Siçanlar insanlar haqqında düşüncələrim
Puan vermedi
İlk dəfə oxuyub pis olduğum əsər bu idi. Çox incə yazılmış və lenini steinbek bizə bir dost kimi ən yaxın personaj kimi göstərir və axırda önünə ölməsi ilə biz daha ağır zərbə alırıq. Əhsən Steynbek başqa steynbekin hansı kitabını oxuyun sizcə? Yada bu kitabı xoşladımsa seveceyimi düşündüyünüz kitablar var? Varsa zəhmət olmasa deyin yay tətilini maraqlı keçirim Con Steynbek
Siçanlar və insanlar haqqındaJohn Steinbeck · Nərmin yayınevi · 0211,7bin okunma
10/10
·116 syf.··
Beğendi
·
2026 73. kitabı
·
3 saatte okudu
·
Okunma: 19 Mayıs 2026 15:09
Dərs götürüləsi kitablardan biridi. Əgər iki il əvvəl oxusaydım, mənə və düşüncələrimə çox şey qata bilərdi. Gecikmiş bir oxuma oldu. Yazım dili daha doğrusu tərcümə narahat etmədi məni. Tez bitti. Sadəcə bilmədiyim bəzi termen və hadisələr var idi. Onlsrı da araşdırmaq uçün qeyd götürdüm.
Həyata Hə DeməkViktor E. Frankl · Teas Press Yayınlarl · 2023102 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·398 syf.··
2026 11. kitabı
·
16 günde okudu
·
Okunma: 09 Mayıs 2026 23:30
Kitabı ilk səfər oxuduqda o qədərdə təsirli gəlməmişdi və 40’cı səhifələrdə artıq yarım buraxıb insanların mənasız yerə şişirtdiklərini düşünmüşdüm. Üstündən 4 il keçdi və yenə oxumaq qərarına gəldim. İlk növbədi bunu əlavə etməliyəm ki bu kitabı anlamaq üçün müəyyən dərəcədə siyasi fikir formalaşmalıdır. İndi keçək kitab haqqındakı düşüncələrimə. Kitab sanki gerçəkləri bütün çılpaqlığı ilə insanın üzünə vurur. Əvvəlcə fikir vermədiyim, üstündə çox durmadığım və “əslində həqiqətəndə belədir” deyə düşündüğüm çox fikirlə qarşılaşdım. Uinstonun daxili müharibəsini oxumaq xüsusi bir zövq verdi. Kitabın sujet xəttinin heç gözləmədiyim kimi nəticələndiyinidə əlavə etməliyəm. Oruelin heyrətamiz qələmi və aydın fikirləri məni həqiqətəndə valeh etdi
1984George Orwell · Parlaq İmzalar · 2022200,2bin okunma
10/10
·320 syf.··
Beğendi
·
2026 2. kitabı
·
563 günde okudu
·
Okunma: 05 Mayıs 2026 23:58
Bəzi kitablar var, çevrilib geriyə baxarkən yaxşı ki 20’li yaşlarımda oxumuşam deyirəm. Bu əsər də tam belə təsir yaratdı düşüncələrim üzərində. Çalışın oxumadan ölməyin, cavan ikən oxuyun və orjinalından, yazıldığı kimi oxuyun, tərcümə ilə kitabı bərbad günə qoyurlar bəzən və bu variantları heç kimə tövsiyyə etmirəm.
