8/10
·74 syf.··
Beğendi
·
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Haziran 2026 12:08
Frans Kafkanın "Dönüşüm" əsərini oxuyarkən məni ən çox düşündürən mövzulardan biri insanın ona ehtiyac duyulduğu müddətdə dəyərli sayılması oldu. Təəssüf ki, bu münasibət bəzən ən yaxınlarımızda, hətta ailə daxilində belə özünü göstərir. Gregor işləyib ailəsinin bütün maddi yükünü çiynində daşıyarkən hər kəs onun qayğısına qalırdı. O, öz istəklərini bir kənara qoyaraq ailəsi üçün yaşayır, qazandığı bütün pulu onlara verirdi. Hətta maddi çətinliklərə baxmayaraq, bacısını konservatoriyada oxutmağı xəyal edirdi. Lakin Gregor çevrildikdən və ailəsinə maddi dəstək verə bilmədikdən sonra ona münasibət də dəyişməyə başladı. Əvvəllər onunla maraqlanan bacısı belə zaman keçdikcə yoruldu, bezdi və ondan uzaqlaşdı. Bu isə insanın dəyərinin bəzən şəxsiyyətinə görə deyil, faydasına görə ölçüldüyünü göstərən acı bir həqiqətdir. Əsərdə diqqətimi çəkən digər məqam isə Gregorun dörd divar arasında məhkum kimi yaşaması idi. Otağı onun üçün həm sığınacaq, həm də həbsxanaya çevrilmişdi. Bir vaxtlar adi və yorucu görünən işə getmək, küçədə gəzmək, insanlarla ünsiyyət qurmaq kimi şeylərin əslində nə qədər böyük nemət olduğunu Gregorun yaşadıqları vasitəsilə daha yaxşı anlayırıq. İnsan azadlığını itirəndə, gündəlik həyatın ən sadə imkanlarının belə nə qədər dəyərli olduğunu dərk edir. Dönüşüm Franz Kafka
1000Kitap
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022268,2bin okunma
10/10
·376 syf.··
2026 1. kitabı
Milyonlarla insanın içində özünü ən tənha hiss etdiyin anlar olur. Düşüncələrində və duyğularında tek olduğunu, anlaşılmadığını düşünürsən. Belə zamanlarda bəzən elə kitablarla tanış olursan ki, hər səhifəsində öz ağrılarını da tanıyırsan. İki yaralı ruhun bir-birinə məlhəm olmağı sene göstərir ki, bəzən ehtiyac duyduğun, seni xilas edəcək olan şey möcüzələr deyil, həqiqətən seni anlayan bir insandır. Bu şəhərdə kimse yoxdu amma elə bir insan var ki, bu yetərlidir.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,505 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·250 syf.··
2026 20. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Mayıs 2026 00:42
Qəbiristanlıqda başlayıb elə qəbiristanlıqa da da bitən sevgi hekayəsi..... . İnsanları bəzən yaralar birləşdirir... ehtiyac duyduğu sevgini başqa bir ruhda tapması bir birinə bağlayır.... Eləcə də Fərəh və Orxanda olduğu kimi... . Valideyinlərini itirmiş hər iki gənc məzarlıqda təsadüfən qarşılaşırlar. Bu qarşılaşma hər iki gənc üçün yeni bir hekayənin başlanğıcı olur. . Hər başlanğıcın bir də sonu vardır. Və hər son bizi sevindirirmi?! Yazıçının kitaba verdiyi ad da boşuna deyildi: "Aciz qalan ulduzlar" "Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq." . Acizlik bəzən verilən və tutula bilməyən sözlərdə, bəzən isə məsafələrdə idi.....
1000Kitap
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015352 okunma
9/10
·544 syf.··
Beğendi
·
2026 79. kitabı
·
31 saatte okudu
·
Okunma: 22 Mayıs 2026 19:21
Yenə bir Askeri Kurgu və yenə mən. Demişəm də bürün Askeri kurguları oxuyub qiymətləndirməliyəm. Möhtəşəm Başqa heç nə deməyə ehtiyac yoxdu. Asker kurgusu Karadeniz Hər şeyi incə-incə hiss etdim Kitabda məni narahat edən tək şey Menekşe ile bağlı “Azeri” kəlməsi idi. Biz Azərbaycan türküyük. Azeri fars kökənlilərə deyilir. Bir də ən başda ayrılıq səbəblərindən Dağhanın bildiyi yalan idi ki spoil vermədən deyim bu şərəfsiz bunu necə bilib də ortaya yalan atıb deyə düşünürdüm. Amma sona doğru anladım ki, şərəfsizdən hər şey gözləmək olar
Göğe Kadar SenGizem Topak · Dokuz Yayınları · 202661 okunma
8/10
·116 syf.··
2026 120. kitabı
Mənə elə gəlir ki, Poe bu hekayədə insanın öz içinə sığmayan zorakılıq hissini, səbəbsiz qəddarlığı və əxlaqi çöküşü elə təbii bir dillə danışır ki, oxuyarkən sanki rəvayətçinin yerində özümüzü hiss edirik. Hekayənin qəhrəmanı – spirtli içkilərə qurşanan, sevdiyi heyvanlara və nəhayət həyat yoldaşına əl qaldıran adam – əslində hamımızın qaranlıq tərəfimizin simvoludur. Poe bizi güzgü qarşısında oturdub deyir: "Bax, insan belə bir varlıqdır". Xüsusilə diqqətimi çəkən məqam o idi ki, qara pişik sadəcə bir heyvan deyil. Birinci pişik Pluton – yeraltı tanrısının adını daşıyır. Bu artıq Poe-nin simvolizmə nə qədər dərindən yanaşdığını göstərir. Pişik həm günahın, həm vicdanın, həm də qaçılmaz cəzanın təcəssümüdür. Rəvayətçi birinci pişiyin gözünü çıxardıb, sonra onu asanda, əslində öz ruhunu asır. Amma Poe qorxuya bir az da manipulyasiya qatır – ikinci pişik, eyni görünüşdə, ancaq sinəsindəki ağ ləkə ilə... O ləkə sonradan "daraq ağacı"nın formasını alır. Yəni edam aləti. Yəni taleyin yazısı. Mənə ən çox təsir edən hissə odur ki, Poe heç bir fövqəltəbii hadisəyə ehtiyac duymur. Divarın içindən gələn qışqırtı, pişiyin meyitlə birlikdə hörülməsi – bütün bunlar real dünyada baş verə biləcək dəhşətlərdir. Əsl qorxu bizim içimizdədir. Poe bizi bir sualla baş-başa buraxır: Həqiqətən də şər xaricdən gəlir, yoxsa biz onu öz içimizdə böyüdürük? Poe təkcə yazıçı deyil, psixoloji dərinliyin kəşfiyyatçısıdır. "Qara pişik" isə onun insan təbiətinin ən qaranlıq guşələrində çəkdiyi bir tablodur – çirkin, ağrılı, amma heyrətamiz dərəcədə doğru.
Edebiyat
Kara KediEdgar Allan Poe · Kolektif Kitap · 20122,820 okunma
1/10
·393 syf.··
2026 24. kitabı
·
25 saatte okudu
·
Okunma: 18 Şubat 2026 00:00
Necə yorgunamsa, uzun-uzun düşüncəmi yazmağa ehtiyac bilmirəm. Yenə Askeri Kurgu adı ilə dəxlisiz oxuduğum bir kitab. Yazarın digər kitabını da oxuyacaqdım. Ehtiyac yox imiş.
Ateş HattıPinkpinkYazar · Parola Yayınları · 2024116 okunma