Puan vermedi·104 syf.··
2026 54. kitabı
Sinifdə kitabda keçən məlum söz və bolca tövsiyyədən sonra oxuduğum bu kitab abutriyent zamanlarımda bir növ təsəlli olmuşdur. Yəqin müəllif çox Arda Turan sad edit izləyib ona görə də bura bir sitat qoyacam. İndi insanın nəyi olmadığını düşünmək vaxtı deyil. Nəyin varsa, onunla nə edə biləcəyini düşün.
Qoca və DənizErnest Hemingway · Qanun Nəşriyyatı · 202141,1bin okunma
9/10
·538 syf.··
2026 121. kitabı
Bu kitab sadəcə bir psixologiya kitabı deyil; o, itirdiyimiz bir orqanı – instinktlərimizi – xatırlamaq üçün bir çağırışdır. Mənə ən çox toxunan nə oldu? Başlıqdakı o “kurtlar” məsələsi. Estés deyir ki, qadının ruhunun vəhşi təbiəti var – bu, dağıdıcı və qorxulu bir şey deyil, əksinə, sağlam, ayıq, sadiq və son dərəcə sezici bir enerjidir. Bizim mədəniyyətimizdə qadından həmişə “ağıllı”, “səbirli”, “özünü ələ alan” olması gözlənilib. “Nə deyərlər?”, “Abır-həya”, “Səsini çıxarma”... Bu gözləntilər qadının içindəki o “kurt” səsi boğur. Nəticədə qadınlarımız 30 yaşına çatır, yorğun, bədbin, həyatdan zövq almayan, evlənmiş, işləyir, övlad böyüdür, amma gecələr niyə mənasız bir boşluq hiss etdiyini anlamayan varlıqlara çevrilir. İndi maraqlısı budur: Estés heç vaxt bu “vəhşi” qadını tərbiyəsizlik və ya pozğunluq kimi təqdim etmir. O, La Loba – “Sümük Qadın” hekayəsi ilə başlayır. Bir qadın səhrada canavar sümükləri toplayır, onları nəğmə ilə bir araya gətirir və yenidən həyata qaytarır. Məncə, Estés məhz deyir: “Siz öz ruhunuzun sümüklərini toplayın. O parçaları – itirilmiş sevincinizi, unudulmuş yaradıcılığınızı, lağ edilmiş xəyallarınızı – bir araya gətirin və öz nəğmənizlə dirildin.” Mən kitabı oxuyarkən xüsusilə “Qoca kişi və İki Bacı” nağılı məni düşündürdü. Orada qocabkişi iki qızla evlənir – biri mülayim, itaətkar, biri vəhşi və ehtiraslı. Kişi əvvəlcə ehtiraslı qızı qovur, sonra onun nə qədər həyat enerjisi daşıdığını anlayıb geri çağırır. Estésin dediyi kimi: bir qadının həm mülayim, həm də ehtiraslı tərəflərini qəbul etməməsi onu yarımçıq edir. Qadınlarımız çox vaxt yalnız bir tərəfini – “yaxşı qız”, “ideal həyat yoldaşı”, “peşəkar qadın” olmağı – önə çıxarır, o biri tərəfi zirzəmilərə bağlayır. Və sonra o bağlanmış tərəf qisas almaq üçün qapıları döyür: ani
Kurtlarla Koşan KadınlarClarissa P. Estes · Ayrıntı Yayınları · 202110,7bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Gedim bir az ağlayım gəlirəm.
Puan vermedi·355 syf.··
Beğendi
·
2026 18. kitabı
·
14 günde okudu
·
Okunma: 22 Mayıs 2026 13:40
Ehh, insan sadəcə anlamadığı şeydən qorxub ona qarşı amansız ola bilər... Düzü, ilk 90-100 səhifədə öz-özümə “bu qədər təriflənən kitabın mövzusu hardadı?”,- deyinirdim ammaa bu necə qəşəng kitab idiii. Kitab mənə bir şeyi çox dərin hiss etdirdi, həyatda bəzi insanlar pis olduğu üçün yox sadəcə fərqli olduğu üçün tək qalır... Scoutun uşaq saflığı, böyüklərin çirkli dünyası... İndi belə bunları yan-yana görmək adamın ürəyini sıxır həqiqətən. Atticus isə tam da ben, əsl həyatda necə insan olmaq lazım olduğunu göstərən bir obraz idi. Heç nəyi gözə soxmadan, sakitcə, vicdanlı qalmaq bu dünyada bəzən ən çətin şeydir. Hamı eyni tərəfə baxanda fərqli düşünmək, hamı susanda doğru olanı demək hər adamın bacardığı şey deyill. Uzun vaxtdır bir kitab mənə özünü bu qədər sevdirməmişdi. Oxuyun, oxutdurun.