Düşünce
Think and Grow RichNapoleon Hill · TarcherPerigee - Penguin Books · 20053,287 okunma
10/10
·160 syf.··
Beğendi
·
2026 49. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Mayıs 2026 03:52
İlyas Əfəndiyevin bu əsəri mənə keçən il oxuduğum Çingiz Aytmatovun "Cəmilə" povestini xatırlatdı ( Cengiz Aytmatov , Cemile ). Hər iki əsərin ruhunda bənzər bir abu-hava var və mən "Cəmilə"ni bəyəndiyim kimi, bu əsəri də çox bəyəndim. Kitabı bitirdikdən sonra Adil və Səriyyə obrazları haqqında uzun-uzadı düşündüm. Daha əvvəlki bir yazımda "Yaxşı insan olmaq kifayət edirmi?" sualını vermişdim ( #299581303 ). Bu əsəri oxuyarkən də özümə çoxlu suallar verdim: Səriyyə niyə belə etdi? Adilin taleyi niyə belə gətirdi? Səriyyəni o vəziyyətə gətirən düşüncələrin kökündə nə dayanırdı? Adil Səriyyənin sevgisini bərpa etmək və ya yaşatmaq üçün nə edə bilərdi? Adilin bu vəziyyətdə bir çıxış yolu vardımı, yoxsa o, artıq çoxdan uduzmuşdu? Əsərin xülasəsini verməyəcəyəm ki, yazını oxuyanlar üçün spoiler olmasın. Bəlkə bu təhlildən sonra kimsə kitabı oxumaq istəyər. İnsan o qədər mürəkkəb varlıqdır ki, Adilin düşdüyü vəziyyətdə istənilən adam hər hansı bir hərəkəti edə bilərdi. Məsələn, qatil ola bilərdi. Adil sevdiyi Səriyyəni yaxud buldozerçi Qəribcanı öldürə bilərdi. İnsan mürəkkəb olduğu qədər, həyat da mürəkkəbdir. Bizə hansı taleyi yaşadacağını əvvəlcədən bilə bilmərik. Bəzən insan heç bir səhvi olmadan xoşbəxtliyin zirvəsindən yuvarlanıb uçurumun ən dibinə düşə bilər. Xoşbəxt bir həyat bir anda məhv olmuş bir ömürlə əvəzlənə bilər. Bu əsər mənə çox təsir etdi. Bəlkə də düşüncələrim birmənalı qarşılanmayacaq, amma mən özümü həm Adilin yerinə qoyub onun ağrısını hiss etməyə, həm də Səriyyənin pəncərəsindən baxıb onu anlamağa çalışdım. Əvvəlcə bir qadını tam anlamağın çətinliyini nəzərə alıb Səriyyənin yerində olmağa bir az çəkindim, lakin onun haqqında düşündükcə daxili dünyasına nüfuz
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0748 okunma
5/10
·313 syf.··
2026 12. kitabı
·
47 günde okudu
·
Okunma: 18 Nisan 2026 00:10
Hamıya Salamlar. Kitabı dostumun məsləhəti ilə oxudum, janrı sevdiyim janr olmadığına görə çox gec oxudum, mövzusu barədə mənfi və müsbət düşüncələrim çoxdu. Kitabın bütün məzmununu yazmışam oxuyacaq olan varsa ardını oxumasın . Deməli Anar 10 ildir evlidi, amma xoşbəxt deyil , elə həmçinin Huri də . Bir gün gedir Kahira ilə rastlaşır və aşiq olur, sonra Huriylə ayrılmağa qərar alır , bura qədər hər şey normaldı əslində , həyatda hər şey ola bilər , amma ardı mənə görə heç düzgün deyil , Anar obrazına qarşı məndə mənfi düşüncələr çoxdu , elə başlayım ilk olaraq qətiyyətsizliyindən, hələ boşanmamış, həyatını yoluna qoymamış gedir Kahira ilə "dostlaşır" , çünki o zaman özündə buna haqqı olduğunu düşünür , Huri boşanmaq istəmir deyib , evə gəlmir , 10 ildir axtardığı xoşbəxtliyi Kahirada görür. Yəni məncə bəhanənin arxasına sığınır , Huri ilə cəmi 1 dəfə bu məsələ barəsində danışır sondada dalaşıb çıxır, əgər qərarında qəti olsaydı Huriylə üzləşərdi yenədə, ailəsinə bildirə bilərdi , amma üzləşməkdən qorxdu , evə getməmək ona daha asan gəldi . Nədə olsa vicdanı rahatdı , sözdə Huridən ayrı qalır axı. 30 dan çox yaşı var səhv etmirəmsə , o yaşına rəğmən həyatını yola qoymağı bacarmır və dahada batırır hər şeyi. Bu tip insanlar özlərini yazıq göstərməkdə ustadılar. Sonda belə cəsarəti çatmır ki , Kahiraya qal desin . Yənisi Anar nə yaşadınsa haqqdı sənə. Qaldıki Kahira evli biri olduğunu bilsə əvvəldən onla o münasibəti qurardı? inanmıram . Sevgi məsələlərinə görə heç pis olmadım , hər şeyi sevgi adı altında normallaştırmaq düzgün deyil çünki , Anar filan şeyləri etdi çünki aşiq oldu , çox gülməli yanaşmadır, insanları sevgidən soyudur bu tip şeylər. Hekayədə bir günahsız var oda Huridi , ailəsinin , cəmiyyətin qurbanıdı . 18 yaşında həyatı qavramadan , ailəsinin
1000Kitap
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma