Elxan Elatlıdan ən son oxuduğum və "daha bəsdir" dediyim o "möhtəşəm" kitab.Şişirtmək istəmirəm,amma heç vaxt bu qədər iyrənc kitab oxumamışdım.Kitab mənim üçün tamamilə təhqir kimi idi.Rəfizadənin insan həyatını "ekspriment" halına gətirməsi,bu savadsız,hörmətsiz,tərbiyəsiz insanı rüşvətlə insanların çabalayaraq belə əldə edə bilmədiyi vəzifələrə ucaltması nə qədər məntiqlidir?Ciddən artıq bunu beynim qəbul etmir,niyə belə bir şey yazılsın? Nankorluqdurmu əsərin diqqətə çatdırmaq hissə?Heç bir əsərdə bir insanın bu qədər alçadıldığını görməmişdim və hamının fikrinə hörmətim var,amma bu kitab bəyənilirmi və ya bəyənilirsə nəyə əsasən bəyənilir başa düşmürəm.Ümumiyyətlə,Elxan Elatlının niyə yaratdığı normal bir ailə yoxdur?Yazarın hardasa 5-6 kitabını oxumuşam,amma heç birində normal,mədəni ailə görə bilməmişəm.Ər-arvad münasibətləri o qədər çirkin şəkildə yaranır ki,yəqin 5 kitab da oxusa idim,tamamilə evliliyə qarşı olardım.Yazıçı kitablarında davamlı olaraq sevgi adı altında xəyanət yazır."Bu hiss olduqca pisdir,amma onlar bir-birilərini sevirlər..." Yazıçı güya ki güclü qadın yazır o da evli kişini sevir.Axı bütün bunlar nə qədər doğrudur? Sevgi adı altında xəyanətə uğrayan qadınlar və əslində,yaxşı,savadlı kişilər, amma xanımlarını sevmirlər hörmət edirlər,sadəcə ehtirasa və "əsl" sevgiyə məğlub olurlar.Deyəsən,yazıçı dedektiv əsərlərində sırf yeni bir şübhəli obraz yaransın deyə xəyanətdən yazır ki,qatillərin sayı artsın,nə olsa,qənimətdir.
Əsəri sona kimi oxudum ki,görüm bu nə cəfəngiyyatlardır yazılır sonda da iyrənərək bağladım
Nə isə,bu kitaba xal versəm,yəqin ki,1 xal verərəm,o da ki mənə bunu oxuyaraq bütün Elatlı kitablarından iyrəndirdiyinə görə.
Hamıya Elatlı kitabları olmadan xoş günləəər:))