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,8bin okunma
Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Puan vermedi·250 syf.··
2026 6. kitabı
Daniel Kanemanın Cəld və yavaş düşünmək əsəri insan düşüncə mexanizmlərinin necə işlədiyini, qərarlarımızın nə dərəcədə rasional olduğunu və beynimizin sistemli səhvlərə necə meylli olduğunu araşdırır. Müəllif ilk növbədə insan zehninin iki əsas sistem tərəfindən idarə olunduğunu göstərir: Sistem 1 və Sistem 2. Sistem 1 sürətli, avtomatik və intuitivdir; gündəlik həyatda çox vaxt ani qərarlar verməyimiz məhz bu sistemin fəaliyyətidir. Sistem 2 isə daha ləng, analitik və məntiqidir, lakin çox vaxt daha çox enerji tələb etdiyi üçün tənbəllik göstərir. Kaneman kitab boyunca göstərir ki, insanlar tez-tez əlçatanlıq evristikasının təsiri altına düşürlər; yəni zehnimizə ən sürətli gələn məlumatı daha doğru hesab etməyə meylli oluruq. Bununla yanaşı, insan beyni çox vaxt təsadüfi hadisələrdə belə qanunauyğunluq axtarır və illüziyalara qapılır. Kahneman həmçinin göstərir ki, insanlar çox vaxt rasional seçim etdiklərini düşünsələr də, əslində itki qorxusu, çərçivələmə və psixoloji qərəzlər qərarlarına ciddi təsir edir. Əsərdə müəllif insanın “hiss edən mən” və “xatırlayan mən” arasında bölündüyünü vurğulayır. Biz hadisələri yaşadığımız anda bir cür hiss edir, sonradan isə onları başqa cür xatırlayırıq. Çox vaxt yaddaşımız hadisənin ümumi müddətindən çox, onun zirvə nöqtəsinə və necə bitdiyinə fokuslanır. Bu isə belə bir sual yaradır: biz həyatı həqiqətən yaşadığımız kimi qiymətləndiririk, yoxsa sonradan xatırladığımız formada? Cəld və yavaş düşünmək yalnız psixologiya kitabı deyil, həm də insanın öz düşüncə mexanizmlərini sorğulamasına səbəb olan güclü bir əsərdir.
Psikoloji
Cəld və yavaş düşünməkDaniel Kahneman · Teas press · 01,822 okunma
Puan vermedi·80 syf.··
2026 25. kitabı
Aydan Əyyubqızı – “Ruhumun tək eşqi Allah” Düzünü desəm, bu tərzdə ilk dəfədir ki, oxuyuram. Amma ilk olmasına baxmayaraq, bu kitabı oxuduğuma çox sevinirəm. Kitabı çox bəyəndim. İçindəki fikirlərin bir 50%-ni onsuz da bilirdim, agah idim və tətbiq edirdim. Amma qalan digər 50% var ki, onları bu kitab vasitəsilə yeni öyrəndim. Mənə bu gözəl şeyləri öyrənməyə vəsilə olduğu üçün müəllifə minnətdarlığımı bildirirəm. Kitaba başlayanda istədim ki, əlimə bir qələm alım, bəzi cümlələrin altından xətt çəkim. Bir-ikisini xəttlədim, sonra gördüm ki, mən gərək kitabın elə hamısının altından xətt çəkim. Çünki bu kitabda elə bir cümlə yoxdur ki, önəmli olmasın. Hər bir fikir bir-birindən gözəl, hər biri maarifləndiricidir. Ona görə də xəttləməyi kənara qoyub, sadəcə oxuyub, anlamağa çalışdım. Kitab Allahla insan arasındakı sevgidən, Allahın bizə verdiyi nemətlərdən, insanın isə buna rəğmən Yaradanına qarşı etdiyi nankorluqlardan və Allahın bəzi adlarından, bəzi ayə və surələrdən, Allahın kainatı, insanı, heyvanları və s. hər şeyi necə də möhtəşəm yaratdığından, Allahın dualarımızı necə dinlədiyi və onlara necə cavab verdiyindən bəhs edir. Və bunları o qədər gözəl və səmimi şəkildə deyir ki, oxuduqca düşünürsən - bəli, hər şey Allahın əlindədir, hər şey... Mənim üçün ən maraqlı fikirlərdən biri bu idi - "Təsadüf deyə bir şey yoxdur, təvafüq var (Allahın planı)". Mən onsuz da təsadüfə inanmayan biri idim, həmişə düşünürdüm ki, nə baş verirsə, elə də olmalı idi. Bu kitab mənim bu inancımı bir daha təsdiqlədi. Həqiqətən də Allah "ol" deməsə, heç nə olmaz, hər şey Onun istəyi ilə baş verir. Kitabın həcmi kiçikdir, cəmi 80 səhifədir, amma mən 2-3 günə bitirdim. Çünki dayanmadan oxunacaq bir kitab deyil, oxuduqca düşünmək lazımdır. Son olaraq isə - dünyadakı bütün bəşəri sevgilər
Ruhumun Tək Eşqi AllahAydan Əyyubqızı · Portuga Nəşriyyatı · 20263 okunma