etmək cəhdlərinin ilk uğurlu nümunəsidir. Makarın yazılarında o qədər məsumluq, o qədər məhrumluq və bir o qədər də izzət var ki, oxucu özü də bilmir onun taleyinə ağlasın, yoxsa özünün bu taleyi necə bu qədər yaxşı başa düşməsinə. Bu romanın ən incə nöqtəsi — yoxsulluğun sadəcə maddi deyil, mənəvi bir qaranlıq kimi təqdim edilməsidir. Makar sadəcə pulsuz deyil, həm də unudulmuşdur. Onun məktublarındakı sadəlik bir acizlik deyil, içdən gələn bir sədaqətdir. O, sevgi dilini bilmir, amma məktublarında bu sevgini tikə-tikə qurur, sanki hər cümlə bir təməl daşıdır. Varvaranın taleyi isə daha sakit, lakin eyni dərəcədə kədərli bir notdadır. O, cəmiyyətin gözündə bir “kiçik qadın”dır – seçilməyən, xatırlanmayan. Amma məktublar vasitəsilə onun içindəki zəriflik, qırılqanlıq və dərindən gələn ağrı üzə çıxır. Dostoyevski burada qadın obrazını sadəcə romantik ya da qurban halında deyil, düşünən, hiss edən, seçim edən bir varlıq kimi təqdim edir. Əsərdə diqqət çəkən əsas hiss – insanın izzətini qoruma cəhdi ilə sevgi arasındakı ziddiyyətdir. Makarın Varvaraya olan sevgisi o qədər pak, o qədər uşaqcasına safdır ki, o sevginin qarşılıqlı olub-olmamasının əhəmiyyəti itir. Onun üçün əsas olan yazmaqdır, yazaraq yaşamaqdır. Sözləri sanki nəfəsidir. “İnsancıklar” – sadəcə yoxsul bir adamın məktubları deyil. Bu,
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202377bin okunma
Puan vermedi·208 syf.··
2025 6. kitabı
Qarmaqarışıq və Darmadağın Hadisələr məktəbli qızların müəyyən aralıqlarla naməlum şəkildə yoxa çıxması ilə başlayır.Artıq bu məsələ məktəb rəhbərliyinin,müəllimlərin,valideynlərin təşvişə düşməsinə səbəb olur. Əsas obrazımız Murad və dostları başqa məktəb yoldaşlarının da qurban olmasının qarşısını almaq üçün qəhrəmanlıq etməyə çalışıb qızları oğurlayanı tapmaq üçün plan qururlar.Əsas hadisələr də elə bundan sonra başlayır.Onlar bu cinayətkarı tapmaq yolunda nələr yaşayırlar?Bu yolda nələri və kimləri itirirlər? Mən bu kitaba hərşeydən öncə bir pedaqoq olaraq fikir bildirmək istəyirəm. Hal-hazırda məktəbdə yeniyetmələrlə daha çox işlədiyim üçün onların davranışları, dostluq və digər mübasibətlərini kənardan izləmək şansım olur. Onu deyə bilərəm ki, vəziyyət heç də yaxşı deyil,çünki şagirdlər arasında mübahisələr,xüsusilə bulling çox geniş yayılıb və bunun qarşısını almaq üçün təkbaşına savaşmaq çox çətindir.Bu kitabı oxuyarkən bəlkə də kənardan kimsə düşünə bilər ki “Bu ki lap fantastikadır,Bakı məktəblərində belə şeylər olmaz.” Amma mən oxuyarkən işlərin hansı yerdə olduğunu çox yaxşı bildiyim üçün, bəlkə də bu kitabdakı hadisələrin yaşana biləcəyi tarixlərin çox da uzaq olmadığını anladım.Kitabda dostluq, sevgi, sədaqət, xəyanət,qarmaşıq və zəif ailə münasibətləri və s.kimi aktual mövzulara yer verilib.Kitab tərs köşələri ilə,gözlənilməyən hadisələrlə insanı təəccübləndirə bilir və bu da kitabı daha axıcı edib. Təbii ki, yazarın ilk kitabı olduğu üçün sujet xəttində müəyyən qədər boşluqlar var idi, biraz türk sözlərindən çox istifadə olunmuşdu, kitabın nəşriyyatı və keyfiyyətlə bağlı fikir bildirməyəcəm,çünki indi gənc və istedadlı yazarlarımızın kitab çap etdirmək üçün maddi və mənəvi baxımdan necə əziyyət çəkdiyini bilirəm. İkinci kitab da davam kitabıdır və
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
