"Dünyadakı bütün kitablar eyni şəkildə oxunmamalıdır. Çünki bəzi kitablar sadəcə dadmaq, ötəri baxmaq üçündür; bəziləri tez bir zamanda udulmaq üçün yazılıb. Elə nadir və qiymətli kitablar da var ki, onları tam anlamaq üçün hər bir cümləsini yavaş-yavaş çeynəmək, ruhunda həzm etmək və üzərində günlərlə düşünmək lazımdır."
Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu. Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı.
1000Kitap
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Qazandıqca əksildin, ya əksildikcə qazandın?
İllər ötür, insan çox şeyi unudur, bir o qədər çox şeyi də unuda bilmir. Hansı ki bir vaxtlar həyatının ən xoşbəxt anı imiş kimi hiss etdirən günlər, indi heç nə hiss etdirmir. Dərd edib düşündüyü məsələləri heç anımsamır belə. Xatirələr sanki gündən-günə uzaqlaşır. Ya da sən uzaqlaşsın istəyirsən, bilmirəm. Qayğılar... Seçimlər... Seçilməyənlər... Dayanıb düşünməyə imkan yaratmır. Elə ki olub-bitəni düşünmək istədin, üzərini örtdüyün düşüncələr qarşında divar hörür. Sökməyə çalışırsan, yorulursan. Nə bir addım irəli gedə bilirsən, nə də dizlərin üstünə çökə... "Zamanla düzələr" deyirsən, axı nəyi düzəldəcək zaman? Sevdiklərin — torpağın altındakılar geri gəlməyəcək, üstündəkilər isə çox uzaqdadır. Hər şeyin üst-üstə gəldiyi anlarda insan gedənlər üçün daha çox darıxırmış. Üzünü görmək, boynunu qucaqlamaq, səsini eşidə bilmək neçə yaranın üzərini qapayırmış. Amma yoxdur. Sən yenə özün-özünə sarılacaqsan. Sən yenə heç nə olmamış kimi yoluna davam edəcəksən. Günlərlə oyanmaq istəməzkən sübh tezdən qalxmağı, nəmli gözlərini gülürmüş kimi göstərməyi, susmaq istədiyin halda danışmağı necə öyrəndin, görəsən? Öyrənmədin, məcbur qaldın.
Duygu ve Düşünce
Kitab insana bir neçə şey üçün lazımdır. - onu maddi və mənəvi cəhətdən gücləndirmək - yaşadığı dünya üçün yararlı və faydalı biri etmək - özünü başqalarının yerinə qoyub onları anlamaq - düşünmək və əylənmək üçün. Əgər bir kitab onu oxuyana bunları vermirsə vəya həmin adam ala bilmirsə, minlərlə kitab oxusa da boş və mənasızdı.
Ekzistensial skrininq
Bəzi suallar var ki, insan onları kitabdan öyrənmir. Onlar sanki insanın daxilində gizlənmiş şəkildə yaşayır və yalnız müəyyən bir anda üzə çıxır. Məsələn: “Niyə yaşayıram?”, “Mənim həyatımın mənası varmı?” və s. Bu sualların hamısı bir nöqtədə kəsişir və həmin nöqtənin adı ekzistensial skrininqdir. İnsan həyatının böyük hissəsini düşünmədən yaşayır. Gündəlik qayğılar, iş, planlar, münasibətlər - bütün bunlar həyatın əsl suallarını örtən bir səs-küy yaradır. Bu səs-küy içində insan özünü çox vaxt təhlükəsiz hiss edir. Çünki düşünməmək rahatdır. Günlərin birində isə nəsə bir şey baş verir. Bəzən uğursuzluq, bəzən ayrılıq, bəzən də səbəbsiz bir boşluq hissi. O gün insan birdən dayanır. Həmin anda ilk dəfə bu sualı eşidir: "Mən əslində nə edirəm?" Bu an artıq ekzistensial skrininqin başladığı andır. Bu mövzunun kökləri Ekzistensializm fəlsəfəsinə gedib çıxır. XX əsrdə bu düşüncə insanın taleyinə yeni bir baxış gətirdi. Əgər klassik fəlsəfə insanın mahiyyətini əvvəlcədən müəyyən edilmiş bir şey kimi qəbul edirdisə, ekzistensialistlər başqa bir fikir irəli sürdülər: İnsan əvvəl mövcud olur, sonra özünü yaradır. Yəni bu prinsip mövcudluğun mahiyyətdən əvvəl gəldiyini izah etməyə çalışır. Məsələn, bir qələm hazırlanmamışdan əvvəl artıq onun funksiyası və mahiyyəti müəyyən olunub ki, yazı yazmaq üçün istifadə ediləcək. Qələm deyə bilməyəcək ki, mən niyə yazıram, bəlkə bir musiqi aləti olmalıydım? Qələm artıq yarandığı andan öz mahiyyətinə məhkumdur. Lakin insan yeganə varlıqdır ki, doğulduğu anda onun mahiyyəti hələ müəyyən olunmamış olur. İnsanın kim olacağını müəyyən edən hazır bir plan yoxdur. İnsan seçimləri ilə özünü qurur. Yəni gələcəyimiz hələ yazılmayıb, özümüzü biz yaradırıq. Bu ideyanın ən məşhur müdafiəçilərindən biri Jean-Paul Sartre idi. Onun fikrincə, insan
Felsefe-Düşünce
Biz çox vaxt rahatlığın adını “xoşbəxtlik” qoyuruq. Düşünməmək, sorğulamamaq, dərinliyə enməmək bizə təhlükəsiz gəlir. Çünki həqiqət insanı silkələyir, dəyişməyə məcbur edir. Ona görə də çoxları səs-küylü mövzuların içində gizlənir, gündəlik boş müzakirələrlə özünü aldadır. Halbuki susduğumuz, toxunmaqdan qaçdığımız mövzular bizim həyatımızı formalaşdıran əsas məsələlərdir. Problem ondadır ki, insan kölgəyə alışanda işıq gözünü ağrıdır. Amma inkişaf da məhz o ağrıdan sonra başlayır. Düşünmək cəsarət tələb edir və cəmiyyətin ən böyük çatışmazlığı da bu cəsarəti itirməsidir.