Biz qızlar beləyik də, barmağımızda nişan üzüyü, əynimizdə gəlinlik donu görəndə sevinirik. Özü də gələcəyimizin necə olacağını düşünmək belə istəmədən sevinirik...
"...təsadüf etdiyi ağaclara, küləşli damlara, şumlanmış düzlərə, yolun dönüşlərində dəyişən təbiət mənzərələrinə baxırdı. Belə tamaşalar bəzən insanın qəlbini büsbütün məşğul edərək onu, demək olar ki, düşünmək zərurətindən azad edir. Minlərlə şeyi birinci və son dəfə görməkdən kədərli və eyni zamanda dərin mənalı bir hal ola bilərmi? Səyahət etmək – hər saniyədə doğulmaq və ölmək deməkdir."
"Axırımızı biz bilmərik",- Şəms dedi. "Yolun ucunun haraya gedəcəyini düşünmək bihudə cəhddən
ibarətdi. Sən sadəcə atacağın ilk addımı düşünməyə borclusan. Gerisi, onsuz da, öz-özünə gələcək".
İki dost mübahisə edir.Mövzu isə siqaret çəkərkən İncil oxumağın düzgün olub-olmaması ilə bağlı imiş.Cavabı tapmaq üçün Papanın yanına gedirlər.Ayrı-ayrılıqda suallarını verirlər.Biri siqaret çəkməyə icazə alır,o biri isə bunun günah olduğunu eşidir.
İcazə ala bilməyən sualı belə vermişdi:
-Papa həzrətləri,İncil oxuyarkən siqaret çəkmək istəyirəm,mümkündürmü?
-Oğlum,İncil oxuyarkən Tanrı barədə düşünmək lazımdır.O əsnada siqaret çəkmək diqqətini dağıdacaq,buna görə də olmaz!
İcazə alanın verdiyi sual isə belə idi:
-Papa həzrətləri,siqaret çəkərkən ürəyim İncil oxumaq istəyir.Amma siqaret çəkirəm deyə kitabı əlimə ala bilmirəm.Sizcə ,oxuya bilərəm?
-Oğlum,harada və hansı vəziyyətdə olursan ol,İncil oxumağa ehtiyac hiss etdiyin an oxuya bilərsən.
–Ruh barədə düşünmək. Yəni deyirsən, ruh barədə düşünüm? o, gözümün içinə maraqla baxıb uzada-uzada dedi.–Hə, belə eləsən, başqa bütün axmaq vərdişləri yaddan çıxararsan.