"Seninle Başlamadı"
Puan vermedi·277 syf.··
2023 6. kitabı
Mark Wolynn-in "Seninle Başlamadı" kitabı travmaların nəsillərarası ötürülməsi mövzusunda yazılmış ən təsirli əsərlərdən biridir. Kitab, şəxsi travmaların yalnız insanın özündən deyil, ailəsindən və hətta uzaq keçmişindən qaynaqlana biləcəyini irəli sürür. Müəllif epigenetik tədqiqatlara, psixologiya sahəsindəki son nailiyyətlərə və öz praktikasına əsaslanaraq travmaların və emosional yükün ailə ağacı boyunca ötürülməsi haqqında dərin təhlil təqdim edir. Məzmun və mövzu analizi Kitabda əsas diqqət ailə sisteminə yönəlir. Müəllif göstərir ki, insanın emosional və psixoloji problemləri bəzən onun öz təcrübələrindən deyil, valideynlərindən, nənə-babalarından və hətta daha əvvəlki nəsillərdən gələn travmalardan qaynaqlana bilər. Bu yanaşma, ənənəvi psixoloji baxışlardan fərqli olaraq, ailə sistemini və nəsillərarası əlaqəni müalicənin mərkəzinə yerləşdirir. Əsas mövzular: 1. Nəsillərarası travma - Kitabda izah olunur ki, bir nəsildə yaşanan travmalar genetik və ya emosional yollarla növbəti nəsillərə ötürülə bilər. Məsələn, müharibə, itki, zorakılıq və ya iqtisadi çətinlik kimi təcrübələr gələcək nəsillərin duyğu dünyasını və davranışlarını formalaşdıra bilər. 2. Epigenetika və psixologiya - Müəllif epigenetik araşdırmalara istinad edərək vurğulayır ki, stress və travma genlərdə dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər irsi olaraq ötürülsə də, müalicə və fərqindəliklə bu təsiri dəyişdirmək mümkündür. 3. Ailə dinamikaları - Valideynlərin və ya ata-babaların yaşadığı təcrübələr bir ailənin emosional iqlimini müəyyənləşdirir. Sevgi, qorxu, qəzəb və ya tənhalıq kimi duyğular nəsillərarası əlaqədə təkrarlana bilər. 4. Fərqindəlik və şəfa - Mark Wolynn göstərir ki, travmaların qaynağını tapmaq və onları qəbul etmək, insanın özünü
Psikoloji
Seninle BaşlamadıMark Wolynn · Sola Yayınları · 202218,1bin okunma
"AĞ DİŞ"
10/10
·234 syf.··
2024 2. kitabı
·
13 günde okudu
·
Okunma: 24 Mayıs 2024 22:01
Jack Londondan oxuduğum ilk əsərlə gəldim bu gün. Povestdə yarı canavar balası olan bir itin həyatını oxuyuruq. İtin dünyaya gəlməsinə qədər olan bir neçə hadisəyə, uşaqlığına, insanların əlinə düşməsinə, insanlarla və öz həmcinsləri ilə olan hadisələrə şahid oluruq. Əsərlə yox da, əsərin Azərbaycan dilinə tərcümə edilmiş halı olan bu kitabla əlaqəli kiçik bir etirazımı bildirmək istəyirəm: kitabın arxa üzündə əsərin sonunun yaxşı və ya pis bitdiyinin qeyd edilməsi xoşuma gəlmədi. Bundan başqa əsər və ya kitabla əlaqəli heç bir mənfi fikrim, etirazım yoxdur. Yazıçı əsərdə bir heyvanın həyatını təsvir etsə belə, insanlarla əlaqəli fikirlər də söyləmişdir. Bir heyvanın gözündən insanlar və onların hərəkətləri, onların yaratdığı nəhəng tikililər, onların qurduğu sistem və qoyduğu qanunlar canavar balasında – Ağ Dişdə vahiməyə səbəb olurdu. Bu da əslində insanların etdiyi bir çox şeyin qorxunc və qəddarcasına olduğunu üzümüzə vurmağa yetir. Əsərdə canavar balasının insanları "tanrı" kimi görməyi də diqqət cəlb edən digər bir nüansdır. Fikrimcə, əsərin oxunmağa dəyər olduğunu qeyd etməyimə ehtiyac yoxdur. Həyata fərqli bir pəncərədən baxmaq gözəl və qəribə bir hiss idi. Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm!
Ağ DişJack London · Kitab Klubu Nəşriyyatı · 201995,7bin okunma